BDU-dakı qanlı bıçaqlanmada Abel Məhərrəmov “izi”... MƏHKƏMƏ İŞİ

Cəmiyyət 14:10 04.02.2022
Bakı Dövlət Universitetinin (BDU) rektor müşavirini və komendantını bıçaqlamaqda təqsirləndirilən İsmixan Mirzəyevin məhkəməyə verdiyi ifadəsi məlum olub.
 
Ednews xəbər verir ki, elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədiyini deyən İ.Mirzəyev dindirilmə zamanı qeyd edib ki, 2010-cu ildən BDU-nun Təchizat şöbəsində çalışıb.
 
"Həmin vaxt BDU-nun nəzdində fəaliyyət göstərən taxta sexini işlədirdim . 2011-ci ildən 2018-ci ilə qədər orada təsərrüfat şöbəsinin sürücüsü kimi çalışmışam. Maaşım isə 410 manatdan 620 manata qədər yüksəlmişdir. 2019-cu ilin mart ayında BDU rəhbərliyi dəyişiləndən sonra kadrlar şöbəsi məni çağırıb bildirdi ki, ərizə yazmalıyam. Dedi ki, məni rəngsazlığa keçirirlər, maaşa heç bir təsiri olmayacaq. Bu hadisədən sonra - aprel ayında maaş karta yükləndi. Kartıma 420 manat pul yükləndiyini gördüm. Bu barədə kadrlar şöbəsinə, rektorluğa dəfələrlə rəsmi müraciət etdim. Rəsmi cavabda qeyd olunmuşdu ki, maaşı yüksəltmək onların ixtiyarında deyil.
 
Daha sonra dəfələrlə rektorun maliyyə məsələləri üzrə müşaviri Mirzə Mirzəyevin qəbulunda oldum. Maddi durumum barədə ona dedim. Heç bir nəticə olmadı. 2021-ci il iyunun 27-də Mirzə müəllim yeni gələn işçilərdən birindən xəbər göndərdi ki, rəhbərlik ərizə yazıb işdən çıxmağımı deyib. Onun yanına getdim, ayaqüstə meyvə yeyə-yeyə mənə laqeyd yanaşdı. Həmin vaxt özümlə gətirdiyim bıçağı götürərək Mirzə Mirzəyevin üstünə getdim. O, qışqıraraq əsas korpusun komendantı Şahlar Bəgalıyevi çağırdı. Şahlar otağa daxil olana kimi Mirzə Mirzəyevin qarın nahiyyəsinə bir bıçaq zərbəsi vurdum. Həmin anda Şahlar üzərimə atıldı. Bu zaman bıçağı Mirzədən çıxardıb Şahların döş qəfəsinə bir zərbə endirdim. Sonra ara qarışdı, universiteti əlimdə bıçaqla tərk etdim. Taksiyə əyləşib Səbail rayonu ərazisinə getdim. Mağazadan su alıb içdim və daha sonra Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə gedərək təslim oldum, cinayəti etiraf etdim” - təqsirləndirilən şəxs ifadəsində bildirib.
 
Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə verən Mirzə Mirzəyevin sözlərinə görə 16 sentyabr 2019-cu il tarixindən BDU-da rektorun maliyyə məsələləri üzrə müşaviri vəsifəsində çalışır.
 
O bildirib ki, təqsirləndirilən şəxs ilk dəfə 2019-cu ilin oktyabr ayında yanına gələrək universitetdən 20-40 000 manat alacağı olduğunu söyləyib: “İsmixana müvafiq təsdiqedici sənədlərin mühasibatlıqdan gətirilməli olduğunu dedim. Lakin bu, qeyri-rəsmi borc idi. Yəni, BDU-nun əvvəlki rəhbərliyi Abel Məhərrəmovun tapşırıqlarına əsasən gördüyü işlər üzrə yaranmış borc idi. Bundan başqa, şəxsi sahədə gördüyü işlər üzrə də əlavə borclar var. İsmixan isə bu barədə məlumatının olmağını bildirdi. O, Abel müəllimi məhkəməyə verəcəyini və universitetin adının hallanacağı barədə əvvəlcədən məlumat verdiyini qeyd etdi. İsmixana onun şəxsi işi olduğunu, universitetə bu məsələnin aidiyyəti olmadığını, mülki qaydada öz aralarında həll olunacağını, bu barədə məlumatı isə rəhbərliyə çatdıracağımı dedim.
 
