Peyvəndlənmə düz 10 il davam edəcək - Pasportsuzları nə gözləyir | Eurasia Diary - ednews.net

29 İyul, Cümə axşamı


Peyvəndlənmə düz 10 il davam edəcək - Pasportsuzları nə gözləyir

Cəmiyyət A- A A+

COVID-19 peyvəndinin tətbiqi qrafiki yenidən gündəmə gəlib. İctimaiyyətdə günlərdir müzakirə olunan məsələ ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Peyvəndin üçüncü və daha sonrakı dozlarının qəbulu ilə razılaşmayanlar olsa da, mütəxəssislər insanların hər 6 aydan bir peyvənd alacağını iddia edirlər. 

Eurasia Diary xəbər verir ki, fəlsəfə doktoru Vasif İsmayıl da “Facebook” hesabında peyvənd tətbiqinin qrafikinə münasibət bildirib.

O, qeyd edib ki, koronavirusa qarşı immun qoruma mexanizmi sonsuza qədər deyil, bir-neçə ay davam edir. Şiddətli xəstəliyə qarşı qoruma ən çox 6 ay çəkir:

“Peyvənd əleyhinə xeyli sözlər deyilsə də, “könüllü” olan peyvəndlənmə qərarının əslində “nisbi könüllü” olduğu məlum oldu. Bu anlaşılan qərardır və müxtəlif fəaliyyət sahələrində peyvənd tələbini şiddətlə dəstəkləyirəm. Peyvəndin həyata keçirilməsi ilə bağlı müxtəlif ssenarilər mümkündür. Məncə isə qrafik aşağıdakı kimi olacaq:

-3-4 həftə ara ilə 2 peyvənd dozu tətbiq ediləcək

-ikinci dozdan 6 ay sonra üçüncü doz tətbiqi

-sonra yenə 6 ay sonra peyvənd tətbiqi. Burada tək və ya yenə 2 doz tətbiq edilib edilməyəcəyinə dair hələlik heç nə demək mümkün deyil. Mahiyyətcə ildə 2 dəfə peyvəndlənmə olacaq”. 

Həkimin sözlərinə görə COVID pasportu alınması üçün sözügedən şərt yaxın zamanlarda artıq qanunvericilik aktı kimi qarşımıza çıxacaq:

“Bu şərti qanunvericiliyinə daxil edib təsirli nəzarət mexanizmi qurmayan ölkələrə müəyyən məhdudiyyətlər tətbiq ediləcək. Bu rejimdə onillərlə yaşamağa hazır olmalıyıq”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...