Sumqayıtda şadlıq sarayı yanır - YENİLƏNİB - Toy dağıldı | Eurasia Diary - ednews.net

20 Sentyabr, Cümə


Sumqayıtda şadlıq sarayı yanır - YENİLƏNİB - Toy dağıldı

Cəmiyyət A- A A+

Sumqayıt şəhərində “Nur” şadlıq sarayında baş vermiş yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri tərəfindən söndürülüb.

FHN-dən verilən məlumata görə, yanğın zamanı şadlıq sarayında olan 300 nəfərə qədər vətəndaş və 60 nəfər personal təhlükəsiz əraziyə təxliyə edilib.

Xəsarət alan olmayıb.

***

22:12

Sumqayıtda şadlıq sarayında yanğın başlayıb.

Erurasia Diary "qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə 17-ci mikrorayonda yerləşən "Nur" şadlıq sarayında qeydə alınıb.

Yanğın toy məclisi olan zaman restoranın mətbəxt bacasından başlayıb. Toyda iştirak edənlər təxliyyə olunub.

Hadisə yerində FHN-in yanğınsöndürənləri cəlb olunub.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...