Ermənistan-Azərbaycan münaqişəsi İsrail jurnalistləri cəbhə xəttinə səfər edib

Bu ilin əvvəlində İsrail və ABŞ-dan olan bir qrup jurnalist Azərbaycana səfər edib. Onlar mürəkkəb geosiyasi mühit və tarix haqqında çox şey öyrəniblər.

Cəmiyyət 17:15 04.07.2019

İsrailli jurnalistlərin Azərbaycana səfəri məhsuldar olub. Mürəkkəb geosiyasi mühitə baxmayaraq, İsrail və Azərbaycan arasında güclü tərəfdaşlıq münasibətləri var. Siyasi dialoq ən yüksək səviyyədədir, illik iqtisadi dövriyyə 3,5 milyard dollar təşkil edir və enerji sektoru strateji baxımdan əlaqələrin əsasını təşkil edir.

Əhalinin əksəriyyətinin müsəlman olmasına baxmayaraq, ölkə siyasi cəhətdən dünyəvidir. Azərbaycanın Xarici İşlər Naziri Elmar Məmmədyarov bizə bildirdi: "Müsəlman dünyasında Azərbaycan bu gün ticarət, enerji və iqtisadiyyat sahələrində İsrail ilə olduqca müsbət və konstruktiv münasibətlərə malikdir. Azərbaycan İsrail ilə yaxşı münasibətlər saxlayır. Tarixən, Azərbaycanda yəhudilər müsəlman çoxluqla sülh və harmoniya şəraitində yaşamışlar və bu gün də Azərbaycan və İsraildə yaşayan yəhudilər arasında bu əlaqələr güclüdür".

Azərbaycan bir sıra başqa etnik və dini qrupların, o cümlədən xristian və yəhudi icmaların yaşadığı ölkədir. Təxminən 30 il bundan əvvəl Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi baş verən zaman, Azərbaycan cəmiyyəti etnik qruplar arasında sülhü qoruyub saxlamışdır.

Ölkənin paytaxtı və ən böyük şəhəri olan Bakıda 95 metr hündürlükdə dörd minarəli möhtəşəm Heydər məscidini gördük. Günəş bu memarlıq incisini işıqlandıran zaman, kainatın mənəvi gücünü hiss etməmək mümkün deyil. Biz orada iki imam - şiə və sünni, həmçinin dağ yəhudilərinin rəhbəri Milikh Yevdayev və Alban Katolik Kilsəsinin rəhbəri Robert Mobili də daxil olmaqla müxtəlif dini məzhəblərin nümayəndələri ilə görüşdük. Onlar bizə bildirdilər ki, harmoniya bütün dinlərə mənsub insanlar arasında mövcud ola bilər.

"Bunun səbəbi Azərbaycanın multikulturalizm üçün unikal məkan olmasıdır", - Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin rəhbəri Rəvan Həsənov izah edib.

(LEFT) ALI HASANOV, assistant to the Azerbaijan president on public and political issues. (Credit: Courtesy)

ƏLİ HƏSƏNOV,  AzərbaycanRespublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi.

Ermənistanla münaqişə

1991-ci ildə Sovet İttifaqının dağılmasının başlanması ilə Azərbaycanın tolerantlıq ənənəsi üçün əsl sınaq yarandı. 1991-ci ildə Ermənistan Respublikası Dağlıq Qarabağ və ətrafındakı yeddi rayon da daxil olmaqla Azərbaycan torpaqlarının təxminən 20 faizini işğal edib, nəticədə 30 minə yaxın azərbaycanlı öldürülüb və təxminən bir milyon insan evindən didərgin düşüb. Azərbaycanlılar zorakılıq və xüsusi qəddarlıqla törədilən bu hücumun XX əsrin sonlarında baş verən ən böyük faciələrdən biri olduğunu düşünürlər.

Məsələn, Xocalıda 613 azərbaycanlı öldürülüb, 487 nəfər yaralanıb, 1275 nəfər dinc sakin girov götürülüb.

Artıq 27 ildir ki, Ermənistan tərəfindən işğal olunmuş torpaqların göründüyü cəbhə xəttinə səfər edən az saylı israilli və xarici jurnalistlərdən idik. Üç il əvvəl biz durduğumuz yer döyüş və müharibə meydanı idi. Biz bilirdik ki, 2016-cı ilin aprelində Azərbaycan ordusu erməni silahlı qüvvələrinə zərbə endirərək öz vətəndaşlarının təhlükəsizliyini təmin etmək məqsədilə hərbi təxribata cavab verib.

