Ermənilərin Bərdəni atəşə tutması nəticəsində həlak olan dinc sakinlər dəfn olunub.
Eurasia Diary-nin APA-ya istinadən verdiyi xəbərə görə, dəfn mərasimində rayon rəhbərliyi və ictimaiyyətin nümayəndələri iştirak edib.
Qeyd edək ki, ötən gün saat 16 radələrində erməni silahlı qüvvələri tərəfindən Bərdə rayonunun Qarayusifli kəndinin müxtəlif istiqamətlərdən ağır artilleriyadan atəşə tutulması nəticəsində dinc sakinlər - Cəfərova Ofeliya Məcid qızı, Əhmədova Aybəniz Əşrəf qızı, İsmayılov Ehtiram Xəlil oğlu və 2013-cü il təvəllüdlü İsgəndərova Aysu Rövşən qızı həlak olub, 13 nəfər isə xəsarət alıb.
***
Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə rayonu ərazisinə raket atılması nəticəsində həlak olan yeddi yaşlı Aysu İsgəndərova dəfn edilir.
Bu barədə Report məlumat yayıb.
Dəfn mərasimində onun yaxınları, rayon ictimaiyyətinin nümayəndələri və kənd sakinləri iştirak edib.
Qeyd edək ki, oktyabrın 27-də saat 16:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə rayonu “Smerç” raketlərindən istifadə olunaraq atəşə tutulub. Nəticədə, rayonun Qarayusifli kəndində dörd mülki şəxs həyatını itirib, 14 nəfər ağır şəkildə yaralanıb.