Təhsilə yeni nəfəs gəlir Hamı oxumaq şansı qazanacaq

Cəmiyyət 17:16 18.06.2021

“Tələbə borcu” ifadəsi artıq mənasını dəyişib. Vaxtilə (ödənişli təhsil olmayanda) bu ifadə hansısa tələbənin imtahan borcu (kəsiri) anlamına gəlirdi. Bu gün isə “tələbə borcu” artıq həm də və ilk növbədə tələbənin təhsil aldığı təhsil müəssisəsinə təhsil borcu anlamında işlənir.

Hələ pandemiya başlamamışdan öncə Azərbaycan təhsil müəssisələrində qiymətlərin həddən artıq yüksək olduğu, valideynlərin tələb olunun məbləği ödəyə bilmədiyi ilə bağlı dəfələrlə məsələ qaldırılmışdı. Nəticədə, tələbələr bəzi hallarda təhsili yarımçıq qoymaq məcburiyyətində qalırdılar. Pandemiya şəraitində iqtisadi-sosial vəziyyətin ağırlaşması, insanların iş yerini itirməsi isə bu problemi daha da kəskinləşdirib. Artıq vəziyyət o yerə çatıb ki, pullu təhsil alan tələbələrin üçdə biri təhsilini dayandırmaq üzərində düşünür.

Düzdür, problemin həll edilməsi üçün dövlət tərəfindən bəzi tədbirlər görülmüşdü. Pandemiya dövründə Nazirlər Kabineti tərəfindən “Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə” qərar qəbul edilmişdi. Qərar 30 mindən artıq tələbəni əhatə edib. Amma təəssüf ki,  bu da məsələni kökündən həll etmirdi.

Dünən qəbul edilən qərar isə minlərlə tələbənin sevincinə səbəb olub. Belə ki, əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək, təhsil almaqda bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirmək məqsədilə Prezident İlham Əliyev “Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondunun yaradılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Fərman imzalayıb. Fərmana əsasən yaradılmış “Təhsil Tələbə Krediti Fondu”nun Nizamnaməsi” təsdiq edilib.

Təbii ki, bütün tələbələrin əsas meyarı keyfiyyətli təhsil almaqdır, bunun üçün onların təhsil aldığı dövrlərdə maddi ehtiyaclarının təmin edilməsi təhsilə olan motivasiyanı da artırmış olacaq.

Bəs görəsən bu fərman kimlərə şamil olunacaq? Təhsil krediti götürən hansı tələbələrə güzəşt tətbiq ediləcək?

Mövzu ilə bağlı Eurasia Diary-yə danışan təhsil ekspert Kamran Əsədov bildirib ki, bu Fondun fəaliyyətinin əsas məqsədi təhsil tələbə krediti sistemini tətbiq etməklə bütün tələbələrin sosial vəziyyətini dövlət dəstəyi vasitəsilə ən yüksək səviyyədə optimallaşdırmaq və tələbələrin təhsillə bağlı xərc problemlərini aradan qaldırmaqdır.

“Bu sistem təkcə ödənişli əsaslarla təhsil alan tələbələrin sosial qayğısını təmin etməklə bərabər, təhsil alan digər tələbələrin də bir çox məsrəflərini aradan qaldırmaqda mühüm rol oynayacaq. Hələ fond yeni yaradılıb, idarəetmə forması və fəaliyyət hədəfləri yaxın günlərdə müəyyənləşəcək” deyə ekspert qeyd edib.

Faiz və kreditlərin qaytarılması məsələsinə toxunan K. Əsədov, bu  mexanizmlərin hələ bəlli olmadığını vurğulayıb.

“Əvvəla, problemsiz kredit olmur. Dövlətin bu sosial qrupa dəstəyi bazar şərtlərindən xeyli aşağı olacaq. Məsələn, biznesə kiçik faizli kreditlər formasında ola bilər. Nəzarət mexanizmi də qurulacaq. Habelə, hər tədris ili üçün təsdiq edilən tələbə qəbulunda nəzərdə tutulmuş ayrı-ayrı ixtisaslar üzrə ödənişli əsaslarla təhsilalana düşən illik təhsil haqlarının məbləği nəzərə alınmaqla, təhsil tələbə kreditinin məbləğinin yuxarı həddini təsdiq edir.

Fərmanın 3.10.3. bəndində birinci tədris ilinin ilk semestri (yarımili) üçün tələbələrin standart təhsil tələbə krediti almaq hüququnu müəyyən edən tələbə qəbulu imtahanında toplanan ümumi balın minimal həddini təsdiq edir.  3.10.4. bəndində təhsil tələbə kreditinin maliyyələşdirilməsi ilə bağlı müvəkkil bank tərəfindən Fonda təqdim edilməli sənədlərin siyahısını müəyyən edir” - deyə ekspert əlavə edib.

Kamran Əsədov onu da qeyd edib ki, hələ 2013-cü ildə "Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası"nda Təhsilin İnkişaf Fondunun yaradılması nəzərdə tutulsa da, fond yaradılmamışdı. Son 7 il ərzində 5 mindən artıq tələbə təhsil haqqını ödəyə bilmədiyinə görə universitetlərdən xaric edilib.

