Niderland diasporasından Azərbaycan xalqına dəstək

Cəmiyyət 21:40 14.07.2020
Dünən Niderland Krallığının Rotterdam şəhərində Benelüks Azərbaycanlıları Konqresinin (BAK) təşkilatçılığı ilə “Qarabağ” Sport Klubunun ofisində bütün diaspora təşkilatları bir araya gələrək toplantı keçiriblər. Toplantıda Niderland və Belçika Azərbaycanlıları Koordinasiya Şurasına üzv olan bütün təşkilatlar, eləcə də Hollanda-Azərbaycan Türk Kültür Dərnəyinin nümayəndələri iştirak ediblər.
 
Niderlandda fəaliyyət göstərən diaspora təşkilatlarının bir araya gətirən səbəb isə 12 iyulda Ermənistan hərbi qüvvələrinin qəfildən Tovuz istiqamətindən Azərbaycan sərhəddini pozaraq hücuma keçməsi olub.
 
İclası ev sahibi kimi BAK-ın rəhbəri Elsevər Məmmədov açaraq öncə Tovuz döyüşlərində həlak olan şəhidlərimizin ruhunu 1 dəqiqəlik sükutla yad etməyi xahiş etdi və hər kəsə bura gələrək birlik nümayiş etdirdikləri üçün təşəkkürünü bildirdi: “Bildiyiniz kimi, 12 iyulda vətənimiz yenə də qəfil düşmən hücumuna məruz qalıb və bu xəbəri eşidəndən təbii ki, xaricdə yaşayan bütün soydaşlarımız narahatlıq içərisindədir. Hər kəsin qəlbi vətənlə döyünür, hər birimiz uzaqdan da olsa, nəsə etmək istəyirik, dövlətimizə, ordumuza, əsgərlərimizə dəstək olmaq üçün yollar axtarırıq. Buraya toplanmaqda da məqsədimiz bu ağır günlərdə tək-tək deyil, məqsədyönlü və təşkikatlanmış formada addımlar atmaq haqqında planlar qurmaqdır”.
 
Sonra Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricilərindən biri Mayisə Ağamirzəyeva çıxış edərək mənfur düşmənin gözlənilmədən törədilən təcavüzünü pisləyərək bildirib ki, bu düşmənin ölkəmizə ilk qəfil həmləsi deyil: “Dəfələrlə erməni hərbi hissələrinin hücumuna məruz qalan Azərbaycan ordusu hər dəfə bu ağır sınaqlardan üzüağ çıxıb. Hələ bir neçə il öncə aprel döyüşlərində ermənilərə layiqincə dərs verilsə də, təəssüf ki, bundan nəticə çıxarmadılar. Bütün dünyanın Covid-19 pandemiyası ilə mübarizə apardığı bir günlərdə ermənilərin atdığı bu addım isə heç bir insanlığa sığmır. Biz Azərbaycan diasporası təşkilatları da bu erməni vəhşiliyini bütün dünyaya çatdırmaq üçün əlimizdən gələni etməliyik. Bu gün birlik günüdür, bu gün biz də “Biz səninləyik Azərbaycan, qəlbimiz vətənlə döyünür!” deməyə toplaşmışıq”.
 
Hollanda-Azərbaycan Türk Küktür Dərnəyinin başkanı İlhan Aşkın da çıxış edərək öncəliklə şəhidlərimizə Allahdan rəhmət, yaralı əsgərlərimizə isə şəfa dilədi. Azərbaycan xalqının ağrı-acılarının həm də bütün türk xalqlarının və Türkiyənin olmasını vurğuladı: “Artıq 30 ildir ki, Azərbaycan xalqının qanı axıdılır, şəhidlərin sayı hər gün artır. Doğrudur, vətən şəhid qanıyla qorunar, uğrunda tökülən qanlardır bayraqları bayraq yapan. Amma artıq insanların səbirləri tükənib və bu savaşa son qoyulmalıdır, erməni vandalları torpaqlarımızdan qovulmalıdır. Biz də Niderlandda fəaliyyət göstərən diasporaçılar və bizim arxamızda olan minlərlə soydaşlarımız hər zaman dövlətimizin və əsgərlərimizin, xalqımızın arxasındayıq”.
 
Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının digər əlaqələndiricisi, Avropa Azərbaycanlıları Media Qrupunun rəhbəri Emil Əliyev də çıxış edərək çıxış edənlərin fikri ilə həmrəy olduğunu bildirdi və qeyd etdi ki, artıq Ermənistan hərbi qüvvələrinin Azərbaycan sərhəddini pozaraq Tovuz rayonu istiqamətində hücuma keçdikləri barədə holland dilində bəyanat hazırlanıb və sosial media vasitələriylə holland ictimaiyyətinin diqqətinə çatdırılıb. Eyni zamanda da Niderland Krallığında fəaliyyət göstərən bütün diaspora təşkilatlarının imzası ilə lazımi beynəlxalq siyasi qurumlara göndərilib.
 
