Fədayə Laçın necə həbs olundu? FİLM KİMİ TƏFƏRRÜAT - YENİLƏNİB

Fədayə Laçın necə həbs olundu? <span class="text-danger">FİLM KİMİ TƏFƏRRÜAT - YENİLƏNİB</span>
Müğənni Fədayə Laçının həbsinin təfərrüatı məlum olub.
 
Müğənni qaçan məhbuslardan "Qoca" ləqəbli Etibar Məmmədovun yanında olub. Belə ki, "Qoca" ləqəbli kriminal avtoritet oktyabrın 23-də qatardan qaçdıqdan sonra Ağstafaya gedib.
 
O, Ağstafa ərazisindən keçərək qeyri-qanuni yolla ölkədən qaçmaq istəyib. Bu məqsədlə "Qoca" Ağstafa rayonunun Poylu qəsəbəsinə gəlib. O, "Opel" markalı taksi ilə qəsəbəyə gələn zaman maşında bir nəfər qadın da olub.
 
Gecə saatlarında Qəsəbədə Kür çayının üzərində yerləşən körpüdən keçən zaman polis əməkdaşları tərəfindən maşın saxlanılıb. Bildirək ki, məhbuslar qaçdıqdan sonra Bakıda və bölgələrdə polis gücləndirilmiş iş rejiminə keçib və postlar qurulub.
 
Polis əməkdaşları taksi sürücüsünün sənədlərini yoxladıqdan sonra sərnişinlərdən birinin özünü şübhəli apardığını görüblər. Bu zaman polis əməkdaşları "Qoca"dan sənədlərini istəyiblər.
 
Bu vaxt taksi sürücüsü maşını sürətlə əks istiqamətə sürərək hadisə yerindən qaçıb. Polis əməkdaşları qaçan maşını təqib ediblər. Sürücü maşını rayonun mərkəzi hissəsinə, oradan da Poylu kəndinə doğru sürüb. Ara yollardan birində dalana girdiyindən yolu davam etdirə bilməyib və maşını saxlayıb.
 
Bu zaman "Qoca" maşından düşərək qaçmağa başlayıb. Polis əməkdaşları sürücü və qadını saxlasalar da, "Qoca" meşəlik əraziyə qaçaraq izini itirib.
 
Hazırda həmin ərazidə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən axtarış aparılır. Rayon mərkəzində və kəndlərdə axtarışda olan "Qoca"nın fotoları vurulub.
 
Sürücü və qadın həmin gün Bakıya gətiriliblər. Sürücünün kimliyi barədə məlumat yoxdur. Amma onun barəsində həbs-qətimkan tədbiri seçilib.
 
Məlumata görə, həmin qadın müğənni Fədayə Laçındır. Onun barəsində də həbs-qətimkan tədbiri seçilib.
 
Xatırladaq ki, məhbuslardan Əli Ağami iki gün əvvəl Şirvan şəhərində tutulub. (musavat.com)

X X X

Oktyabrın 23-də Bakı-Astara-Bakı qatarından qaçan məhbuslara yardım etməkdə təqsirləndirilən müğənni Fədayə Laçının (Məmmədova Fədayə Baris qızı) həbsi ilə bağlı bəzi detallar üzə çıxıb.

Fədayə Laçın 304. 2.1 maddəsi (Qabaqcadan əlbir olaraq həbs yerindən və ya mühafizə altında olanlara qaçmağa kömək etmə) ilə həbs olunub. O, mütəşəkkil dəstənin üzvü olub. Mütəşəkkil dəstə üzvləri arasında müğənnidən başqa Günay Atakişiyeva adlı qadın da olub.

Müğənni hazırda axtarışda olan Etibar Məmmədovun tapşırığı ilə dəstə üzvlərinə açar və qaçış üçün alətlər verib və dustaqların qaçmasına yardım edib. Bu qaçış uzun müddət əvvəl planlaşdırılıb. (musavat.com)

X X X

Azərbaycanda tanınmış xanım müğənni həbs edilib.

Məmmədova Fədayə Baris qızı (Fədayə Laçın) oktyabrın 23-də Bakı-Astara-Bakı qatarından qaçan məhbuslara yardım etməkdə təqsirləndirilir.

F.Laçın həmin iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməkdə barəsində Nəsimi rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, hazırda Cinayət Məcəlləsinin (CM) müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar.

Qaçan məhbuslardan Əli Ağami bir neçə gün sonra Şirvan şəhərində tutulub.

Etibar Ələkbər oğlu Məmmədovun axtarışı istiqamətində tədbirlər davam etdirilir. (apa)


