Mina axtarışında ilk dəfə itlərdən istifadə olundu - ednews.net

25 Yanvar, Çərşənbə axşamı

Mina axtarışında ilk dəfə itlərdən istifadə olundu

Cəmiyyət A- A A+

Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) təşkilatçılığı ilə Ağdamın Maqsudlu kəndinə mediatur təşkil olunub.

EDNews.net xəbər verir ki, mediatur zamanı məlumat verilib ki, FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin istehkam qrupları işğaldan azad olunmuş ərazilərdə minatəmizləmə əməliyyatlarını davam etdirir.

44 günlük Vətən müharibəsindən sonra ərazilərin minalardan, partlamamış hərbi sursatlardan və digər qalıqlardan təmizlənməsi prosesinə digər dövlət qurumları ilə yanaşı, Xüsusi Riskli Xilasetmə Xidmətinin minaaxtaran qrupları da cəlb olunub.

Bu gün ilk dəfə olaraq Fövqəladə Hallar Nazirliyi xüsusi təlim görmüş itləri işğaldan azad olunmuş torpaqlarda mina axtarışına cəlb edib.

Bu barədə Trend-ə danışan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva qeyd edib ki, bundan sonra da təlim görmüş itlər işğaldan azad edimiş torpaqlarımızda mina axtarışına cəlb ediləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...