Bakıdakı qətliamların Hacı Zeynalabdin Tağıyevin oğlu ilə nə əlaqəsi var idi? DƏHŞƏTLİ FAKT

Cəmiyyət 11:18 31.03.2018

“Bizi öldürüb adlarını küçələrimizə qoymuşdular. Yetmiş il bizi öldürən adamın məzarı önündə baş əydik, gül dəstəsi qoyduq. Faciə burdadır ki, 2009-cu ildə məzarları qazıldı və məlum oldu ki, cəmi 22 cəsəd var, qalanı yoxdur. 26 olmalı idi. Şaumyan öz məzarında yox idi. Bəs, biz yetmiş il kimə baş əymişik?”

Bu sözləri tarix elmləri üzrə fəlsəfə doktoru Nəsiman Yaqublu söyləyib.

O bildirib ki, 1917-ci ildə Rusiyada baş verən inqilabdan sonra ermənilər Qafqazda fəallaşıblar:

“Bunun da əsas səbəbi özləri üçün böyük dövlət qurmaq idi. Türkiyədə də ermənilər fəallıq göstərmişdi, silahlı üsyan törətmişdilər. Yəni, əsas fikirləri Türkiyə ərazisində Ermənistan vilayəti yaratmaq idi. Türkiyənin ordusunu, gücünü görəndən sonra istəklərini Qafqaz ərazisində gerçəkləşdirməyə başladılar. Qafqaz ərazisində də ən münbit yer kimi Azərbaycanı seçdilər. Gürcüstanda, Şimali Qafqazda bunu eləyə bilmədilər. Azərbaycanda etdilər, çünki Ruslar da onlara dəstək oldu. Bura çoxlu sayda ermənilər köçürüldü. Onu da deyim ki, Türkiyəyə qarşı vuruşan silahlı erməni dəstələri də Bakıya doluşdular. Bunların sayını on min göstərirlər”.

N.Yaqublu söyləyib ki, 1917-ci il dekabr ayının 2-də Leninin əmri ilə Şaumyan Qafqaz İşləri üzrə fövqəladə komissar təyin edilib:

“Ən səlahiyyətli adam oldu Şaumyan və burada formalaşan Bakı Sovetinin sədri təyin edildi. İkinci bir məsələ çıxır ki, ermənilər Bakını da ələ keçirmək istəyirdilər. Bakı və Bakıətrafı kəndlər ermənilərin təsirində olan bir bölgə halında Rusiyanın tərkibinə keçirilirdi.

1918-ci ildə mayın 28-də Azərbaycanın istiqlalını və müstəqilliyini elan etməklə həm də Azərbaycanın ərazisini, Bakını qoruyub saxladıq. Söhbət Bakı uğrunda mübarizədən gedir, soyqırımı onun tərkib hissəsidir. Soyqırımı üç gündə baş verdi, amma buna qədər ermənilər proqramlar aparırdı. Məqsəd adam öldürmək deyildi, adamları bu yerlərdən hansı yolla olur olsun, uzaqlaşdırıb Bakını ələ keçirmək idi”.

O bildirib ki, indi bizim tarixçilərin söylədiklərinin çoxu düzgün deyil, həqiqəti əks etdirmir:

“Boş-boş danışırlar. Çünki onlar məsələnin üstünə gedə bilmirlər. Məsələnin üstü ruslarla ermənilərin danışıqları, planlarıdır. Həmin planda böyük neft ölkəsi olan, strateji əhəmiyyəti daşıyan, Xəzər dənizi ətrafında yerləşən Bakını və təxminən Salyana qədər ərazini ələ keçirmək idi. Salyandan o yana onlara lazım deyildi. Çünki əsas neft Salyana qədər olan ərazilərdə çıxırdı. Hacı Zeynəlabdin Tağıyevin Lənkərandakı müsəlman alayında xidmət edən oğlu öldürülmüşdü və onun meyitini gətirib burda dəfn edəndə alayın 48 müsəlman əsgərini tərki-silah etdilər. Bu da camaatın etirazına səbəb oldu. Həmin vaxt ermənilər bir təxribat da irəli sürürlər, guya azərbaycanlılar ruslara da qarşı çıxır, hətta bizim tərəfdən ruslara güllə atıb deyirlər ki, atanlar müsəlmanlardı”.

