Türkiyənin Anadolu Agentliyinin jurnalistləri səhər saatlarında Ermənistanın silahlı bölmələrinin Azərbaycanın mülki əhalisinin yaşayış məntəqələrini atəşə tutduğunu lenta almaq üçün cəbhə bölgəsinə yollanıb.
Eurasia Diary Anadolu Agentliyinə istinadən xəbər verir ki, Tərtər rayonunun Qapanlı kəndi yaxınlığında çəkiliş apararkən jurnalistlər erməni tərəfinin hücumlarına məruz qalıb.
Türkiyənin "TRT" xəbər komandası ilə birlikdə çəkiliş aparan Anadolu Agentliyinin jurnalistlərinin 100 metr yaxınlığına mərmi düşüb.
Jurnalistlər komandanın nəqliyyat vasitəsinin arxasına çəkilərək son anda xilas ola biliblər. Daha sonra türk jurnalistlər ərazidən uzaqlaşa biliblər.