Quba-İspik-Xınalıq yolunda dağlardan gələn sel suları nəticəsində “Mersedes” markalı avtomobil dərəyə aşıb.
Hadisə zamanı avtomobildə olan iki nəfər Bakı sakini maşını vaxtında tərk edə bilib və xəsarət almayıb.
Hadisə günorta saatlarında Quba-İspik-Xınalıq yolunun 55-ci kilometrliyində baş verib.
Nəticədə Quba-Xınalıq yolu bir müddət bağlı qalsa da, əraziyə cəlb olunan texnikanın köməkliyi ilə hərəkət yenidən bərpa olunub.