Tarixçi bildirib ki, bəzi mənbələrə görə Bakıda törədilən qırğında 15, bəzilərində isə 12-13 min göstərilir. Amma digər bölgələri də bura əlavə etsək, 30-40 min azərbaycanlı qətlə yetirilib:

“Bu qətliamlar 1918-ci ilin sentyabr ayının 15-ə qədər davam edib. Sonra Nuru Paşanın başçılıq etdiyi Qafqaz-İslam ordusu gəlib, Bakını xilas eləyib və qətliam ancaq bundan sonra dayandırılıb.

Buna görə də Rəsulzadə yazırdı ki, 1918-ci ildə mayın 28-də biz Azərbaycanın istiqlalını azad etmişdiksə, sentiyabrın 15-də o istiqlalı gerçəkləşdirdik”.

N.Yaqublu deyib ki, törədilən qətllərlə bağlı Şaumyanın Leninlə yazışmaları var:

“Qırmızı qvardiya dəstəsinin komandiri Anastas Mikayanın qətliamlarda birbaşa iştirak edirdi. 1939-cu ilə qədər Bakıda Anastas Mikayan adına ayrıca bir rayon var idi. Mikayan rayonu. 1991-ci ilə qədər Şaumyanın adına rayon var idi. İndiki Xətai rayonu onun adını daşıyırdı. Şaumyanın adına təkcə Bakı şəhərində yeddiyə qədər küçə, rayon və heykəllər var idi. Bu qatillər həm də bu cür Azərbaycanı işğal eləmişdilər. Şaumyan adına Tarix İnstitutu var idi, 48-ci ildə oğlu gəlib dədəsinə, babasına aid bütün sənədləri götürüb getdi. Heç kim də bilmədi. Ermənilər təkcə mart hadisələrini törətməyiblər. Mikayıl Müşfiqi, Əhməd Cavadı, Hüseyn Cavidi kim sürgünə göndərdi? Azərbaycanın qaymaqlarını ermənilər qırdı. Hamısı erməni müstəntiqləri idi. Hüquq mühafizə orqanlarına 32 nəfər erməni girmişdi. Bütün qaniçənlər də onlar idi”. (publika)

Doğan Başaran: "Azərbaycan "Yaşıl Dünya" sahəsinə töhfələri ilə nümunəvi ölkə olacaq" - VIDEO

