Mətbuat Şurası və “Azərkitab” Kitab Təbliğatı Mərkəzi jurnalist, şair-publisist Mədət Əyyuboğlunun 60 illik yubileyi ilə bağlı birgə toplantı keçirib

Cəmiyyət 18:45 25.02.2019

Azərbaycan Mətbuat Şurası “Azərkitab” Kitab Təbliğatı Mərkəzi ilə birgə tanınmış jurnalist, şair-publisist Mədət Əyyuboğlunun anadan olmasının 60 illiyi ilə bağlı toplantı təşkil edib. Toplantıda “Şair-publisist Mədət Əyyuboğlu” kitabı təqdim olunub.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov Mədət Əyyuboğlunu ölkəmizdə jurnalistikamızın inkişafında müstəsna yeri və rolu olan fakir adamı kimi xarakterizə edib. O bildirib ki, yubilyarın jurnalistikanın müxtəlif sahələrində çalışaraq topladığı zəngin təcrübə örnək xarakter daşıyır: “Mədət müəllim mətbu sözün ictimai mahiyyətinə daim sadiq qalıb, müstəqilliyin ilk illərində azad media quruculuğunda fəal iştirak edib, istedadlı şair kimi də çağdaş ədəbi-bədii prosesdə fərqlənməyi bacarıb, öz üslub və məramı ilə seçilib”, - deyən Ə.Amaşov M.Əyyuboğlunu eəhbərlik etdiyi qurumun fəxri yubiley diplomunu təqdim edib.

Yenicə çapdan çıxmış və ilk nüsxələri məclis iştirakçılarına təqdim olunan “Şair-publisist Mədət Əyyuboğlu” kitabının müəllifi,  “Kredo” qəzetinin baş redaktoru Əli Rza Xələfli çıxışında yubiliyar həmkarı barədə geniş məlumat verib. O bildirib ki, M.Əyyuboğlu Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirdikdən sonra bir sıra qəzet və jurnallarda, Ombudsman aparatında, AZƏRTAC-da çalışıb, 60 yaşına təcrübəli jurnalist, istedadlı şair-publisist kimi mənalı ömür yolu keçərək yetişib. Nüfuzlu yazarın çağdaş oxucu üçün üçün iki yaradıcı obrazı var. Birincisi, şair Mədət Əyyuboğlu, ikincisi, publisist Mədət Məmmədov və hər iki obraz bir-birini tamamlayır. Onun publisistik yazıları essevari şeiriyyəti ilə seçilir, poeziyası publisistik dücüncənin ciddiliyi ilə aktuallıq kəsb edir.

Toplantıda çıxış edənlər yubiliyarın ömür yoluna və ədəbi-publisistik yaradıcılığına geniş nəzər salıblar. BDU-nun jurnalistika fakültəsinin kafedra müdiri, professor Cahangir Məmmədli, Azərbaycan Mətbuat Şurası sədrinin müavinləri - Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Mirzəyev və Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli, Bakı Biznes Universitetinin rektoru İbad Abbasov, Əməkdar jurnalist Tahir Aydınoğlu, media eksperti Xalidə Bağırova, “Azərkitab” Kitab Təbliği Mərkəzinin  rəhbəri Sabir Həsənov  və digər çıxış edənlər həmçinin M.Əyyuboğlunuin yüksək insani və peşəkarlıq xüsusiyyətlərindən söz açıb, xatirələrini bölüşüblər.

Həmkarları və dostları Əli Rza Xələflinin “Şair-publisist Mədət Əyyuboğlu” kitabında əksini tapmış məqamlara da diqqət yetirərək bildiriblər ki, bu dəyərli nəşrdə tanınmış şair, ictimai xadim, mətbuat təşkilatçısı Mədət Əyyuboğlunun həyat və yaradıcılıq yolundan bəhs edən məqalələr, ədəbi düşüncələr, rəylər və mülahizələr toplanıb.

