Ötən gecədən Bakıda yağan aramsız yağışlar nəticəsində bəzi prospekt və küçələri su basıb.
EDNews.net bildirir ki, güclü yağış şəhərin Azadlıq prospekti və Biləcəri qəsəbəsi ərazisində nəqliyyatın və piyadaların hərəkətində çətinliklər yaradıb.
Biləcəri qəsəbəsinin Xudadat Məlikaslanov küçəsində kanalizasiya daşıb və su bir neçə evin zirzəmisinə dolub. (report)