BMT-nin İnkişaf Proqramı və TƏBİB ön sırada çalışan səhiyyə işçilərini tibbi avadanlıqlarla təmin edib - FOTOLAR | Eurasia Diary - ednews.net

9 İyul, Cümə axşamı


BMT-nin İnkişaf Proqramı və TƏBİB ön sırada çalışan səhiyyə işçilərini tibbi avadanlıqlarla təmin edib - FOTOLAR

Cəmiyyət A- A A+

BMT-nin İnkişaf Proqramı və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) birgə əməkdaşlığı çərçivəsində Azərbaycanın tibb işçiləri və pasiyentləri üçün tibbi ləvazimatların satınalınması həyata keçirilib.

EDNews.net-in verdiyi məlumata görə içində 50.000 tibbi eynək və 1000 kontaktsız infraqırmızı termometrin də olduğu tibbi avadanlıq dəsti BMTİP-in beynəlxalq təchizat zənciri vasitəsilə Bakıya gətirilib.

Sözügedən ləvazimatlar hazırda birgə icra edilən, “Azərbaycanda tibbi təchizat sisteminin gücləndirilməsində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə dəstək layihəsi” çərçivəsində satınalınıb. Avadanlıqlar bu həftə ərzində tibb müəssisələrinə çatdırılacaq.

“Son aylar ərzində BMT-nin İnkişaf Proqramı BMT ailəsi ilə birgə, pandemiyanın yaratdığı çətinlikləri çevik şəkildə aradan qaldırmaq məqsədilə Azərbaycan Hökuməti ilə sıx əməkdaşlıq edir. Buraya rəqəmsal səhiyyə xidmətlərinə dair texniki məlumat dəstəyi, ictimai məlumatlandırma, onlayn təhsil sisteminin fəaliyyətini davam etdirməsi və əhalinin ən həssas qruplarının sosial rifahının yaxşılaşdırılması istiqamətləri daxildir”, BMTİP-in Rezident Nümayəndəsi Alessandro Frakassetti bildirib.

 

1

1

EDNews.net

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...