Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi “Ermənistan” blokundan deputatlığa namizəd tərəfindən seçki saxtakarlığı törədildiyini bildirib.
EDnews "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, komitənin açıqlamasına görə, namizəd seçki komissiyalarına üzv təyin ediləcək şəxsləri öz siyasi maraqları naminə seçib.
Komitə qeyd edir ki, namizəd yalnız komissiyada iştirak etməyə razı olan və blokun xeyrinə kifayət qədər səs təmin edə biləcək şəxslərə üstünlük verib.
Başlanmış cinayət işi çərçivəsində bir neçə şəxs saxlanılıb və evlərdə axtarışlar aparılıb.
Qeyd edək ki, Ermənistan parlament seçkiləri 7 iyun tarixində keçiriləcək. Seçkilərdə 16 partiya və 2 blok iştirak edəcək.
Aytac Kərimova | EDnews







