Benzinlə eyni vaxtda çörək niyə bahalaşdı?

Cəmiyyət 18:55 16.09.2021

Dünən səhər saatlarından etibarən Bakıdakı marketlərdə bəzi növ çörəklərin qiyməti artıb. Belə ki, iki gün əvvələdək 55-60 qəpiyə satılan, doğranaraq paketlənmiş çörəklərin qiyməti 70 qəpiyə qalxıb. Eləcə də qara çörəyin qiymətində cüzi də olsa artım var. Maraqlıdır ki, bu artım SOCAR-ın Azərbaycana idxal olunan Aİ-95 və Aİ-98 oktanlı benzinin qiymətini il ərzində üçüncü dəfə, üstəlik bu dəfə daha kəskin şəkildə (müvafiq olaraq 15 qəpik və 30 qəpik) artırması ilə eyni vaxta təsadüf edib.

Lakin yüksək oktanlı benzinin bahalaşmasının dərhal çörəyin də qiymətinə birbaşa təsir etməsi mümkün deyil, çünki Azərbaycanda  çörək istehsalında və daşınmasında yüksək oktanlı yanacaqla işləyən avtomobillərdən adətən istifadə olunmur.

Bəs ərzaq mallarının ilin əvvəlindən bəri az qala hər həftə, hər ay bahalaşdığı bir vaxtda Azərbaycanda hələ də əsas qida hesab olunan çörəyin bahalaşmasının səbəbi nədir? Əməkdaşımız bu suala cavab tapmağa çalışıb.

Mağazalarda apardığımız müşahidələrə görə, qiymət artımı digər un məmulatlarında da müşahidə edilir, məsələn, lavaşların qiyməti unun keyfiyyəti və ölçüsünə görə 5-15 qəpik bahalaşıb. O cümlədən makaron və vermişellərin də bahalaşması müşahidə olunur.

“Çörəkçi” şirkətindən təsdiq ediblər ki, həqiqətən sentyabrın 15-dən istehsal etdikləri çörəklərin qiymətində artım baş verib. Lakin şirkət əməkdaşı artımın məbləği və səbəbləri ilə bağlı açıqlama verməkdən imtina edib.  Şirkətin məlumatında qeyd olunur ki, zavod baton ekstra, baton sadə, baton kəpəkli, sağlam çörək, suxarı çörəyi, pəhriz çörəyi, zavod çörəyi kimi buğda tərkibli çeşiddə, zirəli çörək, fermer, kömbə çovdarlı, borodino, pribaltika kimi çovdar tərkibli çeşiddə çörəklər istehsal edir. 

Çörək istehsalı ilə məşğul olan (xüsusi paketlərdə gigeyenik qablaşdırılmaqla)  “Nömrə 1” şirkətinin adını açıqlamaq istəməyən əməkdaşı da ağ çörəklərin 5, qara çörəklərin 10 qəpik bahalaşdığını təsdiqləyib. Bildirib ki, çörəklərin qablaşdırılmasında istifadə edilən paketlər bahalaşıb, həmçinin daşınma da daxil olmaqla xərclər artıb. Nəticədə cüzi qiymət artımına qərar veriblər. 

“Xırdalan” çörək zavodundan isə istehsal etdikləri çörəyin qiymətində artım olmadığını deyiblər.  “Baxmayaraq ki, şərtlər dəyişib, hələlik qiymət artımına getməmişik”,-zavodun satış şöbəsindən qeyd ediblər.

İri ticarət mərkəzlərindən isə bildiriblər ki, bəzi çeşid çörəklərin qiymətində artım müşahidə edilir.  “Daha çox qara, pəhriz çörəklərin qiymətində 5 qəpik artım var. Market çörəyin qiymətini artırmır, şirkətlərin müəyyən etdiyi qiymətə də satırıq”,-iri ticarət mərkəzindən birinin satıcısı belə deyib. 

İqtisadçılar qeyd edirlər ki, indiki halda çörəyin bahalaşmasının əsas səbəbi dünya bazarında buğdanın qiymətinin artması ilə əlaqəlidir.  2018-2019-cu illər ərzində buğdanın dünya bazarı qiymətində qeyri-müəyyənlik müşahidə olunsa da, son dörd rüb ərzində artım qeydə alınıb. 2021-ci ilin avqust ayında buğdanın 1 tonunun dünya bazarı qiyməti əvvəlki ay ilə müqayisədə 12.85 faiz artaraq 274.9 ABŞ dolları səviyyəsində qərarlaşıb. 

2021-ci ilin 8 ayı ərzində  xaricdən Azərbaycana statistik dəyəri 122 milyon 245 min dollar olan 480 min 960 ton buğda idxal edilib. Bir ton buğdanın idxal statistik dəyəri 40 dollar artaraq 214 dollardan 254 dollara qalxıb. Ölkəmizdə istehsal olunan buğdanın illik həcmi təxminən 1,9 milyon ton, idxal isə 1,3 milyon tona yaxındır.

Azərbaycanın əsas idxal mənbəyi olan Rusiyada da buğda bahalaşıb. Ötən ay 1 ton buğdanın ixrac qiyməti əvvəlki aya nisbətən 17.51 faiz artaraq 286.5 Adollara çatıb. Avqust ayı ərzində Qara dəniz və Azov dənizi portlarında buğdanın 1 tonunun qiyməti müvafiq olaraq 268 dollar ilə 297 dollar və 247 dollar ilə 269 dollar arasında dəyişib. Buna baxmayaraq, Azərbaycanda un bahalaşmayıb. 