İsmixanla növbəti görüşümdə əvvəlki rəhbərliyin vaxtında onu aldadıb vəzifəsini dəyişdirildiyini və əmək haqqının aşağı düşdüyünü söylədi. Maaşının artırılmasını tələb edirdi. Bir müddət keçəndən sonra İsmixan yenidən yanıma gəldi. Dedi ki, onun işdən çıxarılması barədə ərizə yazması üçün göstəriş verilib. Bu işdən xəbərim olmadığını, rektordan da elə bir tapşırıq gəlmədiyini dedim. Bu zaman İsmixan əlində bıçaqla üstümə gəldi. Qışqıraraq Şahları çağırdım. Əvvəl məni, daha sonra Şahları bıçaqladı. Tez qaçaraq çölə çıxdım ki, təcili tibbi yardıma xəbər versinlər. İsmixan da həmin vaxt oradan qaçdı. Sonra bizi xəstəxanaya apardılar, əməliyyat olunduq”.
 
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Mirzəyev 7 il müddətinə azadlıqdan məhrum edilib.
İsrail və Türkiyə gərginliyinin açar ölkəsi: Azərbaycan - İsrailli ekspert ŞƏRH EDİR - VİDEO

Xəbər xətti

Əli Əsədov və Cevdet Yılmaz arasında ikitərəfli görüş keçirilib
13:36 08.05.2024
Prezident: “Azərbaycan ilə Bolqarıstan arasında ticarət dövriyyəsi bir neçə dəfə artıb”
Prezident: “Azərbaycan ilə Bolqarıstan arasında ticarət dövriyyəsi bir neçə dəfə artıb”
13:29 08.05.2024
Dünyada bir ilk: Enerji təlabatının 30%-i Yaşıl Enerji ilə ödənilir
Dünyada bir ilk: Enerji təlabatının 30%-i Yaşıl Enerji ilə ödənilir
13:16 08.05.2024
İlham Əliyev və Rumen Radev mətbuata bəyanatlarla çıxış edirlər
12:55 08.05.2024
Bakı, Sumqayıt, Abşeron üzrə may ayının pensiyaları ödənildi
12:48 08.05.2024
Misirin ən məşhur muğam ustasının əslən azərbaycanlı olduğu məlum olub
12:34 08.05.2024
Milli qəhrəman Albert Aqarunovun anım günü qeyd edilib – FOTOLAR - VİDEO
12:22 08.05.2024
Azərbaycan və Bolqarıstan birinci xanımlarının görüşü olub
12:21 08.05.2024
Paşinyanın Moskva səfərinin PƏRDƏARXASI – Rusiyalı politoloqdan ÖZƏL AÇIQLAMA
12:10 08.05.2024
İsrail və Türkiyə gərginliyinin açar ölkəsi: Azərbaycan - İsrailli ekspert ŞƏRH EDİR - VİDEO
12:00 08.05.2024
Azərbaycan və Bolqarıstan prezidentlərinin geniş tərkibdə görüşü başlayıb
11:55 08.05.2024
İsrail Rəfah şəhərini ələ keçirirərsə, Şərq dünyası bundan necə təsirlənəcək? – Misirli ekspertlər ŞƏRH EDİR – ÖZƏL
11:39 08.05.2024
Ukrayna əhalisi müharibə bəhanəsi ilə vergidən yayınır
Ukrayna əhalisi müharibə bəhanəsi ilə vergidən yayınır
11:30 08.05.2024
Pentaqonun keçmiş müşaviri: Zelenski istefaya göndərilə bilər
Pentaqonun keçmiş müşaviri: Zelenski istefaya göndərilə bilər