Biz 1978-ci ildə Marağa kəndində ermənilərin İrandan Azərbaycanın bu ərazisinə köçürülməsinin 150 illiyini qeyd etmək üçün ucaltdıqları "Marağa" abidəsini ziyarət etdik. Bizə aydın oldu ki, 1980-ci illərin sonlarında baş verən münaqişə zamanı ermənilər bu abidəni dağıdıb və bununla da buranın əzəli sakini olmadıqlarını sübut etmiş oldular. Abidənin qalıqları bərpa edilmiş və Dağlıq Qarabağın Azərbaycanın qədim və tarixi torpağının bir hissəsi olduğuna dair sübut kimi qorunmuşdur.

Azərbaycan Müdafiə Nazirinin müavini ilə görüş

Tərtər və Cocuq Marcanlıya səfər zamanı Azərbaycan ordusunun əsgərləri ilə görüşdük. Onlar, Azərbaycanın həm canlı qüvvə, həm də silahlanma baxımdan Ermənistan üzərində hərbi üstünlüyü olduğunu söylədilər. Lələtəpədən olan əsgərləri ziyarət edərkən və bu vadiyə baxdığımızda, Lələtəpənin geniş bir əraziyə nəzarət etmək imkanı verdiyini gördük. 1993-cü ildə gedən döyüşlər zamanı ermənilər bu təpəni ələ keçirib, bu mövqedə möhkəmləniblər, amma Azərbaycan əsgərləri və zabitləri buranı qısa bir zamanda ağır döyüşlər nəticəsində azad etdilər. Bizə həmin döyüşlərin gedişatı və məntəqənin necə geri qaytarıldığı barədə danışdılar.

Azərbaycan Müdafiə Nazirinin müavini Leytenant Kərim Vəliyev bizə dedi ki, "Beynəlxalq təşkilatlar bəzən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ikili standart nümayiş etdirirlər. Azərbaycan ordusunun işğal edilmiş torpaqları azad etməyə hazır olması üçün hazırlıq səviyyəsini və döyüş qabiliyyətini artırmalıyıq. Biz qan tökülməsini istəmirik, amma bütün digər vasitələr uğursuz olarsa ordumuz torpaqları azad etmək iqtidarındadır.

"2016-cı ilin aprel ayında baş verən toqquşma bu münaqişənin həll oluna biləcəyini sübut edir", - Vəliyev deyib. "Azərbaycan münaqişənin beynəlxalq hüquq normaları və prinsipləri əsasında sülh yolu ilə həllini dəstəkləyir. Ancaq məsələ sülh yolu ilə həll olunmazsa, ərazi bütövlüyümüzü başqa yollarla təmin etmək hüququndan istifadə edəcəyik. Azərbaycan ordusu işğal olunmuş ərazilərin azad edilməsini təmin etməyə hazırdır ".

MEETING WITH children of Azerbaijan’s Tartar region, who suffer from regular Armenian fire. (Credit: Courtesy)

Ermənilərin müntəzəm olaraq atəşkəsi pozmasından əziyyət çəkən Azərbaycanın Tərtər rayonunda yaşayan uşaqlarla görüş.

 

Aşağı Əbdürəhmanlı    

Aşağı Əbdürəhmanlı kəndində, biz kədərli mənzərə ilə qarşılaşdıq: dağıdılmış evlər, məktəblər, uşaq bağçaları və yandırılmış torpağın olduğu kabuslu kənd, burada sanki həyat dayanmışdı.

Umud Mirzəyev bizə kəndinin taleyi barədə danışdı.

"Doğma kəndimizdə erməni vandalizmi nəticəsində məhv olan və yandırılan evlərin və binaların şok edən qalıqlarını görürük. Onlar qəbiristanlığımızı dağıtdılar və təhqir etdilər. Gördüyünüz kimi, onlar qəbirlərin üzərindəki şəkillərə atəş açmış, sanki dünyasını dəyişən azərbaycanlılardan qorxmuşlar. Bu, işğalçıların qəzəbini, nifrətini və qorxusunu göstərir".

Tura davam edərkən Mirzəyev əlavə etdi: "Məktəbim burada idi; evim buradaydı. Burada dadlı üzümün yetişdiyi ən məhsuldar sahələr vardı. İndi bu sahələr minalanmış əraziyə çevrilib. Burada atamın vəsiyyətini yerinə yetirdim. Dünyasını dəyişəndən sonra onu kəndimizdə, öz torpağımızda dəfn etməyi xahiş etmişdi", - Umud dedi, və mən onun istəyini yerinə yetirdim".

