24 mayda Serbiya hökumətinin iclasında Azərbayan vətəndaşlarının bu ölkəyə vizasız səfər edə bilmələri məsələsi də müzakirə olunub.
Serbiya Xarici İşlər Nazirliyinin saytının məlumatına görə, iclasda edilən təkliflər Serbiya hökuməti tərəfindən müsbət cavablandırılıb.
Belə ki, Azərbaycan vətəndaşlarının 2 iyundan etibarən Serbiyaya vizasız səfər etmələrinə icazə verilib. Vizasız qalma müddəti isə 90 gün təyin edilib.