Azərbaycan sərhədlərində laboratoriyaların ŞOK HƏDƏFİ Moskvadan SOS

Cəmiyyət 17:44 20.06.2018
Rusiya keçmiş Sovet İttifaqı ölkələrində ABŞ-ın tibbi-bioloji fəallığından narahatdır.
 
“RİA-Novosti” xəbər verilir ki, bu haqda Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
 
“Biz həqiqətən postsovet məkanında ABŞ-ın hərbi müəssisəsinin tibbi-bioloji fəallığı ilə narahatıq. Hesab edirik ki, amerikalıların bütün təminatlarına baxmayaraq, bu fəaliyyət keçmiş Sovet İttifaqı respublikalarında yoluxucu xəstəliklərlə mübarizə kimi humanitar hədəflər üçün deyil, əsasən Pentaqonun xeyrinə həyata keçirilir”, - o brifinqdə deyib.
 
Daha əvvəl vətəndaş cəmiyyətinin inkişafı və insan hüquqları üzrə şuranın iclasında Rusiya prezidenti Vladimir Putin bildirib ki, ABŞ-ın müxtəlif etnosların nümayəndələrindən hansı məqsədlə bioloji materiallar toplaması Rusiya üçün anlaşılmazdır.
 
Xatırladaq ki, Mariya Zaxarova hələ bu ilin fevralında bildirib ki, keçmiş SSRİ-nin bir çox respublikasında mikrobioloji laboratoriyalar meydana çıxmağa başlayıb. Diplomat onların birbaşa ABŞ Müdafiə Nazirliyinin vasitələri ilə təchiz edildiyini qeyd edib. XİN rəsmisinin sözlərinə görə, son illərdə Rusiya sərhədlərində bilavasitə ABŞ hərbi müəssisəsinin tibbi-bioloji fəallığı ilə bağlı ciddi problemlər mövcuddur.
 
Qeyd edək ki, postsovet məkanında ABŞ-ın hərbi-siyasi mövcudluğu bir qayda olaraq, hərbi bölmələrin yerləşdirilməsi, bazaların qurulması, arzu olunmayan rejimlərin devrilməsi məqsədi ilə müxtəlif “rəngli inqilablar”ın təşkili və başqa "atributlar”la assosiasiya edilir. Ancaq Amerika geosiyasi ekspansiyası bəzən müxtəlif bioloji laboratoriyalar şəklində də özünü göstərir.
 
EADaily saytının hələ ötən il yazdığına görə, ABŞ-da yaradılan referens-laboratoriyalar 2010-cu ildən Ukrayna, 2011-ci ildən Gürcüstan, 2016-cı ildən isə Qazaxıstan, Ermənistan və Özbəkistanda fəaliyyət göstərir.
 
Ermənistana gəlincə, ABŞ Rusiyanın müttəfiqinin ərazisində üç laboratoriya açıb. Bunlar İrəvan, Gümrü və İcevan şəhərlərində yerləşir. Layihəni ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) təhlükələrinin azaldılması üzrə agentliyi maliyyələşdirir. Xüsusi halda, Ermənistan Kənd Təsərrüfatı Nazirliyinə referens-laboratoriyanın yaradılması məqsədi ilə 4,1 milyon dollar ayrılıb. Bundan başqa, 9,8 milyon Ermənistan Səhiyyə Nazirliyinə “nəzarət və xəstəliklərin profilaktikası üzrə Milli Mərkəzi” adlanan laboratoriyanın təmiri üçün verilib. 1,7 milyon dollar isə hər iki müəssisə üçün yeni avadanlıqların alınmasına ayrılıb.
 
Əlbəttə, Amerika səfirliyinin nümayəndələri, həmçinin yuxarıda göstərilən idarələr dəfələrlə inandırıblar ki, laboratoriyaların fəaliyyəti heç bir halda geosiyasi problemlərlə bağlı deyil. Səhiyyə Nazirliyinin nümayəndələri hələ 2016-cı ilin sonunda bildiriblər ki, Ermənistan yüksək miqrasiya olan regiondadır və xəstəliklərin respublikaya daxil olma ehtimalı böyükdür. Və öz üzərinə götürülmüş beynəlxalq öhdəliklərə əsasən, Ermənistan guya ölkə daxilində və onun hüdudları xaricində xəstəliklərin yayılmasının qarşısını alaraq bu təhlükələri aşkar etməli, onlara reaksiya verməlidir. Erməni tərəfi həmçinin qeyd edir ki, laboratoriya geosiyasi əhəmiyyətə malik ola bilməz, çünki ölkə bioloji silahın yayılması risklərinin azaldılması üzrə öhdəlikləri qəbul edib.
 
