Vətəni sevməyən insan olmaz, Olsa da o şəxsdə vicdan olmaz – Elvin Talışınski

Cəmiyyət 18:27 30.07.2020
Vətəni sevmək xalqını, onun tarixini, ata-babalarının məzarları olan, böyüyüb-başa çatdığın, hər bir zərrəsi ilə bağlı olub üzərində dayandığın torpağı, onunla əlaqəli bütün gözəllikləri sevmək deməkdir.
 
İnsan vətənini seçmir, lakin ona görə məsuliyyət daşıyır, taleyini xalqının taleyi ilə bağlayır, bu torpağın inkişafı, tərəqqisi və mənəvi rifahı üçün çalışır. Əbəs yerə deyil ki, vətənə məhəbbət məhz imanın əsası, inanc hissələrindən biridir. İnsan aid olduğu vətəni sevir, çünki bu hiss onun fitrətində əbədi bağlılıq kimi təcəssüm edir. Vücudun ruhla əlaqəli olduğu kimi, insan da öz xalqı ilə əlaqə qurarkən həyatının dolğunluğunu hiss edir və onun xeyirinə çalışır. Vətən, əslində insanın doğulduğu və böyüdüyü ölkədən daha böyük bir məfhumdur. Onu tam dərk etmək üçün insanın ruhu vətəninin tarixi, adət-ənənələri, həyat şəraiti, milli-mənəvi dəyərləri, çayları, gölləri, dərələri, dağlıqları ilə birləşməlidir.
 
Hər bir xalq özünəməxsus keyfiyyətlərə sahibdir. Daha aydın şəkildə desək, eyni iqlim, oxşar iş və yaşayış şəraiti, ortaq maraqlar və davranış normaları – bütün bunlar insanları bir araya gətirir və birləşdirir. Digər tərəfdən, dövlət bu münasibətləri qanunlar və dəyərlər sistemi ilə möhkəmləndirir. Vətənə sevgi təbii bir hissdir və insan bunu şüurlu şəkildə hiss edir. Mənəvi baxımdan zəngin bir insan üçün bu, vətəndaş kimi öz vəzifəsini dərk etmək, onu hər kəsə qarşı qorumaq, ona sahib çıxmaq, başqa ölkələrdə layiqincə təmsil etməkdir. Ancaq bir insan mənəvi baxımdan kasıbdırsa, onda bu hiss kor instinktə çevrilir, bəzən ədalət və ağıl səsinə kölgə salır.
 
Çox təəssüf ki, bu vəziyyəti tam dərk etməyən siyasi savadı yetərincə olmayan həmvətənlərimiz də sosial şəbəkələrdə və KİV-lərdə öz doğma, canından, qanından olan xalqa, böyüyüb başa çatdığı vətəninə qarşı iddia ilə çıxış edirlər. Düşünürəm ki, bu həssas məsələlərə hər birimiz diqqətlə yanaşmalı və bütün yazılarımızda, paylaşımlarımızda Azərbaycanımızı təmsil etdiyimizi unutmamalıyıq.
 
Bu gün müharibə şəraitində yaşayan və erməni kimi bir düşmənlə üz-üzə qalan Azərbaycan üçün bu məsələ xüsusilə həssasdır. Əsl birlik olma, həmrəylik nümayiş etdirmə zamanı, fürsətidir. Bizim bir düşmənimiz var, o da terrorçuluq, separatçılıq, faşizm kimi siyasəti özünə dövlət siyasəti, hədəf seçən Ermənistan. Bir vətənimiz var – o da Azərbaycan! Hər birimiz durmadan müxtəlif dillərdə erməni təcavüzkarlığını, dinc əhaliyə qarşı törədilən qəddarlığını təbliğat xarakterli paylaşmalarımızda göstərməli, böhtan dolu çağırışları ifşa edərək erməniliyin mahiyyətini dünya ictimaiyyətinə çatdırmalıyıq.
 