İclasda iştirak edən digər təşkilatların rəhbərləri də - Elxan Mirhəşimli, Firəngiz Bağırova, Sima Cəfərova, Kəmalə Ceylinova, İlkin Hüseynov da bu ağır günlərdə xalqımızın, dövlətimizin və ordumuzun arxasında olduqlarını dilə gətiriblər.
 
Sonda bütün diaspora nümayəndələri aşağıdakı qərarları qəbul etdilər:
 
Ermənistan hərbi qüvvələrinin qəfil hücumunu pisləyən bəyanatların ingilis və holland dilində yayılması və bütün beynəlxalq siyasi qurumlara göndərilməsi;
 
Erməni vəhşiliyini ictimaiyyətin diqqətinə çatdırmaq üçün Ermənistan səfirliyinin və Parlamentin qarşısında mitinq təşkil edilməsi;
 
Ordumuzu və əsgərləri motivasiya etmək məqsədilə maddi və mənəvi dəstək göstərilməsi.

 

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

"Virtsə verilən 150 milyon avroya minlərlə ağac əkmək olar"
08:59 03.07.2025
Süni intellekt binaları soyuq saxlayan boya yaradıb
08:36 03.07.2025
Atlantidanın izləri tapıldı
08:08 03.07.2025
İndoneziya sahillərində bərə batıb
07:35 03.07.2025
Reper P. Diddi hökm çıxarılana qədər həbsdə qalacaq
07:03 03.07.2025
Anomal istilər avropalılar üçün ölümcül olub
06:31 03.07.2025
Xərçəng hüceyrələrinin yayılmasının qarşısını alan maddə tapılıb
06:01 03.07.2025
Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri saxlanıldı
23:25 02.07.2025
Azərbaycanla Özbəkistan arasında bir sıra sənədlər imzalanıb, Sumqayıt Daşkəndlə, Qəbələ Navoi ilə qardaşlaşır
23:10 02.07.2025
Abşeronda güclü yanğın başladı
23:04 02.07.2025
Hindistanda musson mövsümü: 50-dən çox ölən var
22:50 02.07.2025
Suriyanın mərkəzində partlayış olub, 7 nəfər ölüb
22:35 02.07.2025
Roma Papası noyabrda Türkiyəyə səfər etməyi planlaşdırır
22:10 02.07.2025
Luis Suares karyerasını bitirmək istəyir
22:00 02.07.2025
"Beşiktaş" klubu hücumçusu ilə yollarını ayırıb
21:50 02.07.2025
"Qarabağ"ın əvəzedici komandasının baş məşqçisi müəyyənləşib
21:35 02.07.2025
"Fənərbağça" və "Qalatasaray" "Bavariya"nın futbolçusu ilə maraqlanır
21:25 02.07.2025
“Sputnik-Azərbaycan”ın ofisində aparılan tədbirlərlə bağlı Rusiyanın iradları əsassızdır - XİN
21:15 02.07.2025
XİN: Rusiyada AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Azərbaycana qarşı dezinformasiyanın aparılması yolverilməzdir
21:00 02.07.2025
Tokayev Azərbaycana təşəkkür edib
20:40 02.07.2025
Suriyanın mərkəzində partlayış olub, 7 nəfər ölüb
20:30 02.07.2025
Rafael Şvartsman: "SAF istehsalına başlaması Azərbaycana dünya aviasiyasında yeni üstünlük verəcək"
20:10 02.07.2025
Roma Papası Türkiyə Prezidentinin xanımını qəbul edib
19:45 02.07.2025
Azərbaycan ilə Özbəkistan arasında imzalanmış sənədlər mübadilə edilib YENİLƏNİB
19:20 02.07.2025
Azərbaycan nüvə texnologiyalarının tətbiqi ilə yeni pambıq sortları yaradır
19:00 02.07.2025
Prezident: Azərbaycan beynəlxalq arenada Özbəkistanın imicinin artmasına ürəkdən sevinir
18:55 02.07.2025
Ombudsman Səbinə Əliyeva növbəti vətəndaş qəbulu keçirib
18:40 02.07.2025
Bakıda “Özbəkistan” parkının təməli qoyulub
18:30 02.07.2025
Deputat Azay Quliyev ATƏT PA-nın Komitə sədri seçilib
17:09 02.07.2025
Hamısı