Daxili işlər orqanlarının əməkdaşları tərəfindən işğaldan azad edilmiş ərazilərə icazəsiz daxilolmaların qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Ednews-a verilən məlumata görə, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə idarə etdikləri avtomobillə işğaldan azad edilmiş ərazilərə gizli yollarla icazəsiz daxil olan 3 nəfər Bərdə rayon sakini müəyyən edilib.
Ilkin dindirilmə zamanı həmin şəxslər minalardan tam təmizlənməyən ərazilərə dəmir tullantıları yığmaq üçün daxil olduqlarını etiraf edib.
Qeyd edək ki, polis əməkdaşları hər üç şəxsi təhlükəli ərazidən uzaqlaşdırıb.