“Arzum odur ki, Xocalı aeroportu Əlifin adına verilsin...” Milli Qəhrəmanın bacısı...

Cəmiyyət 19:03 25.02.2021
“Bu ayda Xocalı soyqırımı baş verib və mənim qardaşlarım, qohumlarım, kəndlilərim şəhid olublar. Allah hamısına rəhmət eləsin. Bütün şəhidlərimizin qarşısında baş əyirəm. Həmişə gözləyirik ki, biz Xocalıya qayıdacağıq. İnanıram ki, Ali Baş Komandanımızın rəhbərliyi altında bu məsələ həll olunar və biz Xocalıya qayıdarıq”.
 
Bunu Moderator.az-a açıqlamasında Milli Qəhrəman Əlif Hacıyevin bacısı Şükufə xanım deyib. Şükufə xanım Xocalı faciəsində iki qardaşını itirdiyini bildirib:
 
“Ümumiyyətlə, heç istəmirəm ki, fevral ayı gəlsin. Fevral ayından başqa ilin 11 ayını sevirəm. Bu ayda Xocalı soyqırımı baş verib və mənim qardaşlarım, qohumlarım, kəndlilərim şəhid olublar. Allah hamısına rəhmət eləsin. Bütün şəhidlərimizin qarşısında baş əyirəm. Həmişə gözləyirik ki, biz Xocalıya qayıdacağıq. İnanıram ki, Ali Baş Komandanımızın rəhbərliyi altında bu məsələ həll olunar və biz Xocalıya qayıdarıq. Allah Ali Baş Komandanımıza cansağlığı versin, ömrü uzun olsun. O, tarix yazan bir sərkərdədir. Əlif Arxangelskidə oxuyanda vətən həsrəti onu qoymadı qəriblikdə qalsın. Həmişə atamla söhbəti zamanı deyirdi ki, “çalış məni vətənə qaytar”. Əlif bununla da Qarabağa gəldi. Hələ o, Rusiyaya gedəndə özüylə apardığı Heydər Əliyevin fotosunu gətirdi və itkin düşən qardaşım Süleymanın evindən asdı. Dedi ki, “mənim H.Əliyevə böyük hörmətim var”.
 
Şükufə ermənilərin bu müharibəni başlatdığını deyib:
 
 “Əlif ermənilərə qarşı mübarizə aparmağa başladı. Hətta bir dəfə Ballıca kəndindən ermənilər İrəvana 800 min rubl aparanda Əlif onları yolda tutmuşdu. Amma Əlif tək olduğu üçün onlar qaçmışdılar və pulu da aparmışdılar. Biz Xocalı faciəsini ürək ağrısıyla qeyd edirik. Fevral ayı biz Xocalı camaatı üçün faciədir. Bir gecədə 613 nəfər adamı amansızcasına qətlə yetirmək nə deməkdir. Putin bir dəfə Sumqayıtdakı hadisələri tez gündəmə gətirdi. Amma Xocalıda baş verənləri heç yadına salmır. Bu müharibəni birinci ermənilər başlayıb. Biz onlarla birlikdə yaşayırdıq, heç bir sözümüz-söhbətimiz yox idi. Ən gözəl baxımlı şəhər Xankəndi idi. Biz orda yaşayırdıq, mən orda xəstəxanada işləmişəm. Ermənilərə neyləmişdik ki, onlar bizi evimizdən-eşiyimizdən didərgin saldılar?! Heç vaxt yadımdan çıxmaz, anamın 1988-ci ildə ürəyi partladı öldü. Onda elə bilmişdi ki, bizi də öldürüblər. Fevralın 20-də anamın ürəyi partladı. Mənim balaca qızım bağçaya gedəndə dedi ki, “ana, bağçaya getmirəm. Ermənilər mənə “tork”, yəni türk deyirlər, döyürlər”. 
 
Şükufə xanım Xocalıya qayıtdıqdan sonra şəhid qardaşıyla bağlı arzusundan da danışıb:
 
“Xocalıya qayıtdıqdan sonra tək arzum odur ki, Xocalı aeroportu Əlifin adına verilsin. Çünki bilirsiniz ki, Əlif o aeroportun komendantı olub, orda işləyib. Əlifin etdiklərini nəinki mən, bütün xocalılar unutmaz”.
 
Qeyd edək ki, bu gün Milli Qəhrəman Əlif Hacıyevin vəfatından 29 il ötür.

 

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

"Virtsə verilən 150 milyon avroya minlərlə ağac əkmək olar"
08:59 03.07.2025
Süni intellekt binaları soyuq saxlayan boya yaradıb
08:36 03.07.2025
Atlantidanın izləri tapıldı
08:08 03.07.2025
İndoneziya sahillərində bərə batıb
07:35 03.07.2025
Reper P. Diddi hökm çıxarılana qədər həbsdə qalacaq
07:03 03.07.2025
Anomal istilər avropalılar üçün ölümcül olub
06:31 03.07.2025
Xərçəng hüceyrələrinin yayılmasının qarşısını alan maddə tapılıb
06:01 03.07.2025
Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri saxlanıldı
23:25 02.07.2025
Azərbaycanla Özbəkistan arasında bir sıra sənədlər imzalanıb, Sumqayıt Daşkəndlə, Qəbələ Navoi ilə qardaşlaşır
23:10 02.07.2025
Abşeronda güclü yanğın başladı
23:04 02.07.2025
Hindistanda musson mövsümü: 50-dən çox ölən var
22:50 02.07.2025
Suriyanın mərkəzində partlayış olub, 7 nəfər ölüb
22:35 02.07.2025
Roma Papası noyabrda Türkiyəyə səfər etməyi planlaşdırır
22:10 02.07.2025
Luis Suares karyerasını bitirmək istəyir
22:00 02.07.2025
"Beşiktaş" klubu hücumçusu ilə yollarını ayırıb
21:50 02.07.2025
"Qarabağ"ın əvəzedici komandasının baş məşqçisi müəyyənləşib
21:35 02.07.2025
"Fənərbağça" və "Qalatasaray" "Bavariya"nın futbolçusu ilə maraqlanır
21:25 02.07.2025
“Sputnik-Azərbaycan”ın ofisində aparılan tədbirlərlə bağlı Rusiyanın iradları əsassızdır - XİN
21:15 02.07.2025
XİN: Rusiyada AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Azərbaycana qarşı dezinformasiyanın aparılması yolverilməzdir
21:00 02.07.2025
Tokayev Azərbaycana təşəkkür edib
20:40 02.07.2025
Suriyanın mərkəzində partlayış olub, 7 nəfər ölüb
20:30 02.07.2025
Rafael Şvartsman: "SAF istehsalına başlaması Azərbaycana dünya aviasiyasında yeni üstünlük verəcək"
20:10 02.07.2025
Roma Papası Türkiyə Prezidentinin xanımını qəbul edib
19:45 02.07.2025
Azərbaycan ilə Özbəkistan arasında imzalanmış sənədlər mübadilə edilib YENİLƏNİB
19:20 02.07.2025
Azərbaycan nüvə texnologiyalarının tətbiqi ilə yeni pambıq sortları yaradır
19:00 02.07.2025
Prezident: Azərbaycan beynəlxalq arenada Özbəkistanın imicinin artmasına ürəkdən sevinir
18:55 02.07.2025
Ombudsman Səbinə Əliyeva növbəti vətəndaş qəbulu keçirib
18:40 02.07.2025
Bakıda “Özbəkistan” parkının təməli qoyulub
18:30 02.07.2025
Deputat Azay Quliyev ATƏT PA-nın Komitə sədri seçilib
17:09 02.07.2025
Hamısı