2017-ci il aprelin sonunda analoji şərhlə ABŞ-ın İrəvandakı səfirliyi çıxış etdi. Amma EADaily saytı qeyd edir ki, gözəl frazalar və itilənmiş diplomatik qısa fikirlər mövcud şübhələri aradan qaldıra bilməz. Bundan başqa, şübhələr İrəvanda biolaboratoriyanın fəaliyyəti haqqında EADaily-nin çəkiliş qrupu tərəfindən hazırlanmış kiçik videosüjet daha da gücləndirdi. İlk növbədə, anlaşılmazdır ki, Ermənistanda virusların yayılması üzrə potensial təhlükələrlə, heç olmasa ABŞ Səhiyyə Nazriliyi deyil, niyə Pentaqon mübarizə aparmalıdır?
 
“Məlumatlandırılmış və qorunmuş istehlakçı” İctimai təşkilatın sədri Babken Pipoyanın fikrincə, referens-laboratoriyaların Ermənistan ərazisində fəaliyyət ən müxtəlif problemləri və təhlükələri gətirə bilər.
 
“Amma biz anlayırıq ki, laboratoriya gizli obyekt deyil. Əgər risklər varsa, xüsusi xidmət orqanları, və Ermənistan hökuməti, o cümlədən Ermənistanın strateji müttəfiqi kimi Rusiya bilir. Əlbəttə, ABŞ tərəfindən Ermənistanda laboratoriyaların yaradılması Rusiyanın xoşuna gələ bilməz, amma düşünürəm ki, erməni tərəfi rusiyalı həmkarları ilə müzakirələrin gedişatında lazımlı arqumentləri ortaya qoyub”, - Pipoyan hesab edir.
 
Amma məsələ ondadır ki, referens-laboratoriyaların işi yalnız ABŞ hərbi müəssisəsinin nəzarəti altında olmalıdır. Laboratoriyalar ABŞ-a onun yerləşdiyi post-sovet ölkəsinin ərazisində, həmçinin transsərhəd qonşularında bioloji vəziyyətə tamamilə nəzarət etməyə imkan verir. Eyni zamanda hər virusoloq qaydanı bilir: bakteriyaların öyrənilməsi bakterioloji silahın yaradılmasına qədər bir addımdır.
 
Bundan başqa, biolaboratoriyalar ölkələrin hökumətinin nəzarəti altından çıxarılıb. Laboratoriyalar qapalı rejimdə işləyir. Sırf amerikalılardan ibarət olan laboratoriyaların personalı diplomatik immunitetə malikdir və yerli mülki səhiyyənin nümayəndələrinin bu obyektlərə birbaşa giriş hüququ yoxdur. Laboratoriyaların əməkdaşlarının sayı 50-dən 250-ə qədərdir.
 
Postsovet məkanında ABŞ tərəfindən maliyyələşdirilən laboratoriyalar Vaşinqton tərəfindən bütün dünyada genişləndirilən qlobal sistemin bir hissəsidir. Rusiyanın sərhədləri boyunca yaradılan Amerika laboratoriyaları şəbəkəsi Pentaqona bir sıra strateji məsələlərİ həll etməyə imkan verir. Bu, müxtəlif patogenlər haqqında məlumatların toplanması və bioloji silahın yaradılması üçün bu məlumatlardan istifadədir.
 
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin amerikalı məsləhətçisi Cefri Silverman hələ 2015-ci ilin sonunda gürcü jurnalisti Xviç Konsaladzeyə verdiyi müsahibəsində bildirmişdi ki, ABŞ laboratoriyaları bioloji silahın qadağası haqqında konvensiyanı keçmək məqsədi ilə yaradılır. Gürcüstandakı laboratoriya Tiflis aeroportu yaxınlığında yerləşir. Amerikalılar bu laboratoriyanın yaradılmasına 300 milyon dollar xərcləyiblər.
 
Xatırladaq ki, Saakaşvili hakimiyyətdən gedənə kimi Moskva Tiflisə qarşı iqtisadi müharibəsini davam etdirirdi. Rusiya 2013-cü ildə əvvəlcə gürcü şərabi və butulkalarına 7 ildir qoyduğu embarqonu götürdü, daha sonra öz sərhədlərini Gürcüstanın mineral sularına açdı. Sonra qəfildən Rusiya ilə Gürgüstan arasında ticarət əlaqələrinin normallaşması böyük maneəyə rast gəldi. Baş sanitar həkim Gennadiy Onişenko Gürcüstandan gələn meyvə və tərəvəzin Rusiyaya gətirilməsinə qadağa qoyacağını söylədi. O, Rusiyanın Avropa hissəsində 2 min km məsafəyə yayılan vəba xəstəliyinin Birləşmiş Ştatların maliyyələşdirdiyi Tiflis aeroportu yaxınlığındakı laboratoriya tərəfindən yayıldığını bildirdi.
 
