Almaniya Azərbaycanlıları Alyansının (AAA) İdarə Heyətinin sədri vəzifəsinə seçkilər keçirilib.
Ednews xəbər verir ki, bu vəzifəyə Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev seçilib.
N.Abdullayev daha əvvəl Almaniya Azərbaycanlıları Alyansının (AAA) İdarə Heyətinə sədr müavini olub.