Cocuq Mərcanlı

Bundan sonra, geosiyasi mübahisənin qurbanı olmuş daha bir  məşhur kəndi - Cocuq Marcanlını ziyarət etdik. Bizə dedilər ki, bu Azərbaycan kəndi erməni işğalçıları tərəfindən məhv edilib, lakin orada erməni qüvvələrini məğlub etdikdən sonra Azərbaycan hökuməti kəndi bərpa edib. Bununla bağlı bələdçi bizə, "Azərbaycanlılar torpaqlarının işğalı və bir milyona yaxın qaçqın və məcburi köçkünlərin problemləri barədə dünyanın bilməsini istəyir. Onlar istəyir ki, dünyada Azərbaycan xalqının başına gələn fəlakət, habelə bu ərazilərin bərpası və reabilitasiyası haqda bilsinlər.

Əli Həsənovla görüş

Səfər zamanı Azərbaycan nümayəndələri göstərdikləri dəstəyə görə bir çox ölkələrə minnətdarlıqlarını bildirdilər. Əsas mövzu, Azərbaycanın güclü, müstəqil dövlət, Cənubi Qafqaz regionunda lider olması idi. Bu ölkə müxtəlif coğrafi-iqtisadi və nəqliyyat sahəsində əməkdaşlıq layihələri ilə regionda və onun hüdudlarından kənarda sülh və rifah sərhədlərinin genişlənməsinə yardım edir.

Azərbaycan prezidentinin ictimai və siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov ölkəsinin İsrail ilə münasibətlərini yüksək qiymətləndirib.

"İsrail və Azərbaycan siyasi, iqtisadi və hərbi-texniki sahələrdə əməkdaşlıq edir. Benjamin Netanyahu, baş nazir postuna ilk dəfə seçildiyi müddətdə 1997-ci ildə Azərbaycanı ziyarət etmiş və prezident Heydər Əliyevlə görüşmüş İsrailin ilk rəsmi nümayəndəsi idi.

"Bu tarixi səfərdən sonra xalqlarımız arasında xüsusi münasibətlər inkişaf etməyə başladı", - Həsənov dedi. Baş nazir Netanyahu 2016-cı ilin dekabrında Azərbaycana etdiyi yüksək səviyyəli rəsmi səfərdə Bakı ilə Təl-Əviv arasında sıx əlaqələrin olduğunu və bu əlaqələrin genişləndiyini nümayiş etdirdi. Netanyahunun ölkəmizə və onun prezidentinə münasibətdə göstərdiyi səmimi münasibət və hörməti qiymətləndiririk.

"Qeyd etmək istərdim ki, İsraildə yüksək texnologiya məhsulları üçün istehlak edilən neftin 65% -i Azərbaycandan alınır. İsrail mütəxəssisləri uzun illər Azərbaycanda müxtəlif sahələrdə çalışırlar. İsrail cəmiyyətinə yaxşı bir şəkildə inteqrasiya edən və ölkəmizi ləyaqətlə və hörmətlə təmsil edən böyük bir azərbaycanlı icması var.

Müxtəlif əlaqələr, o cümlədən ailə əlaqələri Bakı, Quba və Qırmızı Qəsəbədəki yəhudi icmalarını həm İsrail, həm də Azərbaycanla birləşdirir".

Həsənovun sözlərinə görə, "İsrail ilə Azərbaycan arasındakı əlaqələrin möhkəmləndirilməsi və dərinləşdirilməsi istiqamətində işlərimizi davam etdirəcəyik".

Hikmət Hacıyevlə son görüş

Paytaxt Bakıdakı son görüşümüz Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə oldu.

Hacıyev Azərbaycanla İsrail arasındakı münasibətlərin strateji əhəmiyyətini vurğuladı.

"1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan İsrail ilə xüsusi münasibət yaradıb. İsrail müstəqilliyimizi tanıyan ilk ölkələrdən biri olub. Çox gözəl iqtisadi, siyasi, hərbi, mədəni və ticarət əlaqələrimiz var. Gözəl və sabit münasibətləri vurğulayan birbaşa uçuşlar var.

"Azərbaycan beynəlxalq ictimaiyyətin məsuliyyətli üzvüdür. Mən hər zaman zarafatla deyirəm ki, xəritəyə baxsanız, ölkəm qərbdən şərqə uçan quş kimi görünür. Bir qanadı qırılsa, uça bilməyəcək. Buna görə də hər iki qanadımıza ehtiyacımız var".

Aydındır ki, İsrail ilə strateji əlaqələr və Ermənistanla ərazi münaqişəsinin ədalətli həlli bu etibarlı və mühüm müttəfiqin prioritetləri siyahısında ilk yerlərdə durur.

Bu məqalə Azərbaycan və Qafqazın mühacir yəhudiləri üçün "Gələcəyə Ümid" Assosiasiyası ilə əməkdaşlıqla yazılıb.

