"Bakıda havanın keyfiyyəti nəzərəçarpacaq dərəcədə təmizlənib" - Umayra Tağıyeva | Eurasia Diary - ednews.net

25 May, Bazar ertəsi


"Bakıda havanın keyfiyyəti nəzərəçarpacaq dərəcədə təmizlənib" - Umayra Tağıyeva

Cəmiyyət A- A A+

"Pandemiyanın havanın keyfiyyətinə təsiri barədə sualın qoyuluşunu korrekt  hesab etmirik. Biz həmişə atmosferə atılan tullantıların azaldılması ilə bağlı çağırışlar etmişik. İstər bu nəqliyyatdan və ya sənaye müəssisələrindən atılan tullantı qazları  olsun, istərsə də  müasir təmizləyici qurğulardan istifadə etməyən ictimai-iaşə obyektləri olsun".

EdNews-un xəbərinə görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva “pandemiya atmosfer havasının keyfiyyətinə təsir edibmi” sualına cavab verərkən deyib.

Onun sözlərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən bu istiqamətdə fəal təbliğat işləri aparılır: "Leyla xanım Əliyevanın təşəbbüsü ilə “avtomobilsiz bazar günü” devizi altında  keçirilən aksiya hamının yaxşı yadındadır. Bəzi pessimistlər bu yolla havanın təmizlənməsinə şübhə ilə yanaşırdılar. Lakin gördüyünüz kimi, bu gün avtomobillərin sayının azalması nəticəsində paytaxtda havanın keyfiyyəti nəzərəçarpacaq dərəcədə təmizlənib. Belə nəticələr digər ölkələrdə də qeydə alınıb. Bu, bir daha belə sadə fikri təsdiq edir ki, zərərli tullantıların atmosferə atılmasının azaldılması havanın təmizlənməsi ilə nəticələnir".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...