BMT QAK-ın Azərbaycandakı Nümayəndəsi Ümumdünya Qaçqınlar Günü ilə bağlı müraciət edib

Cəmiyyət 17:33 18.06.2021

BMT QAK-ın Azərbaycandakı Nümayəndəsi cənab Guido Ambrosonun 2021-ci il Ümumdünya Qaçqınlar Günü ilə bağlı müraciət edib.

Eurasia Diary müraciətin mətnini təqdim edir:

"BMT QAK-ın, BMT-nin Qaçqın Agentliyinin Azərbaycanda, Bakı şəhərində yerləşən idarəsindən hər kəsi salamlayıram.

Münaqişə və təqib dünyada 80 milyondan artıq insanı yurd-yuvasından didərgin salıb. Ümumdünya Qaçqınlar Günündə biz icmaları və hökumətləri bu insanların səhiyyə, təhsil və idman sahələrinə daxil edilməsi üçün çağırış edirik.

Covid-19 dövründə biz bir-birimizi, o cümlədən qaçqınları qorumaq üçün üzərimizə düşəni yerinə yetirmişik. Birlikdə çalışmaqla biz daha güclü, daha təhlükəsiz və daha dinamik bir dünya qura bilərik.  

Birlikdə biz hər şeyə nail ola bilərik. Bu il Ümumdünya Qaçqınlar Günü inkluzivliyin gücü barədədir.

Dayanıqlı İnkişaf Məqsədlərinin şüarına istinad etsək, qaçqınlar, eləcə də müharibə və ya təqib üzündən evlərini tərk etmiş başqa didərginlər diqqətdən kənarda qalmaq riski altında olan ən həssas qruplardan biridir.

Təəssüflə qeyd edim ki, hər il daha çox insanın didərgin salındığı yeni situasiyalar yaranır. Məsələn, Efiopiyanın şimalında, Tiqray bölgəsindən ötən ilin sonundan indiyədək yüz minlərlə insan didərgin salınaraq Efiopiya daxilində məcburi köçkün kimi məskunlaşıb, yaxud sərhəddi keçərək Sudan ərazisində qaçqına çevrilib. Digər münaqişə ocaqlarında da heç bir irəliləyiş yoxdur. Misal olaraq, Afrikanın Sahel bölgəsindəki münaqişəni, Rohinya müsəlman azlığına təsir edən Myanmardakı münaqişəni, Mozambikdə dəhşətli şiddətin davam etməsini, yaxud Mərkəzi Amerikadakı zorla didərgin salınmaları və ya Əfqanıstanda davam edən zorakılığı göstərmək olar.  

Müharibə və münaqişə əksər hallarda zorla didərgin salınmaya, mülki itkilərə və həssas durumda olanların sayının artmasına səbəb olur. Bu bölgə də müharibənin nələr bahasına başa gəldiyini çox yaxşı bilir. İndi ən vacib olan irəliyə baxmaq, qayıdışa, bərpa və yenidənqurmaya kömək etməkdir - hamı birlikdə. Bir neçə onillik əvvəl didərgin salınmış və öz yurdlarına qayıtmanı həsrətlə gözləyənlər üçün böyük ümidlər var. Bu yalnız o halda baş verə bilər ki, bu cür qayıdışın təhlükəsiz və könüllü olmasına zəmanət verən şərait olsun.  

Ümumdünya Qaçqınlar Günü Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 55/76 saylı qətnaməsi ilə 4 dekabr 2000-ci ildə təsis edilib. Bu günün 20 iyun tarixində qeyd edilməsində məqsəd dünyada milyonlarla qaçqının gücünü, əzmini və dəyanətini alqışlamaq və ümumi ictimaiyyəti dünyada hamının maraqları naminə sülh, ədalət, firəvanlıq və dayanıqlı inkişaf üçün onlarla həmrəyliyin zəruriliyinə inandırmaqdır.

Bu il Ümumdünya Qaçqınlar Günü kampaniyası qaçqınların səhiyyə, təhsil və idman sahələrinə daha geniş daxil edilməsinə çağırır. Məmnunam ki, digər ölkələrdən, əsasən Əfqanıstan və regionun digər ölkələrindən olan təqribən iki min nəfər qaçqın və sığınacaq axtaran şəxsın Azərbaycanda uzun illərdir təhsil sisteminə çıxışı var. Ötən ildən isə onlar İcbari Tibbi Sığorta haqqında qanunla əhatə olunur, müalicə və Covid-19 əleyhinə vaksinləşmə üçün Azərbaycanda ümumi sistemə daxil ediliblər.

