ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff ilə kürəkəni Cared Kuşner nüvə sahəsi üzrə ekspertlərlə görüşüblər.
EDnews xəbər verir ki, "Axios" xəbər agentliyinin məlumatına görə, onlar İranla mümkün nüvə danışıqlarına hazırlıq məqsədilə Tennessee ştatında "Oak Ridge" Milli Laboratoriyasında uran emalı və santrifüj texnologiyaları üzrə mütəxəssislərlə görüş keçiriblər.
Görüş çərçivəsində potensial nüvə danışıqlarını dəstəkləmək üçün təxminən 100 mütəxəssisdən ibarət xüsusi komanda yaradılması planlaşdırılıb.
Eyni zamanda, Ağ Evin İranla müharibəni sona çatdıracaq və genişmiqyaslı nüvə danışıqlarının yolunu açacaq razılaşma üzərində işlədiyi, danışıqlar başlasa texniki ekspertlərin prosesə cəlb ediləcəyinin nəzərdə tutulduğu vurğulanıb.
Aytac Kərimova | EDnews


.png)


.png)

.jpg)