Poçt bağlaması üçün ödəniş nə qədərdir?

Cəmiyyət 12:49 18.12.2017

Ölkə xaricindən internet üzərindən alış-veriş saytları vasitəsilə sifariş edilmiş mallar Azərbaycana gəldikdə "Azərpoçt" nümayəndələri bağlamalar üçün ödəniş tələb edir. 

Lakin ayrı-ayrı poçt filiallarında tələb olunan məbləğ hər dəfə müxtəlif olur.

Bu da alıcılarda müəyyən şübhə və narazılıqlar doğurur.

Məsələyə aydınlıq gətirmək üçün sayt Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət edib. Nazirlikdən bildirilib ki,  mövcud qanunvericiliyə əsasən, ölkəyə daxil olan və ölkədən çıxan hər bir gömrüklü poçt göndərişi çəkisindən, dəyərindən və ona gömrük rüsumunun tətbiq olunub-olunmamasından asılı olmayaraq, beynəlxalq poçt işləmələri mərkəzində gömrük nəzarətindən keçirilir. Poçt göndərişi alıcıya verilərkən ondan tutulan məbləğ də məhz gömrüklü poçt göndərişinin gömrük orqanının nəzarətinə təqdim edilməsi ilə bağlı poçt işçisinin yerinə yetirdiyi işin haqqıdır: "Gömrüklü poçt göndərişlərinə əşya və ya mal tərkibli CN22 gömrük yarlığı ilə müşayiət olunan çəkisi 2 kq-dək beynəlxalq kiçik paketlər və CN23 gömrük bəyannaməsi ilə müşayiət olunan çəkisi 30 kq-dək beynəlxalq bağlamalar aid edilir.

"Azərpoçt" MMC-nin qüvvədə olan tariflərinə əsasən, beynəlxalq poçt göndərişlərinin gömrük nəzarətinə təqdim edilməsinə görə poçt şöbələrində alınan xidmət haqları çəkisindən və dəyərindən asılı olmayaraq, daxil olan beynəlxalq kiçik paketin hər biri üçün 1,40 manat və daxil olan beynəlxalq bağlamanın hər biri üçün 2,00 manat məbləğində müəyyən edilib".

Nazirlik bildirir ki, sözügedən tariflər tarif paketinin "Digər poçt xidmətləri üçün tariflər" hissəsində (II hissə) "Poçt göndərişlərinə dair özəl və əlavə xidmətlər üçün tariflər" bölməsinin (4-cü bölmə) "Beynəlxalq poçt göndərişinin gömrük nəzarətinə təqdim edilməsi" maddəsinin (9-cu maddə) 9.2-ci bəndinin 9.2.1 və 9.2.2 yarımbəndlərində öz əksini tapıb: "Çəkisi 500 qramdan artıq olan kiçik paketin poçt şöbəsində verilməsi zamanı beynəlxalq qaydalara əsasən, əlavə olaraq 0,60 manat məbləğində verilmə rüsumu alınır (4-cü bölmə, 6-cı maddə, 6.3 bəndi)".

Poçt şöbəsində aparılmış istənilən ödənişə görə, müştəriyə mütləq qaydada üzərində məbləğ qeyd olunmuş və təqvim möhürü vurulmuş hesabat qəbzi (kompüterdə çap olunmuş çıxarış) tələb olunmalıdır. Poçt əməkdaşından ödəniş qəbzinin tələb edilməsi hər hansı qanunsuz ödənişin tutulmasının qarşısını almaq üçün ən etibarlı vasitədir.

Həmçinin, qeyd edilir ki, göndərişin əldə olunması bildiriş yazıldığı gündən 5 gün müddətində ödənişsizdir: "Bildiriş yazıldıqdan 5 gün sonra, hər gün üçün sadə və sifarişli məktublara görə 0,10 manat, qiymətli məktub (çəkisi 500 qr-dan artıq), kiçik paket və banderola görə 0,20 manat, bağlamaya görə isə hər gün üçün 0,30 manat tələb olunur".

İsrail və Türkiyə gərginliyinin açar ölkəsi: Azərbaycan - İsrailli ekspert ŞƏRH EDİR -VİDEO