Ən vacibi odur ki, ötən il Hökumət BMT QAK-ın mandatında olan qaçqın və sığınacaq axtaran şəxslərə əmək bazarına qanuni çıxış verməyə razılıq verdi ki, bu da necə deyərlər, asılılıq sindromunu aradan qaldırmağa və onlara özlərini təmin etmələrinə və Azərbaycan iqtisadiyyatının inkişafına töhfə vermələrinə şərait yaratdı. Bu ilin Ümumdünya Qaçqınlar Gününün başlıca mövzusu olan inkluzivliyə nail olmaq üçün vacib gediş olan bu dəyişikliklərə görə BMT QAK olduqca minnətdardır.

Lakin, görülməsinə ehtiyac olan işlər çoxdur, xüsusi ilə BMT QAK-ın mandatında olan qaçqınların bəlli bir hüquqi statusunun olmaması məsələsi üzrə. Hüquqi statusun olmaması sadəcə nəzəri problem deyil, eyni zamanda məhsuldar həyat və inteqrasiya imkanları üçün bir maneədir. Məsələn, hüquqi status olmadan BMT QAK-ın mandatında olan qaçqınlar bank hesabı aça, sürücülük vəsiqəsi və ya mobil telefon nömrəsi ala bilmirlər. Müvafiq hüquqi status (tam qaçqın statusu, əlavə himayədə olan şəxs statusu, yaxud yaşama icazəsi) istismar və sui-istifadə riskini azaldar və qaçqınlara dövlət büdcəsinə vergi ödəməklə töhfə vermə üçün şərait yaradardı.

Əksər qaçqınlar özlərini inteqrasiya olunmuş kimi hiss edirlər, sanki onları cəmiyyətin kənarında saxlayan bu hüquqi və inzibati maneələr yoxmuş kimi. Bəziləri Azərbaycanda doğulub, yaxud körpə olarkən ölkəyə gəlib, Azərbaycanca səlis danışır, və deyirlər ki, burada heç bir rasizm və irqçilik hiss etmirlər. Onlar Azərbaycanın inkişafı üçün potensiala sahibdirlər.

Biz unutmamalıyıq ki, dünyada xeyli sayda tanınmış insan qaçqındır və incəsənət, moda, istehsal, musiqi, siyasət, psixologiya və fəlsəfə, elm və texnologiya, idman və ədəbiyyat kimi müxtəlif sahələrdə uğur qazanmış nə qədər qaçqın olub.

İcazə verin bir neçəsinin adını çəkim: Henri Kissincer və Madelin Olbrayt siyasət, Ziqmun Freyd və Karl Popper psixologiya və fəlsəfə, Sergey Brin, Max Born və Albert Eybşteyn elm və texnologiya, Bela Bartok və Freddi Merkuri klassik və rok musiqisi, İzabel və Berlot Brext ədəbiyyat sahəsində.

Nəhayət, yüz minlərlə didərgin Azərbaycanlı üçün öz dogma yurdlarına könüllü, təhlükəsiz və layaqətlə qayıdış yolu ilə davamlı həll üçün real şəraitin yarandığı məqamda, mən ümid edirəm ki, öz yurduna qayıda bilməyən sayı iki mindən az olan qaçqınlara Azərbaycan cəmiyyətinə inteqrasiya olunmaq yolunda irəliləyişə nail olmağa imkan yaranacaq. Bu Azərbaycanın tolerantlıq və multikultarilizm siyasətinin daha bir göstəricisi olardı. Bu, ən əsası, həssas və ehtiyaclı insanların “diqqətdən kənarda qalmaq” əvəzinə inkişaf agentlərinə çevrilmələrinə kömək edərdi.

Diqqətinizə görə təşəkkür edirəm".

Həşəratlara qarşı hansı dərmanlardan istifadə etməliyik?

