Azərbaycanlı milyonçunun sərvəti açıqlandı Siyahıda 18-ci yerdədir

Cəmiyyət 17:52 06.12.2019

Kiyevdə kommersiya daşınmaz əmlak biznesi ilə məşğul olan developer Vaqif Əliyev daha da varlanaraq Ukraynanın ən varlı adamları siyahısında 18-ci yerə qalxıb.  


Bu haqda Ukraynanın “Novoe Vremya” (NV.ua) jurnalının hazırladığı reytinqdə göstərilir. Reytinqdə oliqarx Rinat Axmetov lider olaraq qalır və onun sərvətinin həcmi  9 milyard dollara yaxındır.

Azərbaycanlı Vaqif Əliyev ötən il 100 ən varlı ukraynalılar siyahısında 19-cu idi. Bu il isə ekspertlər onun sərvətini 385 milyon dollar qiymətləndiriblər və ötən ilə nisbətən 30 faiz artdığını qeyd ediblər.

2018-ci ildə isə Vaqif Əliyevin cəmi 296 milyon dolları var idi. Hərçənd onun sərvətində 2017-ci ilə nisbətən 54 faiz artım qeydə alınmışdı. Vaqif Əliyevin əsas aktivləri sırasında Kiyevdəki “Mandarin Plaza” və “Parus” biznes-mərkəzləri göstərilir. Lakin Əliyev bu sahədə biznesini ildən-ilə genişləndirir, o, Kiyevdəki “Lavina”, “Blockbuster”, “Ocean Mall” ticarət-əyləncə mərkəzlərinin də sahibidir.

Vaqif Əliyevin “Blockbuster” ticarət-əyləncə mərkəzinin birinci hissəsi noyabrın 20-də istifadəyə verilib. Layihə tam başa çatandan sonra bu obyekt Ukraynanın ən iri ticarət-əyləncə mərkəzinə çevrilməlidir. Obyektin ümumi sahəsi 450 min kvadratmetrdir. “Lavina” ticarət-əyləncə mərkəzinin sahəsi isə 144 min kvadratmetr təşkil edir.

2016-cı ildə Vaqif Əliyev Ukrayna KİV-lərinə müsahibəsində demişdi: “Mən Kiyevdə daha səkkiz ticarət mərkəzi tikməyə hazırlaşıram. İndiyə qədər milyonlarla kvadratmetr tikmişəm və onların sahibiyəm. Çünki hesab edirəm ki, Kiyevin böyük gələcəyi var. İstənilən halda Ukrayna mövcud olacaq, müharibə qurtaracaq, hər şey olacaq. Bundan başqa mən heç vaxt Ukraynadan köçüb xaricdə yaşaya bilmərəm. Burada mənim bütün uşaqlarım, nəvələrim yaşayır. Özüm də xarici dil bilmirəm. Azərbaycanda yaşaya bilərəm, çünki azərbaycan dilini bilirəm. Ancaq istəmirəm, mənim Ukrayna xoşuma gəlir. Mən burada yaşamaq istəyirəm. Axı mənim 20 yaşım yoxdur. Bu yaşdan sonra hara köçə bilərəm?”.

Vaqif Əliyev yerli onu da deyib ki, Kreşatikdə, Kiyevin mərkəzində 7 ulduzlu otel tikmək planları qüvvəsində qalır. “Mən hökmən onu tikəcəyəm. Bütün bu işləri bitirəndən sonra hökmən yeddilduzlu otel tikəcəyəm. Elə həmin vaxta qədər, 2-3 il sonra hər şey yaxşı olacaq, müharibə bitəcək”-azərbaycanlı iş adamı bildirib.

Vaqif Əliyevin sözlərinə görə, Ukrayna gözəl ölkədir, ukraynalılar gözəl xalqdır.

