22 aprel 2021-ci il tarixində saat 13:30-da Türkiyə Respublikasının Milli Bayramı - 23 Aprel Milli Suverenlik və Uşaq Gününə həsr olunmuş "Türk Dünyasının Uşaqlarının Görüşü" adlı tədbir keçiriləcəkdir.
Tədbirin keçirilməsi Fond ilə təşkilatın bütün üzv və müşahidəçi ölkələri arasında əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi, gücləndirilməsi və gənc nəsli Türk Dünyasının mədəni dəyərləri ilə tanış etdirilməsi məqsədi daşıyır.
Görüş Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevanın giriş sözü ilə açılacaqdır. Daha sonra Fonda üzv və müşahidəçi dövlətləri təmsil edən uşaqlar tərəfindən ana dilində mahnıların oxunması, milli geyimlərdə rəqslərin nümayişi, milli alətlərdə musiqilərin çalınması, şeir və ya qısa nağılların səsləndirilməsi nəzərdə tutulub.
Tədbirin proqramı əlavə ediləcəkdir.
Konfrans pandemiya şəraitinə uyğun olaraq keçiriləcəkdir.