Azər Həsrət beynəlxalq ekspert şurasına dəvət edildi

Cəmiyyət 13:36 14.06.2021

 Azərbaycan Respublikasının Əməkdar jurnalisti, Mətbuat Şurası İdarə Heyətinin üzvü və xarici əlaqələr komissiyasının sədri, İctimai TV və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvü, bayraqdar.info-nun qurucu-redaktoru Azər Həsrət nüfuzlu beynəlxalq jurnalist mükafatı ekspert şurasının üzvlüyünə dəvət edilib.

Bu haqda mediaya xəbəri A.Həsrətin özü verib.

Əməkdar jurnalistin dediyinə görə, ötən həftə ona “Fetisov Jurnalistika Mükafatları” (Fetisov Journalism Awards) adlı beynəlxalq mükafatın ekspert şurasına üzv olmaq təklif edilib. A.Həsrət bu təklifi qəbul etdiyini deyib.

“Uzun illər beynəlxalq jurnalist və insan haqları təşkilatlarıyla iş təcrübəsi olan birisi kimi bu təklifi qəbul etməyi uyğun gördüm. Çünki istər təcrübə sahibi, istərsə də beynəlxalq platformaların rolunu yaxşı bilən birisi kimi burada olmağım Azərbaycan mediası üçün gərəklidir. O baxımdan təklif gəldikdən sonra bu işə vaxt ayıra biləcəyimə qərar verdim”, – deyə A.Həsrət bildirib.

“Fetisov Jurnalistika Mükafatları”nın ümumi fondu 520 min İsveçrə frankıdır (təxminən 1 milyon manat). Məbləğin 400 mini 1-ci, 80 mini 2-ci, 40 mini isə 3-cü yeri tutan qaliblərə təqdim ediləcək. Yeri gəlmişkən, bu mükafat jurnalistika mükafatları tarixində ən böyük məbləğdir.

Mükafatın təsisçisi Rusiyalı filantrop, iş adamı, prodyuser və elm adamı Gleb Fetisovdur. A.Həsrətin də üzvü olduğu Vyana mərkəzli Beynəlxalq Mətbuat İnstitutu (BMİ) mükafatın tərəfdaşıdır.

Bu il mükafat 3-cü dəfə təqdim ediləcək.

Qlobal səviyyədə jurnalistlər üçün açıq olan mükafata dörd kateqoriya üzrə iddia etmək olar: sülhə töhfə, mülki hüquqlara töhfə, araşdırma jurnalistikası, ekoloji jurnalistika.

Əlavə edək ki, A.Həsrət bundan öncə də beynəlxalq mükafatların qaliblərinin müəyyən edilməsində iştirak edib. 2011-ci ildə BMİ-də onun koordinatorluğu ilə “Azad Media Öncülü” (Free Media Pioneer) mükafatının seçimi keçirilib. O seçimin qalibi məlum “ərəb baharı” prosesində ifadə azadlığına xidmətlərilə fərqlənmiş Tunisin “Kəlimə” radiosu olmuşdu.

Bundan başqa, 2004-cü ildə məhz A.Həsrətin qurucusu və sədri olduğu Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi (CASCFEN) də “Azad Media Öncülü” mükafatına layiq görülmüşdü. Mükafat A.Həsrətə Polşanın paytaxtı Varşavada BMİ-nin qurultayında təqdim edilmişdi.

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Dəniz dibinə "mikroskoplu çamadan" endirildi
08:46 04.07.2025
Suriyanın gerbi dəyişdirildi
08:31 04.07.2025
Cənubi Koreyada yeni baş nazir təyin edildi
08:12 04.07.2025
"Azərbaycan türkcəsində təhsil milli və beynəlxalq öhdəlikdir"
07:47 04.07.2025
14 yaşlı yeniyetmə terrorçular siyahısına salındı
07:32 04.07.2025
Rusiya Əfqanıstandakı taliban hökümətini tanıdım
07:15 04.07.2025
Belçika SEPAH-ı terror təşkilatları siyahısına saldı
07:02 04.07.2025
Ağ Evdə UFC döyüşü keçiriləcək
06:52 04.07.2025
İstanbul ətrafında meşə yanğınlarını 700 canlı qüvvə və 7 təyyarə söndürür
06:32 04.07.2025
"İranın raket gücünün 25-30%-i istifadə olunub"
06:02 04.07.2025
"Apple" çılpaq vəziyyətdə edilən videozəngləri qadağan edəcək
05:37 04.07.2025
"Ukraynanın istifadə edəcəyi silahların pulunu Rusiya ödəyir"
04:29 04.07.2025
Kiyev bombalanır
03:17 04.07.2025
"Hizbullah" hərəkatı silahı yerə qoymaq üçün şərtləri açıqladı
02:24 04.07.2025
Vanil niyə yoxa çıxır?
01:22 04.07.2025
ABŞ Avropadakı qoşunlarını ciddi azaldacaq
00:19 04.07.2025
Prezidentlər tikiş fabrikinin fəaliyyəti ilə tanış oldular
17:28 03.07.2025
Sulutəpədə evlərdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb
17:06 03.07.2025
Emin Rusiyadakı konsertini təxirə saldı
16:19 03.07.2025
Niyə Çin ABŞ-nin yerini tuta bilməz? -Analitik Baxış
15:48 03.07.2025
Prezident İlham Əliyev Xankəndində bir sıra obyektlərin açılışında iştirak edib -YENİLƏNİB
15:09 03.07.2025
Azərbaycan karateçisi 24 aylıq diskvalifikasiya edilib
14:36 03.07.2025
Zelenski Danimarkaya gedib
14:21 03.07.2025
Rusiyada Azərbaycanın xəbər saytlarına giriş məhdudlaşdırılıb
14:00 03.07.2025
Britaniyalı pilot Kəmalə Qaramollayevaya elçi düşüb
13:39 03.07.2025
Mirziyoyev Fəxri xiyaban və Zəfər Parkında
13:22 03.07.2025
Dioqu Jota və qardaşı necə ölüblər?
12:24 03.07.2025
Çikaqonun mərkəzində kütləvi atışma baş verib
12:06 03.07.2025
Kaliforniyada baş verən güclü partlayışdan sonra yeddi nəfər itkin düşüb
11:47 03.07.2025
Türkmənistan XİN rəhbəri Füzuliyə gəlib
11:32 03.07.2025
Ramiz Zeynalovun adından istifadə edən şəxslə bağlı qərar verildi
11:17 03.07.2025
“İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşri təqdim olundu
11:02 03.07.2025
"Koreya birləşəcək"
10:47 03.07.2025
Elnur Məmmədov əfqanıstanlı həmkarı ilə görüşüb
10:37 03.07.2025
Meymunçiçəyi nəzarətdən çıxır
10:32 03.07.2025
İranda iki Fransa vətəndaşı "Mossad"a işləməkdə ittiham olunub
10:17 03.07.2025
Türkiyədə qəzaya uğrayan təyyarədə sərnişin sağ qalıb
10:02 03.07.2025
Sadır Japarov ECO sammitində iştirak edəcək
09:14 03.07.2025
"Virtsə verilən 150 milyon avroya minlərlə ağac əkmək olar"
08:59 03.07.2025
Süni intellekt binaları soyuq saxlayan boya yaradıb
08:36 03.07.2025
Hamısı