"Söhbət insan həyatından gedir" Ayaz Mirzəyev BAMF-ın petisiyasına qoşulmağa çağırış etdi

Cəmiyyət 17:58 16.04.2021

Qarabağın 30 illik işğalının və müharibənin bitməsinə baxmayaraq Ermənistan öz çirkli əməllərindən əl çəkmir. Minalanmış ərazilərin xəritəsini verməkdən imtina edən Ermənistan regionda sülh quruculuğu və stabilliyi təhdid altına salır.

Ermənistanın bu qanunsuz əməlinin qarşısını almaq üçün beynəlxalq ictimaiyyətin də iştirakı çox vacibdir. Bu istiqamətdə qeyri-hökumət təşkilatlarının fəallığı xüsusi əhəmiyyət kəsb edir.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev, Azərbaycan Minadanzərərçəkənlər Assosiasiyasının sədri Rey Kərimoğlu, “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İB-nin sədri Hafiz Səfixanov, “Dayaq” Qeyri Hökumət Humanitar Təşkilatının sədri Şahin İbrahimov, “Mina Qurbanlarının Sosial-İqtisadi Problemlərinin Həllinə Kömək” İB-nin sədri Məmmədhəsən Həsənov 25 mart 2021-ci il tarixində hüquqi ədalətin bərpası üçün Minalanmış Xəritələrin qaytarılması ilə bağlı petisiya təşəbbüsü ilə çıxış edib. BAMF-ın prezidenti Umud Mirzəyevin rəhbərliyi ilə irəli sürülmüş bu addım Azərbaycana qarşı olan ədalətsiz mövqenin qarşısının alınmasına böyük önəm kəsb edir.

Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin sədri Ayaz Mirzəyev BAMF-ın irəli sürdüyü layihə ilə bağlı fikirlərini Eurasia Diary-yə bildirib.

O, bu problemin beynəlxalq səviyyədə qaldırılmasında Beynəlxalq Avrasiya Mətbuat Fondunun təşəbbüsünu təqdirəlayiq hesab edir.

“Ermənistan tərəfi sadəcə işğal dövründə deyil, hətta məğlubiyyətdən  sonra da qeyri-insani siyasətini davam etdirir. Minalanmış ərazilərin xəritəsini Azərbaycana verməməklə onlar hərbi cinayət törətmiş olurlar. Səhv etmirəmsə, ANAMA-nın apardığı tədqiqata görə, təxminən 350-830 milyon kvadratmetr ərazidə təxminən 50-100 min ədəd mina basdırılıb. Bu, olduqca böyük rəqəmdir. Ermənistanın minaladığı ərazilər müharibə təsirinə məruz qalmış torpaqları, Ermənistanla sərhədboyu rayonları əhatə edir. Qaydalara görə, ərazilər minalananda xəritə tərtib olunur. Bir nüsxəsi də həmin dövlətin Silahlı Qüvvələrinin Baş Qərargahında olur. Onların bu xəritəyə malik olmadığına dair iddiaları tamamilə absurddur. Ermənistan tərəfi istəsə, bunu ya Azərbaycan tərəfinə, ya da Rusiya sülhməramlılarına təqdim edə bilər. Lakin söhbət burada insan həyatından gedir. Xəritələrin verilməməsi günü bu gün də insanların minalardan əziyyət çəkməsinə gətirib çıxarır. Təsəvvür edirsiniz, Ermənistanın məğlubiyyətindən bu günədək nə qədər hərbçi mütəxəssis və mülki vətəndaş minaya düşərək ya əlil olub, ya da həyatını itirib”, deyə Ayaz Mirzəyev söyləyib.

Onun sözlərinə görə, belə bir vəziyyətdə beynəlxalq ictimaiyyət Ermənistanın qarşısında tələb qoymalıdır ki, əgər regionda yenidən stabilliyin bərpa olunmasını və əməkdaşlıq mühitinin yaranmasını istəyirsə, ən azı mina xəritələrini Azərbaycan tərəfinə təqdim etməlidir. Bununla da həmin bölgədə minaların təmizlənməsi prosesi ən qısa vaxtda bitə bilər.

Jurnalist Ermənistanın xəritəni vermək üçün lazımı qətiyyət və iradə göstərmədiyini bildirib. Bu məqamda BAMF-ın fəaliyyəti yüksək əhəmiyyətə malikdir.