Baş nazir Əli Əsədov bu gün “Ərzaqlıq buğdanın idxal qiymətinin artmasının ölkə daxilində satılan un və un məmulatlarının qiymətinə mənfi təsirlərinin azaldılması ilə bağlı əlavə tədbirlər barədə”  Nazirlər Kabinetinin 2021-ci il 16 fevral tarixli qərarında dəyişiklik edib. Dəyişiklik dünya birjalarında buğdanın qiymətinin artmasının daxili bazarda un və un məmulatlarının qiymətlərinə təsirinin azaldılması və qiymət artımının qarşısının alınması məqsədilə edilib. Dayanıqlı mexanizm formalaşdırılanadək un istehsalçılarına satılan unun hər tonuna görə subsidiya veriləcək. Un istehsalçıları tərəfindən satılan unun hər tonuna görə un istehsalçılarına verilən subsidiyanın hesablanması üçün bir ton unun topdansatış qiymətinin yuxarı həddi 520  manat, un istehsalçısının ölkədaxili xərclər daxil olmaqla marjası bir ton unun topdansatış qiymətinin yuxarı həddinin 25 faizi həcmində müəyyən edilib. Bu dəyişiklik un istehsalçılarına verilən dotasiyaları artırmış olur. Amma qərarın bahalaşmanın qarşısının alınmasında nə dərəcədə rol oynayacağını demək hələ tezdir.

EDNews.net xəbər verir ki, virtualaz.org çörəyin bahalaşma səbəbləri və süni qiymət artımına yol verilib-verilmədiyi ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edib. Xidmətdən bildiriblər ki, məsələ ilə  bağlı araşdırma aparılandan sonra açıqlama veriləcək. 

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri saxlanıldı
23:25 02.07.2025
Azərbaycanla Özbəkistan arasında bir sıra sənədlər imzalanıb, Sumqayıt Daşkəndlə, Qəbələ Navoi ilə qardaşlaşır
23:10 02.07.2025
Abşeronda güclü yanğın başladı
23:04 02.07.2025
Hindistanda musson mövsümü: 50-dən çox ölən var
22:50 02.07.2025
Suriyanın mərkəzində partlayış olub, 7 nəfər ölüb
22:35 02.07.2025
Roma Papası noyabrda Türkiyəyə səfər etməyi planlaşdırır
22:10 02.07.2025
Luis Suares karyerasını bitirmək istəyir
22:00 02.07.2025
"Beşiktaş" klubu hücumçusu ilə yollarını ayırıb
21:50 02.07.2025
"Qarabağ"ın əvəzedici komandasının baş məşqçisi müəyyənləşib
21:35 02.07.2025
"Fənərbağça" və "Qalatasaray" "Bavariya"nın futbolçusu ilə maraqlanır
21:25 02.07.2025
“Sputnik-Azərbaycan”ın ofisində aparılan tədbirlərlə bağlı Rusiyanın iradları əsassızdır - XİN
21:15 02.07.2025
XİN: Rusiyada AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Azərbaycana qarşı dezinformasiyanın aparılması yolverilməzdir
21:00 02.07.2025
Tokayev Azərbaycana təşəkkür edib
20:40 02.07.2025
Suriyanın mərkəzində partlayış olub, 7 nəfər ölüb
20:30 02.07.2025
Rafael Şvartsman: "SAF istehsalına başlaması Azərbaycana dünya aviasiyasında yeni üstünlük verəcək"
20:10 02.07.2025
Roma Papası Türkiyə Prezidentinin xanımını qəbul edib
19:45 02.07.2025
Azərbaycan ilə Özbəkistan arasında imzalanmış sənədlər mübadilə edilib YENİLƏNİB
19:20 02.07.2025
Azərbaycan nüvə texnologiyalarının tətbiqi ilə yeni pambıq sortları yaradır
19:00 02.07.2025
Prezident: Azərbaycan beynəlxalq arenada Özbəkistanın imicinin artmasına ürəkdən sevinir
18:55 02.07.2025
Ombudsman Səbinə Əliyeva növbəti vətəndaş qəbulu keçirib
18:40 02.07.2025
Bakıda “Özbəkistan” parkının təməli qoyulub
18:30 02.07.2025
Deputat Azay Quliyev ATƏT PA-nın Komitə sədri seçilib
17:09 02.07.2025
Türkiyədə zəlzələ baş verib
16:53 02.07.2025
Laçında "İqlimə dayanıqlılıq üçün insan inkişafında qadınların rolu" mövzusunda panel sessiya keçirilib
16:38 02.07.2025
Azərbaycanlı boksçu Dünya Kubokunda yarımfinala yüksəldi
16:23 02.07.2025
Avronun bahalaşması nələrə səbəb ola bilər?
15:15 02.07.2025
Milli Məclis saxta xəbərlərə qarşı hüquqi mexanizm yaradacaq
15:00 02.07.2025
Şavkat Mirziyoyev Bakıda "Özbəkistan" parkını açacaq
14:45 02.07.2025
Yaponiyada hələ də atom bombası qurbanları yaşayır
14:30 02.07.2025
Hamısı