Vətəni sevmək, onun uğrunda savaşmaqdır. İstər səngərdə, istərsə də virtual dünyada, informasiya məkanında. Son dövrün hadisələri azərbaycanlıların gücünü, birliyini bir daha dünyaya göstərdi. Dünyanın bir çox ölkələrində əllərində Azərbaycan bayrağı, dillərində vətən, Qarabağ çağırışları dəstək yürüşlərinə çıxan xaricdə yaşayan soydaşlarımız və sosial şəbəkələrdə, mətbuatda uğurlu təbliğat aparan sosial, siyasi statusundan asılı olmayaraq hər bir vətəndaşımız qəlblərində vətən sevgisi ilə əzmkarcasına düşmənə qarşı mübarizə apardılar. Heç şübhəsiz vətən uğrunda bu mübarizəmiz davam edəcəkdir…
 
Elvin Talışınski
 
Bakı İslam Universitetinin ictimai elmlər 
 
kafedrasının müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru,
 
“Elin Səsi” milli-mənəvi dəyərlərimizin qorunması
 
ictimai birliyinin sədri

 

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

"Virtsə verilən 150 milyon avroya minlərlə ağac əkmək olar"
08:59 03.07.2025
Süni intellekt binaları soyuq saxlayan boya yaradıb
08:36 03.07.2025
Atlantidanın izləri tapıldı
08:08 03.07.2025
İndoneziya sahillərində bərə batıb
07:35 03.07.2025
Reper P. Diddi hökm çıxarılana qədər həbsdə qalacaq
07:03 03.07.2025
Anomal istilər avropalılar üçün ölümcül olub
06:31 03.07.2025
Xərçəng hüceyrələrinin yayılmasının qarşısını alan maddə tapılıb
06:01 03.07.2025
Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri saxlanıldı
23:25 02.07.2025
Azərbaycanla Özbəkistan arasında bir sıra sənədlər imzalanıb, Sumqayıt Daşkəndlə, Qəbələ Navoi ilə qardaşlaşır
23:10 02.07.2025
Abşeronda güclü yanğın başladı
23:04 02.07.2025
Hindistanda musson mövsümü: 50-dən çox ölən var
22:50 02.07.2025
Suriyanın mərkəzində partlayış olub, 7 nəfər ölüb
22:35 02.07.2025
Roma Papası noyabrda Türkiyəyə səfər etməyi planlaşdırır
22:10 02.07.2025
Luis Suares karyerasını bitirmək istəyir
22:00 02.07.2025
"Beşiktaş" klubu hücumçusu ilə yollarını ayırıb
21:50 02.07.2025
"Qarabağ"ın əvəzedici komandasının baş məşqçisi müəyyənləşib
21:35 02.07.2025
"Fənərbağça" və "Qalatasaray" "Bavariya"nın futbolçusu ilə maraqlanır
21:25 02.07.2025
“Sputnik-Azərbaycan”ın ofisində aparılan tədbirlərlə bağlı Rusiyanın iradları əsassızdır - XİN
21:15 02.07.2025
XİN: Rusiyada AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Azərbaycana qarşı dezinformasiyanın aparılması yolverilməzdir
21:00 02.07.2025
Tokayev Azərbaycana təşəkkür edib
20:40 02.07.2025
Suriyanın mərkəzində partlayış olub, 7 nəfər ölüb
20:30 02.07.2025
Rafael Şvartsman: "SAF istehsalına başlaması Azərbaycana dünya aviasiyasında yeni üstünlük verəcək"
20:10 02.07.2025
Roma Papası Türkiyə Prezidentinin xanımını qəbul edib
19:45 02.07.2025
Azərbaycan ilə Özbəkistan arasında imzalanmış sənədlər mübadilə edilib YENİLƏNİB
19:20 02.07.2025
Azərbaycan nüvə texnologiyalarının tətbiqi ilə yeni pambıq sortları yaradır
19:00 02.07.2025
Prezident: Azərbaycan beynəlxalq arenada Özbəkistanın imicinin artmasına ürəkdən sevinir
18:55 02.07.2025
Ombudsman Səbinə Əliyeva növbəti vətəndaş qəbulu keçirib
18:40 02.07.2025
Bakıda “Özbəkistan” parkının təməli qoyulub
18:30 02.07.2025
Deputat Azay Quliyev ATƏT PA-nın Komitə sədri seçilib
17:09 02.07.2025
Hamısı