Xəbər xətti

500-dən çox quş növü məhv ola bilər
00:14 01.07.2025
"Azərbaycan xalqına təşəkkürümü bildirmək istəyirəm"
23:59 30.06.2025
Ürək sağlamlığı üçün Gündə bir ovuc qoz ye
23:40 30.06.2025
Fransa polisi mülki şəxsləri öldürür
23:25 30.06.2025
Rusiyanın növbəti hədəfi Odessadır
23:13 30.06.2025
Bu qidalar iltihabı azaldır
22:54 30.06.2025
"ABŞ İrana milyardlarla dollar köçürüb"
22:39 30.06.2025
PKK-nın silahlarını təhvil verəcəyi tarix məlum oldu
22:27 30.06.2025
Uitkoff İranla müzakirələri davam etdirir
22:12 30.06.2025
Bəylər Eyyubovun yerinə təyin olunan Fərid Əsgərov kimdir?
21:15 30.06.2025
Gündə bir alma yemək bu xəstəliklərdən qoruyur
21:06 30.06.2025
İTV Kənan MM-in iddialarına cavab verdi
20:51 30.06.2025
Paşinyan kilsəni zərərsizləşdirə biləcək?
20:36 30.06.2025
Aralıq dənizində Rusiyadan bir milyon barel neft daşıyan gəmi partlayıb
20:19 30.06.2025
Vinçenzo Montellanın müqaviləsi uzadıldı
20:04 30.06.2025
Aİ rəsmisi Rusiyada azərbaycanlılara qarşı zorakılıqla bağlı paylaşım edib
19:49 30.06.2025
"Android" smartfonlarında "casus antenalara" qarşı qoruma funksiyası olacaq
19:34 30.06.2025
Paşinyan "xarici agentlər" haqqında qanun təklif etdi
19:19 30.06.2025
Fransanın radioaktiv tullantıları Azərbaycan sərhədində nə gəzir?
19:04 30.06.2025
Danimarkalı qadınlar orduya püşkatma ilə çağırılacaq
18:49 30.06.2025
Almaniyanın Ukraynaya maliyyə yardımı büdcəsindən 1 milyard avro "yoxa çıxıb"
18:34 30.06.2025
İran Ukraynaya nota verdi
18:19 30.06.2025
Tramp Suriyaya qarşı sanksiyaların yumşaldılması haqqında fərman imzalayacaq
18:04 30.06.2025
DİN "Sputnik Azərbaycan"da keçirilən əməliyyatla bağlı açıqlama verdi
17:55 30.06.2025
Bəylər Eyyubov vəzifəsindən azad edildi
17:39 30.06.2025
Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək
17:24 30.06.2025
Simonyandan Paşinyan haqqında danışdı: - “Antixristin kiçik barmağıdır”
17:09 30.06.2025
Peskov Azərbaycan XİN-in etirazına reaksiya verdi
16:54 30.06.2025
Avrasiya İttifaqı Özbəkistana “qarmaq” atır
16:39 30.06.2025
"Azərbaycanlıların Rusiyada öldürülməsi kök salmış şovinizmin təzahürüdür"
16:21 30.06.2025
Daha bir qrup dərman vasitəsinin qiyməti tənzimlənib
16:06 30.06.2025
İran ABŞ-dən zəmanət tələb edir
15:51 30.06.2025
Rusiya FTX-nin "Sputnik Azərbaycan"da çalışan iki əməkdaşı saxlanıldı
15:36 30.06.2025
İranda "Starlink" istifadəçiləri şallaqlana bilərlər
15:21 30.06.2025
Rusiya Ombudsmanı Yekaterinburqda azərbaycanlılara hücumlarla bağlı Baş Prokurorluğa müraciət edib
15:08 30.06.2025
Metsamor Cənubi Qafqazı Çernobilə çevirə bilər
14:53 30.06.2025
Səfərov qardaşlarının nəşi təhvil verildi
14:41 30.06.2025
Mirzoyan Lavrova elə öz sözləri ilə cavab verdi
14:38 30.06.2025
Rusiyada azərbaycanlıların cinayət işi Mərkəzi İstintaq Komitəsinə tapşırıldı
14:24 30.06.2025
"Sputnik Azərbaycan"da əməliyyat keçirilib
13:40 30.06.2025
Hamısı