“BAMF həmişə ən yüksək səviyyədə təşkilatın prioritetinin məhz Azərbaycanın üzləşdiyi çətinliklər və ədalətsizlik olduğunu göstərib. Bunu həmişə beynəlxalq tribunalardan dünyaya çatdırıb. Bildiyiniz kimi, BAMF Azərbaycanın BMT ECOSOC-un Əsas Məşvərətci Statusu olan yeganə təşkilatıdır. Bu yeganəlik əslində BAMF-ın çiyinlərinə çox böyük məsuliyyət qoyur. BAMF rəhbərliyi də bunu çox yüksək səviyyədə dərk edir. Bu istiqamətdə də fasiləsiz olaraq addımlar atılır. Növbəti addımlardan biri də petisiyanın hazırlanmasıdır. Bu təşəbbüs çox vacib əhəmiyyətə malikdir. Mənim müşahidəmə görə həm Azərbaycanda, həm xaricdə yaşayan çoxlu sayda insanlar bu təşəbbüsə qoşulub. Petisiya minalanmış ərazilərin xəritəsini tələb etməklə vacib missiyanı həyata keçirir. Bu məsələyə kifayət qədər obyektiv baxan şəxslərin petisyanı dəstəkləməsi çox vacib məqamdır. Çünki burada söhbət sayı yüz minlərlə ölçülən minalar və potensial olaraq bu minalardan əziyyət çəkəcək insanların həyatından gedir. Söhbət insan həyatından gedirsə, hər kəs öz prinsipiallığını, öz sülhsevərliyini göstərməlidir. Xüsusilə Ermənistan bu işə qol qoymalıdır, əks halda biz onun qeyri-konstruktiv, sülhə-zidd mövqedə olduğunu anlayacayıq. Məntiqlə belə bir təəssürat yaranır. BAMF-ın belə bir təşəbbüsünü dəstəkləyirəm. Bu petisiyaya ilk qoşulanardan da biri mənəm. İnanıram ki, bu petisiya müsbət nəticə ilə sonlanacaq. Çünki çoxlu sayda insan artıq qoşulub. Demək olar ki, bu təşəbbüs özünü doğruldub. Bu, olduqca önəmli problemi əhatə edir. Bir daha BAMF-ın rəhbərliyinə minnətdarlığmı bildiriəm ki, onlar belə bir təşəbbüslə çıxış ediblər”, deyə Ayaz Mirzəyev söyləyib.

Ülvi Əhmədli

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

"Virtsə verilən 150 milyon avroya minlərlə ağac əkmək olar"
08:59 03.07.2025
Süni intellekt binaları soyuq saxlayan boya yaradıb
08:36 03.07.2025
Atlantidanın izləri tapıldı
08:08 03.07.2025
İndoneziya sahillərində bərə batıb
07:35 03.07.2025
Reper P. Diddi hökm çıxarılana qədər həbsdə qalacaq
07:03 03.07.2025
Anomal istilər avropalılar üçün ölümcül olub
06:31 03.07.2025
Xərçəng hüceyrələrinin yayılmasının qarşısını alan maddə tapılıb
06:01 03.07.2025
Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri saxlanıldı
23:25 02.07.2025
Azərbaycanla Özbəkistan arasında bir sıra sənədlər imzalanıb, Sumqayıt Daşkəndlə, Qəbələ Navoi ilə qardaşlaşır
23:10 02.07.2025
Abşeronda güclü yanğın başladı
23:04 02.07.2025
Hindistanda musson mövsümü: 50-dən çox ölən var
22:50 02.07.2025
Suriyanın mərkəzində partlayış olub, 7 nəfər ölüb
22:35 02.07.2025
Roma Papası noyabrda Türkiyəyə səfər etməyi planlaşdırır
22:10 02.07.2025
Luis Suares karyerasını bitirmək istəyir
22:00 02.07.2025
"Beşiktaş" klubu hücumçusu ilə yollarını ayırıb
21:50 02.07.2025
"Qarabağ"ın əvəzedici komandasının baş məşqçisi müəyyənləşib
21:35 02.07.2025
"Fənərbağça" və "Qalatasaray" "Bavariya"nın futbolçusu ilə maraqlanır
21:25 02.07.2025
“Sputnik-Azərbaycan”ın ofisində aparılan tədbirlərlə bağlı Rusiyanın iradları əsassızdır - XİN
21:15 02.07.2025
XİN: Rusiyada AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Azərbaycana qarşı dezinformasiyanın aparılması yolverilməzdir
21:00 02.07.2025
Tokayev Azərbaycana təşəkkür edib
20:40 02.07.2025
Suriyanın mərkəzində partlayış olub, 7 nəfər ölüb
20:30 02.07.2025
Rafael Şvartsman: "SAF istehsalına başlaması Azərbaycana dünya aviasiyasında yeni üstünlük verəcək"
20:10 02.07.2025
Roma Papası Türkiyə Prezidentinin xanımını qəbul edib
19:45 02.07.2025
Azərbaycan ilə Özbəkistan arasında imzalanmış sənədlər mübadilə edilib YENİLƏNİB
19:20 02.07.2025
Azərbaycan nüvə texnologiyalarının tətbiqi ilə yeni pambıq sortları yaradır
19:00 02.07.2025
Prezident: Azərbaycan beynəlxalq arenada Özbəkistanın imicinin artmasına ürəkdən sevinir
18:55 02.07.2025
Ombudsman Səbinə Əliyeva növbəti vətəndaş qəbulu keçirib
18:40 02.07.2025
Bakıda “Özbəkistan” parkının təməli qoyulub
18:30 02.07.2025
Deputat Azay Quliyev ATƏT PA-nın Komitə sədri seçilib
17:09 02.07.2025
Hamısı