Image result for arye qut

İsrailli politoloq Arye Qut  

Prezident Berlində tədbirdə çıxış edir - VİDEO

Xəbər xətti

Prezident: COP29 qarşıdurma arenası olmayacaq
Prezident: COP29 qarşıdurma arenası olmayacaq
15:28 26.04.2024
Azərbaycan Ordusunda bu il qəsdən adam öldürmə və intihar hadisələri azalıb
15:25 26.04.2024
Prezident: Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq
15:24 26.04.2024
Azərbaycan Prezidenti: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb
15:18 26.04.2024
Dövlət başçısı: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk
Dövlət başçısı: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk
15:16 26.04.2024
Si Tsinpin: ABŞ-la Çin rəqib yox, tərəfdaş olmalıdır
Si Tsinpin: ABŞ-la Çin rəqib yox, tərəfdaş olmalıdır
15:10 26.04.2024
İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər – VİDEO
15:07 26.04.2024
Səfir: Dürüst danışıqlar Azərbaycan və Ermənistan arasında müsbət nəticə verə bilər
15:05 26.04.2024
AFFA rəqiblərini təhqir edən üç futbolçunu cəzalandırıb
AFFA rəqiblərini təhqir edən üç futbolçunu cəzalandırıb
15:00 26.04.2024
Ermənistan milyonlarla insanı doğma evindən didərgin salıb - Hüquqşünas
14:49 26.04.2024
Braziliyada Aİ getmək istəyən miqrantların cəsədləri tapılıb
Braziliyada Aİ getmək istəyən miqrantların cəsədləri tapılıb
14:41 26.04.2024
Türk dünyasının deputatları Xankəndidə
Türk dünyasının deputatları Xankəndidə
14:40 26.04.2024
Ermənistanın etdiyi etnik təmizləmə, akt deyil, strategiyadır - Vəkil
14:30 26.04.2024
Ukrayna Konsulluqların fəaliyyətini dayandırdı
Ukrayna Konsulluqların fəaliyyətini dayandırdı
14:27 26.04.2024
İlham Əliyevin Olaf Şoltsla geniş tərkibdə görüşü başa çatıb - YENİLƏNİB
14:19 26.04.2024
Şənbə günü 32 dərəcə isti olacaq
14:02 26.04.2024
“Azərbaycanla Fransa arasında kommunikasiya boşluğu var” – Fransız ekspert - ÖZƏL
14:00 26.04.2024
Növbəti köç karvanı Füzuliyə ÇATDI
13:58 26.04.2024
Bakıda 4 aylıq körpə pəncərədən düşərək ÖLDÜ
13:54 26.04.2024
İlham Əliyevin Olaf Şoltsla təkbətək görüşü BAŞLADI
13:45 26.04.2024
Naxçıvanda yüksək vəzifəyə TƏYİNAT
13:42 26.04.2024
Şolts İlham Əliyevi belə qarşıladı
13:33 26.04.2024
Olaf Şolts: “Bakıda iqlimlə bağlı maliyyələşdirmə məsələləri müzakirə ediləcək”
13:23 26.04.2024
Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edildi
13:20 26.04.2024
Azərbaycan Prezidenti: “Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi”
Azərbaycan Prezidenti: “Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi”
13:15 26.04.2024
“Bakıda iqlimlə bağlı maliyyələşdirmə məsələləri müzakirə ediləcək” - Olaf Şolts
13:12 26.04.2024
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun proqramı açıqlandı
13:01 26.04.2024
Prezident: “Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər”
12:51 26.04.2024
İlham Əliyev: “COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək”
12:42 26.04.2024
Rəsmi Bakı: "Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsi əsassızdır"
12:40 26.04.2024
İlham Əliyev: “COP29-da yaxşı nəticələr əldə etməliyik"
12:36 26.04.2024
NATO qüvvələri Rusiyaya hücum edir? - İngilis Politoloqdan EKSKLÜZİV ŞƏRH
12:35 26.04.2024
Prezident: “COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz bizim üçün çox böyük şərəfdir”
12:32 26.04.2024
İranda ali məktəblərə hicab nəzarətçiləri təyin edilib
12:30 26.04.2024
İlham Əliyev: “Avropa qitəsinə qaz təchizatımız artır”
12:26 26.04.2024
“İstəyirik ki, regionda yaşayanlar müalicə üçün Bakıya müraciət etməsin” – Vüqar Qurbanov
12:25 26.04.2024
Kərim Vəliyev: “Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin tapşırıqları başa çatmış hesab edilir”
12:20 26.04.2024
İspaniya Fələstin dövlətini 4 ölkə ilə eyni vaxtda tanımağı planlaşdırır
İspaniya Fələstin dövlətini 4 ölkə ilə eyni vaxtda tanımağı planlaşdırır
12:15 26.04.2024
Prezident: “COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir” - VİDEO
12:09 26.04.2024
SON DƏQİQƏ! İran daha 4 nəfəri EDAM ETDİ
12:05 26.04.2024
Hamısı