Pekində AZƏRTAC və Sinxua xəbər agentliklərinin rəhbərləri tərəfdaşlığın inkişafı istiqamətlərini müzakirə ediblər

Cəmiyyət 15:46 31.05.2018

Azərbaycanın və Çinin milli xəbər agentlikləri olan AZƏRTAC və Sinxua arasında dinamik inkişaf edən əlaqələr iyunun 1-də imzalanacaq əməkdaşlıq Sazişi ilə daha da genişlənəcək və yeni mərhələyə qədəm qoyacaq.

Bu fikir mayın 31-də Pekində Sinxuanın baş ofisində AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanovun bu agentliyin prezidenti Çay Mincao ilə görüşündə səslənib.

Azərbaycan və Çin arasında əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edən Aslan Aslanov dövlət rəhbərlərinin bütün sahələrdə qarşılıqlı əməkdaşlığa böyük önəm verdiklərini bildirib. “AZƏRTAC və Sinxuanı uzun illərdir sıx tərəfdaşlıq münasibətləri bağlayır və iyunun 1-də Şanxay Əməkdaşlıq Təşkilatının birinci media forumunda iki agentlik arasında imzalanacaq Saziş əlaqələrimizin daha da genişlənməsinə mühüm töhfə olacaq”, - deyə Aslan Aslanov vurğulayıb.

Məlumat verilib ki, AZƏRTAC-da Çin dilində informasiya redaksiyası fəaliyyət göstərir. Bakıda Konfutsi İnstitutu ilə birgə agentliyin jurnalistləri üçün Çin dili kursları keçirilir. İndiyədək 50-dən artıq əməkdaş bu təlimlərdə iştirak edib. Qeyd olunub ki, ötən müddətdə iki agentlik bir sıra müştərək layihələr həyata keçirib. Bakıda Sinxua ilə birgə fotosərgi təşkil olunub, Pekində AZƏRTAC-ın saytının Çin dilində versiyasının təqdimatı keçirilib.

Görüşdə hər iki agentliyin həm ikitərəfli müstəvidə, həm də beynəlxalq media qurumları çərçivəsində uğurla əməkdaşlıq etdiyi bildirilib. Dünya Xəbər Agentlikləri Konqresinə, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatına (OANA) sədrlik edən AZƏRTAC ilə OANA-nın büro üzvü olan Sinxuanın bu təşkilatın çərçivəsində əlaqələrin daha da inkişaf etdirilməsi perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb.

Azərbaycanın son illər bir çox beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini, bəşəriyyəti düşündürən problemlərə dair çox səmərəli müzakirələrin aparıldığı məkana çevrildiyini deyən AZƏRTAC-ın İdarə Heyətinin sədri Sinxuanın rəhbərini bu il oktyabrın 4-6-da keçiriləcək Bakı Beynəlxalq Humanitar Forumunda iştirak üçün ölkəmizə səfərə dəvət edib.

AZƏRTAC ilə əməkdaşlığa xüsusi əhəmiyyət verdiklərini, iyunun 1-də imzalanacaq Sazişin əlaqələrin daha da möhkəmləndirilməsi üçün böyük perspektivlər açdığını vurğulayan Sinxua agentliyinin prezidenti Çay Mincao sənədin informasiya mübadiləsi ilə yanaşı, birgə layihələrin həyata keçirilməsi üçün də yaxşı zəmin yaradacağını qeyd edib. “Əlaqələrimizin genişlənməsi üçün əlimizdən gələni edəcəyik. Biz agentliyimizin Azərbaycandakı fəaliyyətinə verdiyi dəstəyə görə sizə minnətdarıq. Sinxua OANA-dakı iştirakına böyük diqqət yetirir və AZƏRTAC-ın sədr kimi təşkilatın inkişafına verdiyi töhfələri yüksək qiymətləndirir. Bu istiqamətdə AZƏRTAC-ın təşəbbüslərini bundan sonra da dəstəkləməyə hazırıq”, - deyə Çay Mincao vurğulayıb.

Görüşdə Çinin “Bir kəmər - bir yol” strategiyası çərçivəsində Azərbaycanın Çindən Avropaya doğru nəqliyyat dəhlizinin inkişafına verdiyi töhfələrdən danışılıb, bu iri layihələr haqqında məlumatların daha geniş yayılması üçün Sinxua tərəfindən yaradılan alyansa AZƏRTAC-ın qoşulması, vahid informasiya bazasından birgə istifadə haqqında səmərəli fikir mübadiləsinin davam etdirilməsi qərara alınıb. Eyni zamanda, agentlik rəhbərləri informasiya mübadiləsi, OANA-nın fəaliyyətinin yeni səviyyəyə qaldırılması, qurumun Asiya və Sakit Okean regionunun mediası qarşısında duran çağırışların həlli yollarının tapılması və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər barədə müzakirələr aparıblar.

