Qəbul imtahanının rekordçusu “Müəllimlərim məni təmənnasız hazırlayıblar”

Cəmiyyət 10:50 21.07.2019

Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları üzrə 2019-cu il iyulun 7-də keçirilən qəbul imtahanlarının nəticələrini elan edib.

Nəticələrə əsasən, III ixtisas qrupu üzrə 1 abituriyent - Bakı şəhəri 192 nömrəli tam orta məktəbin məzunu Zülfiyeva Səbinə təqdim olunan bütün test tapşırıqlarına düzgün cavab verərək maksimal nəticə - 400 bal toplayıb.

"Əvvəlki illərdə imtahan versəydim, 700 bal toplayardım”

Səbinə xanım azedu.az-a açıqlaması zamanı bildirib ki, ümumilikdə 669.8 bal toplayıb. Hüquqşünas olmaq istəyir. Bakı Dövlət Universiteti və ya Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası arasında seçim etməyi düşünür:

"İmtahandan əvvəl bir qədər tərəddüdüm var idi. Çünki ilk dəfədir, qəbul imtahanı yeni sistemlə keçirilir. Elə bu səbəbdən buraxılış imtahanlarında balım 269.8 oldu. Situasiya tipli tapşırıqları tam cavablaya bilmədiyim üçün bu imtahanda maksimal nəticə göstərə bilmədim. Amma kodlaşdırma tələb edən bütün tapşırıqları düzgün cavablamışdım. Əvvəlki illərdə imtahan versəydim, 700 bal toplayardım.

Amma fikrimcə, 700 balın olmamasının DİM-in sistemi ilə əlaqəsi yoxdur. Sadəcə, bu sistem üçün şagirdlərə bir qədər vaxt lazımdır ki, situasiya tapşırıqları istiqamətində təkmilləşsinlər”.

"650 balı keçən bütün abituriyentlər 700 –lük nəticə göstərə bilərlər”

Onun fikrincə, 700 bal bir az da şans məsələsidir:

"Amma diqqətini toplamaq, imtahan anında özünü itirməməkdən də çox şey asılıdır. Fikrimcə, 650 balı keçən bütün abituriyentlər 700 –lük nəticə göstərə bilərlər. Onlarda bu potensial var.

Ümumiyyətlə, abituriyentlərə məsləhətim budur ki, imtahanadək necə çalışmalarından asılı olmayaraq, imtahan zamanı özlərini toparlamağa, motivasiyalarını qorumağa çalışsınlar. Hər suala diqqətlə yanaşsınlar”.

O, sonda çəkdikləri zəhmətə görə, bütün müəllimlərinə təşəkkürünü bildirib:

"Müəllimlərimin üzərimdə böyük əməyi olub. Hətta 2 müəllimim – İngilis dili və Tarixdən məni təmənnasız hazırlaşdırıblar. Onlara xüsusilə minnətdaram.

Düzdür, 19 maydan 7 iyula qədər demək olar ki, əlavə şeylərə vaxt ayırmadan, gərgin rejimdə çalışmışam.

Amma anamın əməyini qeyd etmək istəyirəm. Bu nəticəni daha çox onun dəstəyi ilə göstərə bildim”.

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri saxlanıldı
23:25 02.07.2025
Azərbaycanla Özbəkistan arasında bir sıra sənədlər imzalanıb, Sumqayıt Daşkəndlə, Qəbələ Navoi ilə qardaşlaşır
23:10 02.07.2025
Abşeronda güclü yanğın başladı
23:04 02.07.2025
Hindistanda musson mövsümü: 50-dən çox ölən var
22:50 02.07.2025
Suriyanın mərkəzində partlayış olub, 7 nəfər ölüb
22:35 02.07.2025
Roma Papası noyabrda Türkiyəyə səfər etməyi planlaşdırır
22:10 02.07.2025
Luis Suares karyerasını bitirmək istəyir
22:00 02.07.2025
"Beşiktaş" klubu hücumçusu ilə yollarını ayırıb
21:50 02.07.2025
"Qarabağ"ın əvəzedici komandasının baş məşqçisi müəyyənləşib
21:35 02.07.2025
"Fənərbağça" və "Qalatasaray" "Bavariya"nın futbolçusu ilə maraqlanır
21:25 02.07.2025
“Sputnik-Azərbaycan”ın ofisində aparılan tədbirlərlə bağlı Rusiyanın iradları əsassızdır - XİN
21:15 02.07.2025
XİN: Rusiyada AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Azərbaycana qarşı dezinformasiyanın aparılması yolverilməzdir
21:00 02.07.2025
Tokayev Azərbaycana təşəkkür edib
20:40 02.07.2025
Suriyanın mərkəzində partlayış olub, 7 nəfər ölüb
20:30 02.07.2025
Rafael Şvartsman: "SAF istehsalına başlaması Azərbaycana dünya aviasiyasında yeni üstünlük verəcək"
20:10 02.07.2025
Roma Papası Türkiyə Prezidentinin xanımını qəbul edib
19:45 02.07.2025
Azərbaycan ilə Özbəkistan arasında imzalanmış sənədlər mübadilə edilib YENİLƏNİB
19:20 02.07.2025
Azərbaycan nüvə texnologiyalarının tətbiqi ilə yeni pambıq sortları yaradır
19:00 02.07.2025
Prezident: Azərbaycan beynəlxalq arenada Özbəkistanın imicinin artmasına ürəkdən sevinir
18:55 02.07.2025
Ombudsman Səbinə Əliyeva növbəti vətəndaş qəbulu keçirib
18:40 02.07.2025
Bakıda “Özbəkistan” parkının təməli qoyulub
18:30 02.07.2025
Deputat Azay Quliyev ATƏT PA-nın Komitə sədri seçilib
17:09 02.07.2025
Türkiyədə zəlzələ baş verib
16:53 02.07.2025
Laçında "İqlimə dayanıqlılıq üçün insan inkişafında qadınların rolu" mövzusunda panel sessiya keçirilib
16:38 02.07.2025
Azərbaycanlı boksçu Dünya Kubokunda yarımfinala yüksəldi
16:23 02.07.2025
Avronun bahalaşması nələrə səbəb ola bilər?
15:15 02.07.2025
Milli Məclis saxta xəbərlərə qarşı hüquqi mexanizm yaradacaq
15:00 02.07.2025
Şavkat Mirziyoyev Bakıda "Özbəkistan" parkını açacaq
14:45 02.07.2025
Yaponiyada hələ də atom bombası qurbanları yaşayır
14:30 02.07.2025
Hamısı