İllərlə gözlədiyimiz gün Umud Mirzəyev 27 sentyabrı anır

Cəmiyyət 09:00 27.09.2021

Bu gün Azərbaycanda Anım Günüdür. Bütün Azərbaycan xalqı 44 günlük Vətən Müharibəsi zamanı, eləcə də, birinci Qarabağ savaşı zamanı və müharibədən sonra şəhid və həlak olanlarımızı anır.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev də Anım Günündə Vətən müharibəsinin başladığı 2020-ci il 27 sentyabr tarixi ilə bağlı fikirlərini EDNews.net-lə bölüşüb. 

“Bu gün, Anım Günü və eyni zamanda qürur günüdür. İllərlə gözlədiyimiz bir gün, məqam idi. Biz həmişə o günü gözləmişdik. 27 sentyabrın mənim üçün həm də özəlliyi ondan ibarətdir ki, mənim doğulub boya-başa çatdığım Aşağı Əbdürrəhmanlı kəndi məhz həmin gün vəhşi düşməndən azad olunub. Bayaq qeyd etdiyim kimi, bu günü biz illərlə gözləmişik. Bu gün bizim qələbənin başlanğıcı idi.

2016-cı ilin dekabr ayının 7-də atam dünyasını dəyişəndə onun bizim Füzulidə, yəni təmas xəttində yerləşən, yarısı işğal altında olan kəndimizdə dəfn olunmasını istəmişdik. Bu, onun vəsiyyəti idi. Biz onu o zaman düşmən görməsin deyə, alaqaranlıqda, erməni mövqelərindən 150 metr aralıda – kəndimizin ərazisində dəfn etdik. Bu gün isə şəhidlərimizin qanı bahasına o torpaqlar azaddır, kəndimiz tam azaddır. Biz həmin torpaqlara alaqaranlıqda deyil, istədiyimiz zaman gedə bilirik.

2020-ci il 27 sentyabrda mən regiona, cəbhə bölgəsinə gedirdim. Səhər saat təxminən 11:00 radələrində kəndimizin işğaldan azad olunduğu xəbərini aldım. İnanırsınız, o günün rəsmini çəkmək, yaşananları dil ilə ifadə etmək çox çətindir. Kəndlərdən, yol boyunca yerləşən qəsəbələrdən insanlar yolların kənarına axışmışdılar. Hərbçilərlə, eyni zamanda hərbi sursat və texnikalarla dolu böyük maşın karvanı vardı. İnsanlar maşından sallanıb kimisi siqaret, kimisi su atırdı. Hər kəs nəsə qatqı vermək istəyirdi.

Həmin gün Beynəlxalq Avrasiya Mətbuat Fondunun əməkdaşlarıyla və Əl-Cəzirə televiziyasının regiona ezam olunmuş dostlarımızla cəbhə bölgəsi Tərtər, Ağdam istiqamətində hərəkət etdik. Əlbəttə, ağrılı-acılı 44 gün sözlə ifadə olunmayan, kədər və sevinc hissləri qarışıq hadisələrin ağuşunda idik. Gəncə faciəsində şəhərə ilk yetən insanlardan idik. Bərdə, Mingəçevir, yaxud Goranboyda baş verən hadisələrin, lap yaxınlığımızda mərmilərin partlayışının şahidi olduq. Tərtər hər gün bombalanmaqda idi. Demək olar ki, hər gün Tərtərə gedirdik. Tərtərdə böyük regional ofisimiz var. Ən çox zərərçəkən məntəqələrdən biri də bizim Tərtər Regional Peşə Təlimi Mərkəzi idi.

Bu sözləri söyləyəndə həyəcanlanmamağa, emosionallıq nümayiş etdirməməyə nə qədər çalışsam da, içimdə bir təlatüm var. Bu tarixdən cəmi bir il keçir. Bu müddətdə xalqımız, millətimiz salınan yollar, tikilən və ya bərpa olunan evləri ilə, Füzulidə tikilən hava limanı ilə qurub-yaratmağın nə olduğunu sübut edib. Amma müəyyən çətinliklər də var. Düşünürəm ki, ölkəmiz bu çətinliklərin öhdəsindən ləyaqətlə gələcək və qısa bir vaxtda Qarabağ başdan-başa gülüstan olacaq.

Ötən dövr ərzində Qarabağa çoxsaylı xarici jurnalistlərin, diplomatların, müxtəlif beynəlxalq təşkilatların nümayəndələrinin səfərləri olub. Bütün bunlar regionda baş vermiş fəlakətin miqyasının dərk olunması, onun beynəlxalq cameəyə çatdırılması üçün önəmli faktorlardır.

