İyunun 6-da Rusiya silahlı qüvvələri Ukrayna ərazisinə genişmiqyaslı gecə hücumu həyata keçirib.
EDnews "RBK Ukranya" ya istinadən xəbər verir ki, Hərbi Hava Qüvvələrinin məlumatına görə, Rusiya tərəfi altı istiqamətdən, o cümlədən Orel, Kursk, Bryansk, Primorsko-Akhtarsk, Millerovo (Rusiya) və Hvardiysk (Krım) bölgələrindən 272 ədəd “Şahed”, “Gerbera”, “Italmas”, “Banderol” tipli döyüş dronları və “Parody” tipli PUA-larla hücum edib.
Hava hücumundan müdafiə qüvvələri düşmən PUA-larının əksəriyyətini zərərsizləşdirib.
İlkin məlumatlara görə, 249 dron ölkənin şimal, cənub və şərq bölgələrində vurulub və ya zərərsizləşdirilib. Hücum zamanı 11 yerə 19 zərbə dronu düşüb, vurulan dronların qalıqları isə 13 yerə dağılıb.
Ukraynaya Rusiya hücumları bu gün səhər Zaporojye şəhərinə də yönəlib.
Qeyd edək ki, iyunun 5-də Odessa bölgəsində Çornomorsk limanındakı Kernel terminalına və Kiyev bölgəsindəki “Yahotynske for Children” zavoduna ziyan dəyib. Burada dörd nəfər həlak olub, dörd nəfər yaralanıb. Hava hücumundan müdafiə aviasiya, zenit-raket qüvvələri, elektron müharibə və mobil atəş qrupları vasitəsilə aparılıb.
Aytac Kərimova | EDnews



.png)

.png)

.jpg)