11:25 08.05.2024
İlham Əliyevin Rumen Radev ilə təkbətək görüşü BAŞLADI
11:20 08.05.2024
Bolqarıstan Prezidentinin rəsmi qarşılanma mərasimi oldu
11:18 08.05.2024
Sürücülərin NƏZƏRİNƏ: Bu prospektdə təmir işləri aparılır
11:15 08.05.2024
İngiltərə hava limanlarında sistem çöküb
İngiltərə hava limanlarında sistem çöküb
11:10 08.05.2024
Yaxın aylarda Şuşa DOST Mərkəzi istifadəyə VERİLƏCƏK
11:03 08.05.2024
“Sülh üçün COP29 böyük əhəmiyyət kəsb edir” – Tofiq Abbasov
11:00 08.05.2024
Zaqatalada dönərdən zəhərlənənlərin 15-i uşaqdır - TƏBİB
10:41 08.05.2024
Elçin Əmirbəyov: “Zəngəzur dəhlizi Ermənistanı təcrid vəziyyətindən çıxara bilər”
10:34 08.05.2024
Başına pul mükafatı qoyulan Milli Qəhrəman Albert Aqarunov - ANIM - VİDEO
10:30 08.05.2024
Mayın 9-da Bakı metrosunun iş rejimi dəyişdiriləcək
10:26 08.05.2024
Kütləvi zəhərlənmədən sonra Zaqatalada dönərxanaların fəaliyyəti dayandırıldı
10:20 08.05.2024
"İsrail HƏMAS-la sülh danışıqlarına başlamalıdır" - Ağ Evin Sözçüsü
"İsrail HƏMAS-la sülh danışıqlarına başlamalıdır" - Ağ Evin Sözçüsü
10:16 08.05.2024
Robert Fitso: "Makron ölkəmizdə populyar siyasətçi sayılmır"
10:09 08.05.2024
Umud Mirzəyev Şuşadan danışdı: “Mən o günlərin şahidi olmuşam”
10:00 08.05.2024
Fransada Olimpiya Oyunlarının məşəli alovlandırıb
Fransada Olimpiya Oyunlarının məşəli alovlandırıb
09:55 08.05.2024
Azərbaycanda bu ilin birinci rübündə gündəlik neft hasilatı göstəricisi açıqlanıb
09:49 08.05.2024
Havaya atəş açan suriyalılar deportasiya edilib
Havaya atəş açan suriyalılar deportasiya edilib
09:47 08.05.2024
"Azərbaycanla Ermənistan sülhə doğru irəliləyir" - Azərbaycanın Britaniyadakı Səfiri
"Azərbaycanla Ermənistan sülhə doğru irəliləyir" - Azərbaycanın Britaniyadakı Səfiri
09:46 08.05.2024
Meyiti tapılan erməni əsgər İNTİHAR EDİBMİŞ
09:38 08.05.2024
Kəlbəcərə dolu düşüb, dağlıq ərazilərdə 1 dərəcəyədək şaxta olub - FAKTİKİ HAVA
09:27 08.05.2024
Azərbaycan Slovakiya ilə birgə silah istehsal EDƏCƏK
09:18 08.05.2024
Slovakiyanın Baş naziri Avropa İttifaqını tənqid etdi: "Özünə aşiqdir"
09:00 08.05.2024
BMT Somaliyə humanitar yardım üçün 228 milyon dollar cəlb etmək niyyətindədir
07:25 08.05.2024
Ukrayna rəsmisi: Rusiyanın “TikTok”dakı üstünlüyündən narahatıq
06:40 08.05.2024
Yeniyetmələr arasında badminton üzrə Azərbaycan birinciliyi keçirilib
05:33 08.05.2024
Zaqatalada 10-dan artıq şəxs dönərdən zəhərlənib
04:21 08.05.2024
Hamısı