İnsanlarımız öz yurd-yuvasına qayıtmaq üçün darıxır, həyəcan keçirirlər. Hazırda Zəngilanın üç kəndini əhatə edən “Ağıllı kənd” pilot layihəsi sürətlə həyata keçirilir. İnanırıq ki, o kənd bir nümunə olacaq. Bu gün paralel olaraq Ağdamda, Füzulidə, Şuşada da böyük quruculuq işləri həyata keçirilir. Bu müharibənin ağrı-acıları, törətdiyi fəsadlar uzun illər davam edəcək, amma Qarabağa qayıdış, ilkin mümkün infrastrukturun yaradılması əlbəttə ki, ümumxalq işidir. Görünən odur ki, hər kəs gücü çatdığı qədər dəstək olmağa çalışır, hər kəsdən öncə də ölkə başçısı bu məsələlərdə öz fikrini bildirib və qurumlar tərəfindən görüləcək vəzifələr də müəyyənləşdirilib. İnanırıq ki, ilin sonunda başlayacaq “Böyük qayıdış” çox qısa bir vaxtda müvəffəqiyyətlə başa çatdırılacaq.

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

"Virtsə verilən 150 milyon avroya minlərlə ağac əkmək olar"
08:59 03.07.2025
Süni intellekt binaları soyuq saxlayan boya yaradıb
08:36 03.07.2025
Atlantidanın izləri tapıldı
08:08 03.07.2025
İndoneziya sahillərində bərə batıb
07:35 03.07.2025
Reper P. Diddi hökm çıxarılana qədər həbsdə qalacaq
07:03 03.07.2025
Anomal istilər avropalılar üçün ölümcül olub
06:31 03.07.2025
Xərçəng hüceyrələrinin yayılmasının qarşısını alan maddə tapılıb
06:01 03.07.2025
Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri saxlanıldı
23:25 02.07.2025
Azərbaycanla Özbəkistan arasında bir sıra sənədlər imzalanıb, Sumqayıt Daşkəndlə, Qəbələ Navoi ilə qardaşlaşır
23:10 02.07.2025
Abşeronda güclü yanğın başladı
23:04 02.07.2025
Hindistanda musson mövsümü: 50-dən çox ölən var
22:50 02.07.2025
Suriyanın mərkəzində partlayış olub, 7 nəfər ölüb
22:35 02.07.2025
Roma Papası noyabrda Türkiyəyə səfər etməyi planlaşdırır
22:10 02.07.2025
Luis Suares karyerasını bitirmək istəyir
22:00 02.07.2025
"Beşiktaş" klubu hücumçusu ilə yollarını ayırıb
21:50 02.07.2025
"Qarabağ"ın əvəzedici komandasının baş məşqçisi müəyyənləşib
21:35 02.07.2025
"Fənərbağça" və "Qalatasaray" "Bavariya"nın futbolçusu ilə maraqlanır
21:25 02.07.2025
“Sputnik-Azərbaycan”ın ofisində aparılan tədbirlərlə bağlı Rusiyanın iradları əsassızdır - XİN
21:15 02.07.2025
XİN: Rusiyada AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Azərbaycana qarşı dezinformasiyanın aparılması yolverilməzdir
21:00 02.07.2025
Tokayev Azərbaycana təşəkkür edib
20:40 02.07.2025
Suriyanın mərkəzində partlayış olub, 7 nəfər ölüb
20:30 02.07.2025
Rafael Şvartsman: "SAF istehsalına başlaması Azərbaycana dünya aviasiyasında yeni üstünlük verəcək"
20:10 02.07.2025
Roma Papası Türkiyə Prezidentinin xanımını qəbul edib
19:45 02.07.2025
Azərbaycan ilə Özbəkistan arasında imzalanmış sənədlər mübadilə edilib YENİLƏNİB
19:20 02.07.2025
Azərbaycan nüvə texnologiyalarının tətbiqi ilə yeni pambıq sortları yaradır
19:00 02.07.2025
Prezident: Azərbaycan beynəlxalq arenada Özbəkistanın imicinin artmasına ürəkdən sevinir
18:55 02.07.2025
Ombudsman Səbinə Əliyeva növbəti vətəndaş qəbulu keçirib
18:40 02.07.2025
Bakıda “Özbəkistan” parkının təməli qoyulub
18:30 02.07.2025
Deputat Azay Quliyev ATƏT PA-nın Komitə sədri seçilib
17:09 02.07.2025
Hamısı