Adətən təhlükəli infeksiyalar Afrika və Cənubi Asiya ölkələrində təsbit edilir. Amerika hərbçiləri bu ölkələrdə müvəffəqiyyətli epidemioloji vəziyyətə yüksək maraq göstərirlər. Ancaq Vaşinqton əsas geosiyasi rəqibi – Rusiya ilə coğrafi yaxınlığı olan ölkələrdə yaradılan “laboratoriyalar” Pentaqonun fəallığının prioritet istiqamətlərindəndir.(publika.az)
Prezident İlham Əliyevə  “Qarabağın fatehi” dedilər

Xəbər xətti

BMT: AEBA İranın zərbə endirilən nüvə obyektlərinə girməlidir
01:55 23.06.2025
Çin BMT Təhlükəsizlik Şurasından qətnamə qəbul etməsini gözləyir
01:52 23.06.2025
FİSO olimpiadası saxtadır?
01:47 23.06.2025
"ABŞ nüvə təhlükəsini aradan qaldırmaq üçün addımlar atıb"
01:31 23.06.2025
"İran nüvə silahı yaradacaq"
01:29 23.06.2025
İsrail Təbrizi və Tehranı yenə bombaladı YENİLƏNİB
01:25 23.06.2025
Azlıqda qalan "Real Madrid" inamlı qələbə qazandı
01:16 23.06.2025
Əlcəzairdə futbol matçında tribuna aşdı
23:54 22.06.2025
İƏT-in Nazirlər Şurası Qərbi Azərbaycan İcması ilə bağlı qətnamə qəbul etdi
23:48 22.06.2025
"İran-İsrail müharibəsinin nəticələri Avropaya çatacaq"
23:45 22.06.2025
İran “Nüvə silahının yayılmaması haqqında” müqavilədən çıxa bilər
23:43 22.06.2025
Suriyada terror aktı baş verib
23:39 22.06.2025
"Yaxın Şərqdə münaqişənin artması Çinin maraqlarını təhdid edir"
23:37 22.06.2025
İranın Xarici İşlər Naziri Moskvadadır
23:11 22.06.2025
Qubada ağır qəza baş verib
21:51 22.06.2025
Azərbaycan XİN ABŞ-nin İranın nüvə obyektlərinə hücumları ilə bağlı bəyanat yayıb
18:57 22.06.2025
"İran nüvə proqramını inkişaf etdirəcək"
18:04 22.06.2025
İran parlamenti Hörmüz boğazının bağlanması ilə bağlı qərar qəbul edib
16:46 22.06.2025
Rasim Dərgahzadə vəfat etdi
14:01 22.06.2025
"Türkiyə tarixi yol ayrıcındadır"
13:56 22.06.2025
Naxçıvanın muxtar statusu ləğv edilir?
13:17 22.06.2025
Braziliyada faciə- Hava şarı qəflətən alovlandı
13:13 22.06.2025
Pişiklərin sahibləri ilə münasibətinə dair bilmədiklərimiz
13:09 22.06.2025
"Azərbaycan Cammu və Kəşmir münaqişəsinin beynəlxalq hüquqla həllini dəstəkləyir"
13:07 22.06.2025
Təxirə salmaq vərdişindən necə qurtulaq?
12:29 22.06.2025
İran İsrailə hücumlarda ortamənzilli ballistik raketdən istifadə edib
12:24 22.06.2025
“Netanyahu gedəcək, amma İran qalacaq”
11:49 22.06.2025
Böyük Britaniya kralı "Netflix" üçün sənədli filmə çəkilcək
11:46 22.06.2025
"Çelsi" Mudrikdən 89 milyon avro tələb edə bilər
11:30 22.06.2025
Günəşdən 300 000 dəfə isti: Alimlər inanılmaz rekorda imza atıb
11:27 22.06.2025
Qrossi AEBA-nın təcili iclasını çağırıb
11:25 22.06.2025
"ABŞ-nin hərbi təcavüzünə bütün gücümüzlə müqavimət göstərmək haqqımız var"
10:20 22.06.2025
Vircil van Deyk ən yaxşısıdır
09:50 22.06.2025
İran BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasını tələb edib
09:08 22.06.2025
Bu gün doktorantura və dissertantura səviyyəsində xarici dil üzrə qəbul və fəlsəfə doktoru imtahanı keçiriləcək
08:06 22.06.2025
Nyu-Yorkda yaxta çay limanına çırpılıb
03:04 22.06.2025
"ABŞ-nin İrana zərbələri beynəlxalq sülh və təhlükəsizliyə təhdiddir"
03:01 22.06.2025
ABŞ İranın nüvə obyektlərinə zərbə endirib
02:56 22.06.2025
“Yeni zərbələr planlaşdırılmayıb”
02:04 22.06.2025
Yaponiya sahilində güclü zəlzələ olub
00:59 22.06.2025
Hamısı