Xəbər xətti

"Qarşımıza çıxan hər kəsi MƏĞLUB EDƏCƏYİK!" BAŞ MƏŞQÇİDƏN İDDİALI AÇIQLAMA
01:19
Xarq adası yaxınlığında PARTLAYIŞ BAŞ VERİB
01:14
İsrail Qəzzada əməliyyat keçirdi: HƏMAS komandirinin öldürüldüyü bildirilir
01:07
Fransadan sərt mesaj: İsrail rəsmilərinə qarşı məhdudiyyətlər
00:42
Səkkizinci mərtəbədən yığıldı, beşinci mərtəbədə SAĞ QALDI
00:27
Lənkəranda MÜƏMMALI QƏZA: sürücünün qəzadan əvvəl öldüyü ehtimal edilir-FOTOLAR
00:22
07.06.2026
Sirkə turşusu daha bir can aldı
23:45
Livan ordusunun komandanı Pakistana gedib
23:38
Əşrəf Veysəlli ilə vida mərasimi keçirilib - FOTOLAR
23:20
Aziz Yıldırım: "“Fənərbaxça"nın ala bilməyəcəyi futbolçu yoxdur""
22:39
Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi rəqibinə uduzub
22:24
Ərdoğan: "Kərkükün rifahı İraqın gələcəyi üçün böyük əhəmiyyət daşıyır"
21:45
Zığda baş vermiş kütləvi dava ilə bağlı YENİ MƏLUMAT
21:25
Pakistan rəsmisi Tehranda səfərdədir
20:55
Azərbaycanın U-21 millisi rəqibini məğlub edib
20:35
Aeroport yolunda piyadanı maşın vurub öldürdü
19:40
Gəmidə xəsarət alan azərbaycanlılarla bağlı RƏSMİ MƏLUMAT - YENİLƏNİB
19:11
Bu yollarda görünüş məsafəsi məhdudlaşacaq
18:11
Torpaq uçqunu - Avtomobil yolunda çətinliklər yarandı
17:40
Sarayda müəllim şagirdi vurub? - Açıqlama
17:20
Hava dəyişdi: Yağış, şimşək...
16:29
Pakistan rəsmisi bu gün İrana səfər edəcək
16:10
Ermənistanda seçkilərə saniyələr qalıb: NƏLƏR OLACAQ?
15:48
Ermənistan üçün HƏLLEDİCİ GÜN: Paşinyan sınaqla üz-üzə
15:28
Azərbaycan Ordusunun hərbçisi Kəlbəcərdə həlak oldu
14:49
Klassik və sürət avtomobilləri Bakı bulvarında - FOTOLAR
14:22
Binədə mağaza belə yandı - VİDEO
14:00
Bakı və Abşeronda yağıntının miqdarı açıqlandı
13:50
ABŞ-İran danışıqlarında YENİ MƏRHƏLƏ
13:44
Ukrayna Rusiyadan sülh istədi: RAZILAŞMA NƏ VAXTDIR?
13:40
Trampın sağlamlığı ilə bağlı yeni məlumatlar yayıldı
13:23
Yağış yağacaq, bəzi yerlərdə intensivləşəcək - SAHABIN HAVASI
13:16
Finlandiyadakı sualtı araşdırmalarla bağlı yeni detallar
12:43
Ermənistanda seçkiqabağı mitinq: Paşinyan vəd verdi
12:33
Əraqçi Livan Prezidentinə cavab verdi
12:23
Peskov ABŞ-nin vasitəçiliyindən danışıb
12:05
Ukrayna gecə hücumuna məruz qalıb
11:59
Pensiyalarla bağlı ŞAD XƏBƏR
11:55
Paytaxtda 10 silah aşkarlanaraq götürüldü
11:36
İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik etdi
11:22
"Ermənistan" bloku seçki saxtakarlığında ittiham olunur
11:16
Yer kürəsində maqnit fırtınası başa çatdı
10:58
Bakıda bu ərazilərdə söküntü aparılacaq
10:34
Azərbaycan XİN İsveçi təbrik etdi
10:24
Azərbaycan neftinin qiyməti ucuzlaşdı
10:19
İrandan Azərbaycana keçməyə cəhd göstərən əcnəbilər saxlanıldı
10:04
Dünya bazarlarında neft ucuzlaşıb
10:00
Livana hücumlarda 21 nəfər öldü
07:58
Kuril adalarında GÜCLÜ ZƏLZƏLƏ BAŞ VERİB
07:51
Alimlər şoka düşdü: Qaranlıqda parlayan mavi hörümçək aşkarlandı
07:42
Həcc ziyarətindəki zəvvarlar Azərbaycana yola düşüb
07:32
Ürəyinizi qorumaq istəyirsinizsə, BU QİDANI rasionunuza əlavə edin- QİDA MÜTƏXƏSSİSİNDƏN AÇIQLAMA
07:16
Dünyanın ən uzun yolu OLSA DA, amma heç YERƏ GEDƏ BİLMİRSƏN-FOTOLAR
07:10
CNN: ABŞ hərbçiləri Hörmüz boğazı istiqamətində buraxılan İran PUA-larını vurub
03:54
Səhrada faciə: Xarab olan yük maşını 50 nəfərin həyatına son qoydu
03:50
Alla Puqaçova məhkəmədə qalib gəldi
03:01
KİV: İran ABŞ Hərbi Hava Qüvvələrinin Qətərdəki mərkəzini sıradan çıxarıb
02:55
Norveçin gələcək kraliçası donor orqanı gözləyir – vəziyyəti kritikdir
02:39
Tramp NƏHAYƏT BUNU EDİR: "İrandan ÇIXMALIYIQ..."
02:18
Putindən İranla BAĞLI AÇIQLAMA: "İRAN RUSİYADAN..."
01:52
Hamısı
Qusmandan etiraflar: ilk məhəbbət, Bakı və Qarabağla bağlı səmimi söhbət EKSKLÜZİV FOTOLAR