“Toyda generalın qaynı qızı yoxa çıxdı, bu, mənə təzyiq idi”

Cəmiyyət 17:37 07.10.2021

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Hərbi Əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi, general Nizami Şirinov və qurumun tərkibində idarə rəisləri işləmiş Elcan Abdullayev, Elman Tahirov və əməliyyat müvəkkili işləmiş Nadir Nəzirovun cinayət işi üzrə məhkəmə dindirilmələri başlayıb.

EDNews.net xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkən şəxslərdən biri Rahib Ağayev ifadə verib.

O, təqsirləndirilən 4 nəfərdən yalnız Elcan Abdullayevi şəxsən tanıdığını deyib: “Mən 1992-ci ildən müxtəlif hərbi hissələrdə sürücü kimi xidmət etmişəm. 2003-cü ildə hərbidən tərxis olunmuşam. General-leytenant Yaşar Aydəmirovun sürücüsü olmuşam.

Bir gün mənə özünü mayor Ruhlan Cəfərov kimi təqdim edən şəxsdən zəng gəldi. O, MTN-in Hərbi Əks-Kəşfiyyat Baş İdarəsindən zəng etdiyini bildirdi. O nömrədən 3 gün dalbadal zəng gəldi. Məsələni Yaşar Aydəmirova danışanda dedi ki, get, gör nə deyirlər. Mən ora gedəndə dedilər ki, sən hərbidə işləyən vaxt bir əsgərə saxta sənəd düzəltdirmisən. Guya ki, bir əsgər var, diplomunu ala bilməyib. Əslində ilyarım əsgərlik çəkməli imiş, amma mənim düzəltdiyim yardım sayəsində 1 il əsgərlik çəkib. Bildirdim ki, mənim bu işlə heç bir əlaqəm yoxdur. Dedilər ki, yaxşı, sənə bir ərizə yazdıracağıq, ona qol çək, sonra get. Ərizəni yazıb imzaladım ki, guya mən bu əmələ görə 1000 manat rüşvət almışam. Sonra Elcan Abdullayev dedi ki, gözlə, rəisə məlumat verim, gəlirəm. O geri qayıdanda əlində bir vərəq gətirdi. Orada yazılmışdı ki, 150 min dollar pul ödəməliyəm. Mən etiraz etdim, dedim, əgər bu əməli törətmişəmsə, prokurorluğa deyin, gəlib araşdırsın. Mənə dedilər ki, “bizim “podval”ımız da var, məhkəməmiz də, səni heç bu binadan çıxmağa qoymarıq”. Elcan Abdullayev dedi ki, “pulu ödəməsən, səni həbs edib vətən xaini elan edəcəyik”.

Zərərçəkən ifadəsində bildirib ki, general Yaşar Aydəmirovdan da kömək istəyib: “Məni şantaj elədilər. Məsələni general Aydəmirova danışdım, kömək istədim. Dedim ki, onlarla görüşsün, danışsın. Xeyri olmadı, bildirdi ki, deyiblərsə, pulu alacaqlar. Pulu toplamaqda 10 min dolları Aydəmirovun özü kömək etdi, 40 min dolları onun dediyi bir adam yardım elədi, qalanını da borc-xərc edib düzəldib verdim”.

Elcan Ağayev əvvəlcə Ruhlana 100 min dolları idarənin binasında, sonra da üç dəfə olmaqla şəhərdə 50 min dollar verdiyini deyib: “Bu hadisələr 2013-cü ildə baş verib. Həmin ərəfədə məni daim qara maşın izləyirdi. Evimə basqın edildi, qızıllar oğurlandı. Şikayət etsəm də, basqın edənlər tapılmadı. Övladımın toy günü restoranda tanımadığım adamlar görürdüm. Toya qonaq gələn general Aydəmirovun qaynı qızı birdən yoxa çıxdı, gecə saat 3-də tapıldı. Bütün bunlar təsadüf ola bilməzdi. Mənə təzyiqlər olurdu ki, pulu ödəyim”.

Zərərçəkmiş bildirib ki, yalnız 100 min dollar MTN əməkdaşlarına veriləndən sonra onlarla görüşüb: “Qorxumdan hər dəfə onlarla görüşəndə üstümdə diktofon aparırdım. Səs yazılarının hamısını məhkəməyə təqdim etmişəm. Evdə yoldaşıma demişdim ki, mənə nəsə olsa, səs yazılarına baxarsan. Məndən həmişə pulu Ruhlan Cəfərov götürürdü. Bir dəfə mənə dedi ki, məsələ mənlik deyil, “məni də sıxırlar, məcburam”. Mən ona dedim ki, mənimlə mülayim danışma, mənə nəsə deyəndə söyüşlə də deyə bilərsən. Çünki mən pul axtarmaqdan öz anamın qəbir daşını qoydura bilməmişəm. Anasının qəbir daşını qoydura bilməyən insan hər söyüşə layiqdir”.

