The İndependent-in son hesabatına əsasən hal-hazırda dünyanın 62 ən varlı insanının sərvəti ən kasıb kütlənin yarısının birgə qazancına bərabərdir.
Oxfam xeyriyyə qurumunun apardığı araşdırmaya əsasən, 2010-cu ildən bəri dünyanın 3.6 milyonluq ən kasıb əhalisinin gəliri 41 faiz azalıb.
Kasıbların gəlirlərinin azaldığı bir dövrdə dünyanın ən varlı 62 insanının gəlirləri arataraq 1.76 trilyona çatıb.
“1% üçün iqtisadiyyat” başlıqlı hesabata əsasən planetin ən varlıları və ən kasıbları arasında fərq məhz son 12 ayda artıb.
2011-ci ildə 338 olan bu rəqəm sonrakı illərdə 177, 2014-cü ildə 80 və bu il 62-yə düşüb.
Oxfam rəhbəri Mark Qoldrinq bildirib ki, qlobal vergi rahatlığı sistemlərinin sıxışdırılması qlobal bərabərsizliyin aradan qaldırılması üçün lazımi addımlardan idi.
“Dünyada kiçik bir qrup insanın ən kasıb əhalinin yarısının toplam gəlirlərindən çox qazanması qəbul olunmazdır”,- deyə o əlavə edib.