Cümhuriyyəti quranların varislərindən Azərbaycana təbrik - VİDEO | Eurasia Diary - ednews.net

9 İyul, Cümə axşamı


Cümhuriyyəti quranların varislərindən Azərbaycana təbrik - VİDEO

Cəmiyyət A- A A+

Respublika günü ilə əlaqədar olaraq, Azərbaycan xalqını təbrik edənlər arasında cümhuriyyətin qurucularının varisləri də var.

EDNews.net  bildirir ki, onlar dünyanın müxtəlif ölkələrindən REAL TV vasitəsilə ürək sözlərini çatdırıblar.

Görkəmli Azərbaycan diplomatı Ceyhun Hacıbəylinin Parisdə yaşayn nəvəsi Benjamin Hacıbəyli də təbriklərə qoşulub.

“Hamını salamlayıram. Mənim adım Benjamin Hacıbəylidir. Ceyhun Hacıbəylinin nəticəsi, Üzeyir Hacıbəyovun isə qardaşının nəvəsiyəm. Onların hər ikisinin Azərbaycan Demokratik Cumhuriyyətinin yaranmasında xidmətləri olub. Ona görə də Hacıbəylilər ailəsinin adından sizi Azərbaycan Demokratik Cumhuriyyətinin 102-ci ili münasibəti ilə təbrik edir, sizə sülh və əminamanlıq arzu edirəm. Ümid edirəm ki, hələ çox bayramlar qeyd edəcəyik”, – deyə Ceyhun Hacıbəylinin nəvəsi bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...