Daha sonra qarşı tərəfin vəkilləri zərərçəkmişdən niyə məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etmədiyini soruşublar. O, qorxduğunu bildirib: “Vətən xaini elan edilib həbsə salınmaqdan qorxdum. Mən generala kimi müraciət etmişəm, kömək edə bilmirsə, daha nə edim?! Prezidentin çıxışından sonra qərara gəldim ki, müraciət edim. Elcangil pulun 58 min manatını qaytarıblar. Mənə dedilər ki, pulun qalanını get Aydəmirovdan al”.

Qeyd edək ki, məhkəmə prosesində adıçəkilən general-leytenant Yaşar Aydəmirov hərbi birlik komandiri olub, hazırda ehtiyatdadır.

Məhkəmə prosesi oktyabrın 14-də davam etdiriləcək.

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri saxlanıldı
23:25 02.07.2025
Azərbaycanla Özbəkistan arasında bir sıra sənədlər imzalanıb, Sumqayıt Daşkəndlə, Qəbələ Navoi ilə qardaşlaşır
23:10 02.07.2025
Abşeronda güclü yanğın başladı
23:04 02.07.2025
Hindistanda musson mövsümü: 50-dən çox ölən var
22:50 02.07.2025
Suriyanın mərkəzində partlayış olub, 7 nəfər ölüb
22:35 02.07.2025
Roma Papası noyabrda Türkiyəyə səfər etməyi planlaşdırır
22:10 02.07.2025
Luis Suares karyerasını bitirmək istəyir
22:00 02.07.2025
"Beşiktaş" klubu hücumçusu ilə yollarını ayırıb
21:50 02.07.2025
"Qarabağ"ın əvəzedici komandasının baş məşqçisi müəyyənləşib
21:35 02.07.2025
"Fənərbağça" və "Qalatasaray" "Bavariya"nın futbolçusu ilə maraqlanır
21:25 02.07.2025
“Sputnik-Azərbaycan”ın ofisində aparılan tədbirlərlə bağlı Rusiyanın iradları əsassızdır - XİN
21:15 02.07.2025
XİN: Rusiyada AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Azərbaycana qarşı dezinformasiyanın aparılması yolverilməzdir
21:00 02.07.2025
Tokayev Azərbaycana təşəkkür edib
20:40 02.07.2025
Suriyanın mərkəzində partlayış olub, 7 nəfər ölüb
20:30 02.07.2025
Rafael Şvartsman: "SAF istehsalına başlaması Azərbaycana dünya aviasiyasında yeni üstünlük verəcək"
20:10 02.07.2025
Roma Papası Türkiyə Prezidentinin xanımını qəbul edib
19:45 02.07.2025
Azərbaycan ilə Özbəkistan arasında imzalanmış sənədlər mübadilə edilib YENİLƏNİB
19:20 02.07.2025
Azərbaycan nüvə texnologiyalarının tətbiqi ilə yeni pambıq sortları yaradır
19:00 02.07.2025
Prezident: Azərbaycan beynəlxalq arenada Özbəkistanın imicinin artmasına ürəkdən sevinir
18:55 02.07.2025
Ombudsman Səbinə Əliyeva növbəti vətəndaş qəbulu keçirib
18:40 02.07.2025
Bakıda “Özbəkistan” parkının təməli qoyulub
18:30 02.07.2025
Deputat Azay Quliyev ATƏT PA-nın Komitə sədri seçilib
17:09 02.07.2025
Türkiyədə zəlzələ baş verib
16:53 02.07.2025
Laçında "İqlimə dayanıqlılıq üçün insan inkişafında qadınların rolu" mövzusunda panel sessiya keçirilib
16:38 02.07.2025
Azərbaycanlı boksçu Dünya Kubokunda yarımfinala yüksəldi
16:23 02.07.2025
Avronun bahalaşması nələrə səbəb ola bilər?
15:15 02.07.2025
Milli Məclis saxta xəbərlərə qarşı hüquqi mexanizm yaradacaq
15:00 02.07.2025
Şavkat Mirziyoyev Bakıda "Özbəkistan" parkını açacaq
14:45 02.07.2025
Yaponiyada hələ də atom bombası qurbanları yaşayır
14:30 02.07.2025
Hamısı