Xəbər xətti

Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Cenevrədə razılığa gəldilər
11:50 17.05.2024
Azərbaycan və Belarus prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxdılar -FOTOLAR
11:46 17.05.2024
Fransada sinaqoqu yandırmaq istəyən şəxs öldürülüb
Fransada sinaqoqu yandırmaq istəyən şəxs öldürülüb
11:45 17.05.2024
Qarabağ Universitetinə əcnəbi tələbə qəbul ediləcək? – RƏSMİ AÇIQLAMA
11:40 17.05.2024
SON DƏQİQƏ! Bu ölkədə atışma
SON DƏQİQƏ! Bu ölkədə atışma
11:37 17.05.2024
İlham Əliyev Aleksandr Lukaşenkonu Füzulidə qarşıladı -FOTOLAR
11:33 17.05.2024
Roma Papa 2025-ci ildə Türkiyəyə gəlməyi planlaşdırır
Roma Papa 2025-ci ildə Türkiyəyə gəlməyi planlaşdırır
11:13 17.05.2024
Lukaşenko Füzuliyə GEDİB
11:05 17.05.2024
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Cenevrədə görüşüb
11:03 17.05.2024
Ötən il Azərbaycanda 293 erkən evliliyin qarşısı ALINIB
11:00 17.05.2024
Universitetin rektoru qovuldu - Bu ölkədə
Universitetin rektoru qovuldu - Bu ölkədə
10:55 17.05.2024
Korotçenko: "Ermənistan bunu əbədi unutmalıdır" - VİDEO - ÖZƏL
Korotçenko: "Ermənistan bunu əbədi unutmalıdır" - VİDEO - ÖZƏL
10:50 17.05.2024
İnsan alveri qurbanlarının böyük hissəsini kişilər təşkil EDİB
10:47 17.05.2024
Azərbaycanda insan alverinin qurbanları ən çox bu şəhər və rayonlardadır
10:45 17.05.2024
Küçələrdə dilənçilik edən 342 uşaq AŞKARLANIB
10:40 17.05.2024
Doğan Başaran: "Azərbaycan "Yaşıl Dünya" sahəsinə töhfələri ilə nümunəvi ölkə olacaq" - VIDEO
10:35 17.05.2024
Son zamanlar yanğın hadisələri niyə intensivləşib? – Ekspertdən XƏBƏRDARLIQ
10:30 17.05.2024
Rusiyanın Çindən gizli tələbi nədir?
Rusiyanın Çindən gizli tələbi nədir?
10:25 17.05.2024
Avropa Rusiya qazına həddən artıq arxalanıb?
Avropa Rusiya qazına həddən artıq arxalanıb?
10:22 17.05.2024
Mədəniyyət sarayına mədəniyyətsiz münasibət - FOTOLAR
10:20 17.05.2024
İspaniyadan İsrailə bağlı yeni QƏRAR
İspaniyadan İsrailə bağlı yeni QƏRAR
10:15 17.05.2024
AZAL-dan Pekinə xüsusi qiymətlərlə səyahət etmək fürsəti!
10:10 17.05.2024
İrandakı səfirliyimizin yeri DƏYİŞDİRİLDİ - RƏSMİ
10:05 17.05.2024
ABŞ  Uyğur türklərinə görə 26 Çin  şirkətinə sanksiya tətbiq edib
ABŞ Uyğur türklərinə görə 26 Çin şirkətinə sanksiya tətbiq edib
10:05 17.05.2024
“Qərb Ermənistandan Rusiyaya qarşı istifadə edir” – Britaniyalı politoloq – ŞƏRH
“Qərb Ermənistandan Rusiyaya qarşı istifadə edir” – Britaniyalı politoloq – ŞƏRH
10:00 17.05.2024
Bu il Albaniyanın Azərbaycanda səfirliyi açılacaq
Bu il Albaniyanın Azərbaycanda səfirliyi açılacaq
09:55 17.05.2024
Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Kazandadır
Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Kazandadır
09:50 17.05.2024
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Naurunu COP29-a dəvət edib
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Naurunu COP29-a dəvət edib
09:45 17.05.2024
Bu ərazilərə qar yağıb – FAKTİKİ HAVA
09:39 17.05.2024
Azərbaycanda ata övladını məktəbə belində aparır - VİDEO
09:30 17.05.2024
Bu gün Əbdürrəhim bəy Haqverdiyevin doğum günüdür
09:30 17.05.2024
Hikmət Hacıyev ABŞ-da Blinkenin müavini ilə görüşdü
09:13 17.05.2024
Azərbaycanda televiziya rejissoru vəfat etdi
09:05 17.05.2024
Direktor müavini öldürdüyü şəxsi bu ərazidə basdırıbmış - Qətlin detalları
06:16 17.05.2024
Qazaxıstan Prezidenti BU ŞƏXSLƏRİN ölkəyə girişini qadağan edən qanun İMZALADI
04:22 17.05.2024
Beşiktaş” və “Fənərbağça” “Qarabağ”ın legioneri üçün hərəkətə keçdi
03:12 17.05.2024
Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub
02:11 17.05.2024
XİN-in idarə rəisi BƏƏ səfiri ilə iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edib
01:00 17.05.2024
Ramil Şeydayevin çıxış etdiyi komanda məğlub olub
00:14 17.05.2024
Kobaxidze: Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin Tbilisidə etirazlarda iştirakı təəssüf doğurur
23:45 16.05.2024
Hamısı