UNICEF və BAMF rəhbərliyi Goranboyun icra başçısı ilə müzakirələr aparıb - FOTOLAR | Eurasia Diary - ednews.net

20 Oktyabr,


UNICEF və BAMF rəhbərliyi Goranboyun icra başçısı ilə müzakirələr aparıb - FOTOLAR

Cəmiyyət A- A A+

Sentyabrın 16-da BMT-nin Uşaq Fondunun (UNICEF) ölkə üzrə rəhbəri Edvard Karvardin Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyevlə birlikdə Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevlə görüşdülər.

Eurasia Diary xəbər verir ki, bir saatdan artıq davam edən görüşdə Azərbaycan Gənclərinə Dəstək Proqramının (AYAP) bu zamana qədər olan fəaliyyəti, uğurları, eləcə də, BAMF və UNICEF-in Goranboy rayonunda bundan sonrakı fəaliyyət imkanları haqqında qarşılıqlı müzakirələr aparılıb. Səfər çərçivəsində qonaqlar Azərbaycan Gənclərinə Dəstək Proqramının Məşvərət Şurası üzvləri üçün Goranboy rayon Gənclər Mərkəzində keçirilən Mina Maarifləndirmə təlimi ilə tanış olaraq, gənclərlə söhbət aparıblar.

Qeyd edək ki, AYAP hal-hazırda UNICEF və Avropa İttifaqının maliyyə dəstəyi ilə BAMF tərəfindən Tərtər, Bərdə və Goranboy rayonlarında həyata keçirilir.

Səfər proqramının tərkib hissəsi olaraq, günün ikinci yarısı UNICEF ölkə üzrə rəhbəri cənab Edvard Karvardin və BAMF prezidenti Umud Mirzəyev hər iki təşkilatın əməkdaşlarının iştirakı ilə birlikdə AYAP modeli, həmçinin, region gənclərinin bacarıqlarının artırılması üçün nəzərdə tutulan yeni ideyalar və yaxın gələcəkdə bu istiqamətdə baş tutacaq real fəaliyyətlər ətrafında müzakirə aparıblar.

 

1

1

1

1

1

1

1

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...