 

 

Prezident İlham Əliyevə  “Qarabağın fatehi” dedilər

Xəbər xətti

BMT: AEBA İranın zərbə endirilən nüvə obyektlərinə girməlidir
01:55 23.06.2025
Çin BMT Təhlükəsizlik Şurasından qətnamə qəbul etməsini gözləyir
01:52 23.06.2025
FİSO olimpiadası saxtadır?
01:47 23.06.2025
"ABŞ nüvə təhlükəsini aradan qaldırmaq üçün addımlar atıb"
01:31 23.06.2025
"İran nüvə silahı yaradacaq"
01:29 23.06.2025
İsrail Təbrizi və Tehranı yenə bombaladı YENİLƏNİB
01:25 23.06.2025
Azlıqda qalan "Real Madrid" inamlı qələbə qazandı
01:16 23.06.2025
Əlcəzairdə futbol matçında tribuna aşdı
23:54 22.06.2025
İƏT-in Nazirlər Şurası Qərbi Azərbaycan İcması ilə bağlı qətnamə qəbul etdi
23:48 22.06.2025
"İran-İsrail müharibəsinin nəticələri Avropaya çatacaq"
23:45 22.06.2025
İran “Nüvə silahının yayılmaması haqqında” müqavilədən çıxa bilər
23:43 22.06.2025
Suriyada terror aktı baş verib
23:39 22.06.2025
"Yaxın Şərqdə münaqişənin artması Çinin maraqlarını təhdid edir"
23:37 22.06.2025
İranın Xarici İşlər Naziri Moskvadadır
23:11 22.06.2025
Qubada ağır qəza baş verib
21:51 22.06.2025
Azərbaycan XİN ABŞ-nin İranın nüvə obyektlərinə hücumları ilə bağlı bəyanat yayıb
18:57 22.06.2025
"İran nüvə proqramını inkişaf etdirəcək"
18:04 22.06.2025
İran parlamenti Hörmüz boğazının bağlanması ilə bağlı qərar qəbul edib
16:46 22.06.2025
Rasim Dərgahzadə vəfat etdi
14:01 22.06.2025
"Türkiyə tarixi yol ayrıcındadır"
13:56 22.06.2025
Naxçıvanın muxtar statusu ləğv edilir?
13:17 22.06.2025
Braziliyada faciə- Hava şarı qəflətən alovlandı
13:13 22.06.2025
Pişiklərin sahibləri ilə münasibətinə dair bilmədiklərimiz
13:09 22.06.2025
"Azərbaycan Cammu və Kəşmir münaqişəsinin beynəlxalq hüquqla həllini dəstəkləyir"
13:07 22.06.2025
Təxirə salmaq vərdişindən necə qurtulaq?
12:29 22.06.2025
İran İsrailə hücumlarda ortamənzilli ballistik raketdən istifadə edib
12:24 22.06.2025
“Netanyahu gedəcək, amma İran qalacaq”
11:49 22.06.2025
Böyük Britaniya kralı "Netflix" üçün sənədli filmə çəkilcək
11:46 22.06.2025
"Çelsi" Mudrikdən 89 milyon avro tələb edə bilər
11:30 22.06.2025
Günəşdən 300 000 dəfə isti: Alimlər inanılmaz rekorda imza atıb
11:27 22.06.2025
Qrossi AEBA-nın təcili iclasını çağırıb
11:25 22.06.2025
"ABŞ-nin hərbi təcavüzünə bütün gücümüzlə müqavimət göstərmək haqqımız var"
10:20 22.06.2025
Vircil van Deyk ən yaxşısıdır
09:50 22.06.2025
İran BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasını tələb edib
09:08 22.06.2025
Bu gün doktorantura və dissertantura səviyyəsində xarici dil üzrə qəbul və fəlsəfə doktoru imtahanı keçiriləcək
08:06 22.06.2025
Nyu-Yorkda yaxta çay limanına çırpılıb
03:04 22.06.2025
"ABŞ-nin İrana zərbələri beynəlxalq sülh və təhlükəsizliyə təhdiddir"
03:01 22.06.2025
ABŞ İranın nüvə obyektlərinə zərbə endirib
02:56 22.06.2025
“Yeni zərbələr planlaşdırılmayıb”
02:04 22.06.2025
Yaponiya sahilində güclü zəlzələ olub
00:59 22.06.2025
Hamısı