Xəbər xətti

Paşinyanın Moskva səfərinin PƏRDƏARXASI – Rusiyalı politoloqdan ÖZƏL AÇIQLAMA
12:10 08.05.2024
İsrail və Türkiyə gərginliyinin açar ölkəsi: Azərbaycan - İsrailli ekspert ŞƏRH EDİR -VİDEO
12:00 08.05.2024
Azərbaycan və Bolqarıstan prezidentlərinin geniş tərkibdə görüşü başlayıb
11:55 08.05.2024
İsrail Rəfah şəhərini ələ keçirirərsə, Şərq dünyası bundan necə təsirlənəcək? – Misirli ekspertlər ŞƏRH EDİR – ÖZƏL
11:39 08.05.2024
Ukrayna əhalisi müharibə bəhanəsi ilə vergidən yayınır
Ukrayna əhalisi müharibə bəhanəsi ilə vergidən yayınır
11:30 08.05.2024
Pentaqonun keçmiş müşaviri: Zelenski istefaya göndərilə bilər
Pentaqonun keçmiş müşaviri: Zelenski istefaya göndərilə bilər
11:25 08.05.2024
İlham Əliyevin Rumen Radev ilə təkbətək görüşü BAŞLADI
11:20 08.05.2024
Bolqarıstan Prezidentinin rəsmi qarşılanma mərasimi oldu
11:18 08.05.2024
Sürücülərin NƏZƏRİNƏ: Bu prospektdə təmir işləri aparılır
11:15 08.05.2024
İngiltərə hava limanlarında sistem çöküb
İngiltərə hava limanlarında sistem çöküb
11:10 08.05.2024
Yaxın aylarda Şuşa DOST Mərkəzi istifadəyə VERİLƏCƏK
11:03 08.05.2024
“Sülh üçün COP29 böyük əhəmiyyət kəsb edir” – Tofiq Abbasov
11:00 08.05.2024
Zaqatalada dönərdən zəhərlənənlərin 15-i uşaqdır - TƏBİB
10:41 08.05.2024
Elçin Əmirbəyov: “Zəngəzur dəhlizi Ermənistanı təcrid vəziyyətindən çıxara bilər”
10:34 08.05.2024
Başına pul mükafatı qoyulan Milli Qəhrəman Albert Aqarunov - ANIM - VİDEO
10:30 08.05.2024
Mayın 9-da Bakı metrosunun iş rejimi dəyişdiriləcək
10:26 08.05.2024
Kütləvi zəhərlənmədən sonra Zaqatalada dönərxanaların fəaliyyəti dayandırıldı
10:20 08.05.2024
"İsrail HƏMAS-la sülh danışıqlarına başlamalıdır" - Ağ Evin Sözçüsü
"İsrail HƏMAS-la sülh danışıqlarına başlamalıdır" - Ağ Evin Sözçüsü
10:16 08.05.2024
Robert Fitso: "Makron ölkəmizdə populyar siyasətçi sayılmır"
10:09 08.05.2024
Umud Mirzəyev Şuşadan danışdı: “Mən o günlərin şahidi olmuşam”
10:00 08.05.2024
Fransada Olimpiya Oyunlarının məşəli alovlandırıb
Fransada Olimpiya Oyunlarının məşəli alovlandırıb
09:55 08.05.2024
Azərbaycanda bu ilin birinci rübündə gündəlik neft hasilatı göstəricisi açıqlanıb
09:49 08.05.2024
Havaya atəş açan suriyalılar deportasiya edilib
Havaya atəş açan suriyalılar deportasiya edilib
09:47 08.05.2024
"Azərbaycanla Ermənistan sülhə doğru irəliləyir" - Azərbaycanın Britaniyadakı Səfiri
"Azərbaycanla Ermənistan sülhə doğru irəliləyir" - Azərbaycanın Britaniyadakı Səfiri
09:46 08.05.2024
Meyiti tapılan erməni əsgər İNTİHAR EDİBMİŞ
09:38 08.05.2024
Kəlbəcərə dolu düşüb, dağlıq ərazilərdə 1 dərəcəyədək şaxta olub - FAKTİKİ HAVA
09:27 08.05.2024
Azərbaycan Slovakiya ilə birgə silah istehsal EDƏCƏK
09:18 08.05.2024
Slovakiyanın Baş naziri Avropa İttifaqını tənqid etdi: "Özünə aşiqdir"
09:00 08.05.2024
BMT Somaliyə humanitar yardım üçün 228 milyon dollar cəlb etmək niyyətindədir
07:25 08.05.2024
Ukrayna rəsmisi: Rusiyanın “TikTok”dakı üstünlüyündən narahatıq
06:40 08.05.2024
Yeniyetmələr arasında badminton üzrə Azərbaycan birinciliyi keçirilib
05:33 08.05.2024
Zaqatalada 10-dan artıq şəxs dönərdən zəhərlənib
04:21 08.05.2024
Azərbaycan parataekvondoçuları Avropa çempionatında iştirak edəcək
03:19 08.05.2024
Şotlandiyanın yeni hökumət başçısı məlum olub
02:18 08.05.2024
Futzal üzrə Azərbaycan kubokunun qalibi bəlli oldu
01:00 08.05.2024
202 əcnəbinin ölkəyə girişləri məhdudlaşdırılıb - SƏBƏB
00:16 08.05.2024
Paşinyan: “KTMT-nin Ermənistanda qalması üçün müharibə lazımdır”
23:44 07.05.2024
Aygün Bəylərin ailəsi tiktoker Ləmanla bağlı polisə şikayət edib
23:23 07.05.2024
DİQQƏT! Səhiyyə Nazirliyi və Elektron Təhlükəsizlik Xidməti əhaliyə müraciət edib
23:09 07.05.2024
Kilian Mbappenin "Real"da geyinəcəyi forma nömrəsi bəlli olub
23:00 07.05.2024
Hamısı