Doğan Başaran: "Azərbaycan "Yaşıl Dünya" sahəsinə töhfələri ilə nümunəvi ölkə olacaq" - VIDEO

Xəbər xətti

Roma Papa 2025-ci ildə Türkiyəyə gəlməyi planlaşdırır
Roma Papa 2025-ci ildə Türkiyəyə gəlməyi planlaşdırır
11:13 17.05.2024
Lukaşenko Füzuliyə GEDİB
11:05 17.05.2024
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Cenevrədə görüşüb
11:03 17.05.2024
Ötən il Azərbaycanda 293 erkən evliliyin qarşısı ALINIB
11:00 17.05.2024
Universitetin rektoru qovuldu - Bu ölkədə
Universitetin rektoru qovuldu - Bu ölkədə
10:55 17.05.2024
Korotçenko: "Ermənistan bunu əbədi unutmalıdır" - VİDEO - ÖZƏL
Korotçenko: "Ermənistan bunu əbədi unutmalıdır" - VİDEO - ÖZƏL
10:50 17.05.2024
İnsan alveri qurbanlarının böyük hissəsini kişilər təşkil EDİB
10:47 17.05.2024
Azərbaycanda insan alverinin qurbanları ən çox bu şəhər və rayonlardadır
10:45 17.05.2024
Küçələrdə dilənçilik edən 342 uşaq AŞKARLANIB
10:40 17.05.2024
Doğan Başaran: "Azərbaycan "Yaşıl Dünya" sahəsinə töhfələri ilə nümunəvi ölkə olacaq" - VIDEO
10:35 17.05.2024
Son zamanlar yanğın hadisələri niyə intensivləşib? – Ekspertdən XƏBƏRDARLIQ
10:30 17.05.2024
Rusiyanın Çindən gizli tələbi nədir?
Rusiyanın Çindən gizli tələbi nədir?
10:25 17.05.2024
Avropa Rusiya qazına həddən artıq arxalanıb?
Avropa Rusiya qazına həddən artıq arxalanıb?
10:22 17.05.2024
Mədəniyyət sarayına mədəniyyətsiz münasibət - FOTOLAR
10:20 17.05.2024
İspaniyadan İsrailə bağlı yeni QƏRAR
İspaniyadan İsrailə bağlı yeni QƏRAR
10:15 17.05.2024
AZAL-dan Pekinə xüsusi qiymətlərlə səyahət etmək fürsəti!
10:10 17.05.2024
İrandakı səfirliyimizin yeri DƏYİŞDİRİLDİ - RƏSMİ
10:05 17.05.2024
ABŞ  Uyğur türklərinə görə 26 Çin  şirkətinə sanksiya tətbiq edib
ABŞ Uyğur türklərinə görə 26 Çin şirkətinə sanksiya tətbiq edib
10:05 17.05.2024
“Qərb Ermənistandan Rusiyaya qarşı istifadə edir” – Britaniyalı politoloq – ŞƏRH
“Qərb Ermənistandan Rusiyaya qarşı istifadə edir” – Britaniyalı politoloq – ŞƏRH
10:00 17.05.2024
Bu il Albaniyanın Azərbaycanda səfirliyi açılacaq
Bu il Albaniyanın Azərbaycanda səfirliyi açılacaq
09:55 17.05.2024
Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Kazandadır
Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Kazandadır
09:50 17.05.2024
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Naurunu COP29-a dəvət edib
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Naurunu COP29-a dəvət edib
09:45 17.05.2024
Bu ərazilərə qar yağıb – FAKTİKİ HAVA
09:39 17.05.2024
Azərbaycanda ata övladını məktəbə belində aparır - VİDEO
09:30 17.05.2024
Bu gün Əbdürrəhim bəy Haqverdiyevin doğum günüdür
09:30 17.05.2024
Hikmət Hacıyev ABŞ-da Blinkenin müavini ilə görüşdü
09:13 17.05.2024
Azərbaycanda televiziya rejissoru vəfat etdi
09:05 17.05.2024
Direktor müavini öldürdüyü şəxsi bu ərazidə basdırıbmış - Qətlin detalları
06:16 17.05.2024
Qazaxıstan Prezidenti BU ŞƏXSLƏRİN ölkəyə girişini qadağan edən qanun İMZALADI
04:22 17.05.2024
Beşiktaş” və “Fənərbağça” “Qarabağ”ın legioneri üçün hərəkətə keçdi
03:12 17.05.2024
Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub
02:11 17.05.2024
XİN-in idarə rəisi BƏƏ səfiri ilə iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edib
01:00 17.05.2024
Ramil Şeydayevin çıxış etdiyi komanda məğlub olub
00:14 17.05.2024
Kobaxidze: Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin Tbilisidə etirazlarda iştirakı təəssüf doğurur
23:45 16.05.2024
Polşanın sifariş verdiyi “Bayraktar”ların hamısı çatdırılıb
23:23 16.05.2024
Moldova parlamenti oktyabrın 20-nə Aİ-yə üzvlük haqqında referendum təyin edib
23:00 16.05.2024
Özbəkistanda mülki aviaşirkətlərin sayı 6 dəfə artıb
22:39 16.05.2024
Əli Əsədov Efiopiyanın baş nazirinin müavini ilə görüşüb
22:34 16.05.2024
Azərbaycan Basketbol Liqası: Final seriyasının ilk oyunu keçirilib
22:20 16.05.2024
Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilib
22:10 16.05.2024
Hamısı