Fin körfəzində kabel zədələnməsi ilə bağlı araşdırma sona çatıb.
EDnews xəbər verir ki, Finlandiyada Fin körfəzində sualtı telekommunikasiya kabellərinin zədələnməsi ilə bağlı istintaq başa çatıb.
İş materialları prokurorluğa göndərilib, yekun işlər aparılır.
Qeyd edək ki, sözügedən hadisə keçən ilin dekabrında baş verib. O zaman "EstLink" 2 elektrik ötürmə xətti zədələnib.
Bu xətt Estoniya və Finlandiyanı birləşdirən sualtı rabitə kabelidir və Elisa ilə Arelion Finland şirkətlərinə məxsusdur.
Hadisədən sonra Finlandiya polisi “Kuk adaları” bayrağı altında üzən “Eagle S” adlı tanker gəmisini kabelə zərər vermək şübhəsi ilə saxlayıb.
Gəmi daha sonra Kantvik limanına aparılıb. Araşdırma çərçivəsində 4 nəfər şübhəli kimi qalır, onlardan 3-nün hərəkətinə məhdudiyyət qoyulub.
Əli Mehdili | EDnews


.png)


.png)

.jpg)