“Görürsünüz, bir azərbaycanlı burada nə qədər obyekt tikir, bir ukraynalı da gəlib soruşmur ki, “azərbaycanlı, sən nəyə görə burada tikirsən?”. Burada baxmırlar ki, hansı millətdənsən, ona baxırlar ki, sən necə adamsan, necə yaşayırsan. Mənim qızlarım ukraynalılara ərə gedib. Tez-tez deyirəm ki, əgər sifətdən oxşasaydım məni milliyətcə ukraynalı saymaq olardı. Ukrayna mənə Azərbaycandan çox vətəndir. Hərçənd mən azərbaycanlıyam, bütün qohumlarım Bakıda yaşayır”-iş adamı deyib. (Virtualaz.org)

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Sadır Japarov ECO sammitində iştirak edəcək
09:14 03.07.2025
"Virtsə verilən 150 milyon avroya minlərlə ağac əkmək olar"
08:59 03.07.2025
Süni intellekt binaları soyuq saxlayan boya yaradıb
08:36 03.07.2025
Atlantidanın izləri tapıldı
08:08 03.07.2025
İndoneziya sahillərində bərə batıb
07:35 03.07.2025
Reper P. Diddi hökm çıxarılana qədər həbsdə qalacaq
07:03 03.07.2025
Anomal istilər avropalılar üçün ölümcül olub
06:31 03.07.2025
Xərçəng hüceyrələrinin yayılmasının qarşısını alan maddə tapılıb
06:01 03.07.2025
Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri saxlanıldı
23:25 02.07.2025
Azərbaycanla Özbəkistan arasında bir sıra sənədlər imzalanıb, Sumqayıt Daşkəndlə, Qəbələ Navoi ilə qardaşlaşır
23:10 02.07.2025
Abşeronda güclü yanğın başladı
23:04 02.07.2025
Hindistanda musson mövsümü: 50-dən çox ölən var
22:50 02.07.2025
Suriyanın mərkəzində partlayış olub, 7 nəfər ölüb
22:35 02.07.2025
Roma Papası noyabrda Türkiyəyə səfər etməyi planlaşdırır
22:10 02.07.2025
Luis Suares karyerasını bitirmək istəyir
22:00 02.07.2025
"Beşiktaş" klubu hücumçusu ilə yollarını ayırıb
21:50 02.07.2025
"Qarabağ"ın əvəzedici komandasının baş məşqçisi müəyyənləşib
21:35 02.07.2025
"Fənərbağça" və "Qalatasaray" "Bavariya"nın futbolçusu ilə maraqlanır
21:25 02.07.2025
“Sputnik-Azərbaycan”ın ofisində aparılan tədbirlərlə bağlı Rusiyanın iradları əsassızdır - XİN
21:15 02.07.2025
XİN: Rusiyada AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Azərbaycana qarşı dezinformasiyanın aparılması yolverilməzdir
21:00 02.07.2025
Tokayev Azərbaycana təşəkkür edib
20:40 02.07.2025
Suriyanın mərkəzində partlayış olub, 7 nəfər ölüb
20:30 02.07.2025
Rafael Şvartsman: "SAF istehsalına başlaması Azərbaycana dünya aviasiyasında yeni üstünlük verəcək"
20:10 02.07.2025
Roma Papası Türkiyə Prezidentinin xanımını qəbul edib
19:45 02.07.2025
Azərbaycan ilə Özbəkistan arasında imzalanmış sənədlər mübadilə edilib YENİLƏNİB
19:20 02.07.2025
Azərbaycan nüvə texnologiyalarının tətbiqi ilə yeni pambıq sortları yaradır
19:00 02.07.2025
Prezident: Azərbaycan beynəlxalq arenada Özbəkistanın imicinin artmasına ürəkdən sevinir
18:55 02.07.2025
Ombudsman Səbinə Əliyeva növbəti vətəndaş qəbulu keçirib
18:40 02.07.2025
Bakıda “Özbəkistan” parkının təməli qoyulub
18:30 02.07.2025
Hamısı