Rövşən Əkbərov 10 il müddətinə azadlıqdan məhrum edilib - ednews.net

27 Noyabr, Şənbə

Rövşən Əkbərov 10 il müddətinə azadlıqdan məhrum edilib

Cəmiyyət A- A A+

Bu gün Bakı Hərbi Məhkəməsində sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

EDNews.net xəbər verir ki, məhkəmənin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 10 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmə əsasən, R.Əkbərovun ittiham olunduğu Cinayət Məcəlləsinin 12.1, 221.3-cü (xuliqanlıq) maddəsi ittihamdan xaric edilib.

Zərərçəkmiş tərəfin mülki iddiası qismən təmin olunub.

Belə ki, məhkəmə R.Əkbərovdan 40 min 10 manat pulun tutularaq zərərçəkmişin hüquqi varisi Fəday Əliyevə verilməsi barədə qərar çıxarılıb.

Eyni zamanda məhkəmə R.Əkbərovun hərbi rütbəsini və fəxri adlarının alınmasını zəruri hesab etməyib. Buna səbəb işdə hərbi rütbənin alınması ilə bağlı təqdimat olmadığı göstərilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...