“Qanunla isə insanların təhsil alması üçün şərait yaradılmalıdır. Azərbaycanda hər il məzunların cəmi 42 faizi ixtisas üzrə iş tapa bilir. Qalanlar ya digər ixtisaslar üzrə işləyir, ya da, ümumiyyətlə, işləmir. Qeyd edim ki, tələbə kreditləri üçün 80 milyon manat ayrılıb və ayrılan 80 milyon manat 38-42 min tələbənin təhsil haqqını ödəməyə imkan verəcək. Hesab edirəm ki, kreditlər faizsiz verilməlidir, çünki sonra tələbələr problemli kredit alana çevrilməli deyil. Həm də kredit verilən uşaqlar sonra işlə təmin edilməlidir ki, təhsili başa vurandan sonra onu ödəyə bilsinlər. İlk növbədə qeyd edim ki, hazırda Azərbaycanın 54 ali təhsil müəssisəsində 182 minə yaxın tələbə təhsil alır.  Onların 60 faizi öz vəsaiti hesabına, yəni, ödənişli əsaslarla, 40 faizi isə dövlət büdcəsi vəsaiti hesabına təhsil alır. Bu, o deməkdir ki, hazırda Azərbaycan ali təhsil müəssisələrində 110 minə yaxın şəxs ödənişli əsaslarla təhsil alır”.

Digər ölkələrin təhsil kreditləşməsindən danışan ekspert bildirib ki, Avropa ölkələri və ABŞ, postsovet məkanından isə Rusiya, Ukrayna, Belarus, Qazaxıstan və Özbəkistan təhsil kreditləşməsini tətbiq edirlər.

Seyranə Quliyeva

 

 

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Sadır Japarov ECO sammitində iştirak edəcək
09:14 03.07.2025
"Virtsə verilən 150 milyon avroya minlərlə ağac əkmək olar"
08:59 03.07.2025
Süni intellekt binaları soyuq saxlayan boya yaradıb
08:36 03.07.2025
Atlantidanın izləri tapıldı
08:08 03.07.2025
İndoneziya sahillərində bərə batıb
07:35 03.07.2025
Reper P. Diddi hökm çıxarılana qədər həbsdə qalacaq
07:03 03.07.2025
Anomal istilər avropalılar üçün ölümcül olub
06:31 03.07.2025
Xərçəng hüceyrələrinin yayılmasının qarşısını alan maddə tapılıb
06:01 03.07.2025
Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri saxlanıldı
23:25 02.07.2025
Azərbaycanla Özbəkistan arasında bir sıra sənədlər imzalanıb, Sumqayıt Daşkəndlə, Qəbələ Navoi ilə qardaşlaşır
23:10 02.07.2025
Abşeronda güclü yanğın başladı
23:04 02.07.2025
Hindistanda musson mövsümü: 50-dən çox ölən var
22:50 02.07.2025
Suriyanın mərkəzində partlayış olub, 7 nəfər ölüb
22:35 02.07.2025
Roma Papası noyabrda Türkiyəyə səfər etməyi planlaşdırır
22:10 02.07.2025
Luis Suares karyerasını bitirmək istəyir
22:00 02.07.2025
"Beşiktaş" klubu hücumçusu ilə yollarını ayırıb
21:50 02.07.2025
"Qarabağ"ın əvəzedici komandasının baş məşqçisi müəyyənləşib
21:35 02.07.2025
"Fənərbağça" və "Qalatasaray" "Bavariya"nın futbolçusu ilə maraqlanır
21:25 02.07.2025
“Sputnik-Azərbaycan”ın ofisində aparılan tədbirlərlə bağlı Rusiyanın iradları əsassızdır - XİN
21:15 02.07.2025
XİN: Rusiyada AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Azərbaycana qarşı dezinformasiyanın aparılması yolverilməzdir
21:00 02.07.2025
Tokayev Azərbaycana təşəkkür edib
20:40 02.07.2025
Suriyanın mərkəzində partlayış olub, 7 nəfər ölüb
20:30 02.07.2025
Rafael Şvartsman: "SAF istehsalına başlaması Azərbaycana dünya aviasiyasında yeni üstünlük verəcək"
20:10 02.07.2025
Roma Papası Türkiyə Prezidentinin xanımını qəbul edib
19:45 02.07.2025
Azərbaycan ilə Özbəkistan arasında imzalanmış sənədlər mübadilə edilib YENİLƏNİB
19:20 02.07.2025
Azərbaycan nüvə texnologiyalarının tətbiqi ilə yeni pambıq sortları yaradır
19:00 02.07.2025
Prezident: Azərbaycan beynəlxalq arenada Özbəkistanın imicinin artmasına ürəkdən sevinir
18:55 02.07.2025
Ombudsman Səbinə Əliyeva növbəti vətəndaş qəbulu keçirib
18:40 02.07.2025
Bakıda “Özbəkistan” parkının təməli qoyulub
18:30 02.07.2025
Hamısı