Müğənnilərdən şantajla pul tələb edən iş adamının məhkəməsi başlayıb

Cəmiyyət 00:00 15.02.2022
Ukraynada tutularaq Azərbaycana gətirilən Maqsud Mahmudovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
 
Ednews xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub.
 
İttiham aktına əsasən, M.Mahmudov müxtəlif şəxslərin etibarından sui-istifadə edərək külli miqdarda dələduzluqda, tarixi-mədəni irs hesab olunan əşyaları talamaqda və sosial şəbəkə vasitəsilə incəsənət xadimləri barəsində rüsvayedici məlumatlar yaymaqda təqsirli bilinir.
 
O, Mədinə İsrafilova ilə birgə işlətdikləri Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən lombarda qoyulan qızıl-zinət əşyalarını dələduzluq yolu ilə ələ keçirib.
 
Cinayət materialında qeyd edilib ki, təqsirləndirilən şəxs zərərçəkmiş İlham Kərimovdan Mədəniyyət Nazirliyi tərəfindən tarixi-mədəni əşya kimi tanınan, 19-cu əsrə aid olan, üzərində III Aleksandrın şəkli həkk edilən, 97 min manatlıq qızıl sikkələri aldatma yolu ilə ələ keçirib.
 
Bundan başqa, M.Mahmudov zərərçəkmişdən 19-cu əsrdə Rusiya imperiyasında istehsal olunmuş tarixi əhəmiyyətli "Həyat ağacı" adlanan qızıl əşyanı etibardan sui-istifadə edərək ələ keçirib.
 
Bu epizodlar üzrə o, vətəndaşlara ümumilikdə 1 milyon 600 min manat ziyan vurub.
 
İttihamın üçüncü epizodu isə təqsirləndirilən şəxsin Azərbaycanın incəsənət xadimlərini şantaj etməsi ilə bağlıdır.
 
Belə ki, M.Mahmudov Ukraynada olan müddətdə yutub kanalında müğənnilər Afət Fərmanqızı (Həsənova) və Vasif Məhərrəmlinin ünvanına qeyri-etik ifadələr işlədib.
 
O, V.Məhərrəmli ilə sosial şəbəkə vasitəsilə ilə əlaqə saxlayaraq, onun özündən yaşca böyük qadınla əlaqədə olduğu barədə məlumatı olduğunu deyərək müğənnidən 1000 manat pul tələb edib. V.Məhərrəmli həmin pulu Səbail rayonu ərazisində bir nəfər vasitəsilə ona çatdırıb.
 
Bundan başqa, M.Mahmudov müğənni Afət Fərmanqızını da eyni cür şantaj edib. O, müğənni ilə danışaraq, onu intim görüntüləri ilə təhdid edərək 1000 manat pul istəyib. Sonradan Afət Fərmanqızı pulu vermədiyi üçün M.Mahmudov yutub kanalında müğənni barəsində rüsvayedici məlumatlar yayıb.
 
Məhkəmədə elan edilib ki, ittihamlar təsdiqini taparsa, M.Mahmudovu 20 ilə qədər həbs cəzası gözləyir.
 
İttihama münasibət bildirən M.Maqsudov özünü təqsirli bilməyib.
 
Daha sonra prosesdə zərərçəkmişlər dindirilib.
 
Növbəti proses fevralın 17-nə təyin edilib.
 
Qeyd edək ki, Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu 2021-ci ilin iyul ayında Ukrayna ərazisində tutulub.
 
O, sentyabrın 18-də Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib.
 
İstintaq dövründə onun barəsində xüsusi dəyəri olan əşyaları talama maddəsi ilə ittiham irəli sürülüb.
 
İş üzrə 90 nəfər zərərçəkmiş var. Zərərçəkmişlərdən ikisi müğənni Afət Fərmanqızı və Vasif Məhərrəmlidir.
Tarixçi alim Zaur Əliyev: "Ermənistan heç vaxt müstəqil dövlət olmayıb" - MÜSAHİBƏ - VİDEO

Xəbər xətti

Son zamanlar yanğın hadisələri niyə intensivləşib? – Ekspertdən XƏBƏRDARLIQ
10:30 17.05.2024
Rusiyanın Çindən gizli tələbi nədir?
Rusiyanın Çindən gizli tələbi nədir?
10:25 17.05.2024
Avropa Rusiya qazına həddən artıq arxalanıb?
Avropa Rusiya qazına həddən artıq arxalanıb?
10:22 17.05.2024
Mədəniyyət sarayına mədəniyyətsiz münasibət - FOTOLAR
10:20 17.05.2024
İspaniyadan İsrailə bağlı yeni QƏRAR
İspaniyadan İsrailə bağlı yeni QƏRAR
10:15 17.05.2024
AZAL-dan Pekinə xüsusi qiymətlərlə səyahət etmək fürsəti!
10:10 17.05.2024
İrandakı səfirliyimizin yeri DƏYİŞDİRİLDİ - RƏSMİ
10:05 17.05.2024
ABŞ  Uyğur türklərinə görə 26 Çin  şirkətinə sanksiya tətbiq edib
ABŞ Uyğur türklərinə görə 26 Çin şirkətinə sanksiya tətbiq edib
10:05 17.05.2024
“Qərb Ermənistandan Rusiyaya qarşı istifadə edir” – Britaniyalı politoloq – ŞƏRH
“Qərb Ermənistandan Rusiyaya qarşı istifadə edir” – Britaniyalı politoloq – ŞƏRH
10:00 17.05.2024
Bu il Albaniyanın Azərbaycanda səfirliyi açılacaq
Bu il Albaniyanın Azərbaycanda səfirliyi açılacaq
09:55 17.05.2024
Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Kazandadır
Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Kazandadır
09:50 17.05.2024
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Naurunu COP29-a dəvət edib
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Naurunu COP29-a dəvət edib
09:45 17.05.2024
Bu ərazilərə qar yağıb – FAKTİKİ HAVA
09:39 17.05.2024
Azərbaycanda ata övladını məktəbə belində aparır - VİDEO
09:30 17.05.2024
Bu gün Əbdürrəhim bəy Haqverdiyevin doğum günüdür
09:30 17.05.2024
Hikmət Hacıyev ABŞ-da Blinkenin müavini ilə görüşdü
09:13 17.05.2024
Azərbaycanda televiziya rejissoru vəfat etdi
09:05 17.05.2024
Direktor müavini öldürdüyü şəxsi bu ərazidə basdırıbmış - Qətlin detalları
06:16 17.05.2024
Qazaxıstan Prezidenti BU ŞƏXSLƏRİN ölkəyə girişini qadağan edən qanun İMZALADI
04:22 17.05.2024
Beşiktaş” və “Fənərbağça” “Qarabağ”ın legioneri üçün hərəkətə keçdi
03:12 17.05.2024
Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub
02:11 17.05.2024
XİN-in idarə rəisi BƏƏ səfiri ilə iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edib
01:00 17.05.2024
Ramil Şeydayevin çıxış etdiyi komanda məğlub olub
00:14 17.05.2024
Kobaxidze: Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin Tbilisidə etirazlarda iştirakı təəssüf doğurur
23:45 16.05.2024
Polşanın sifariş verdiyi “Bayraktar”ların hamısı çatdırılıb
23:23 16.05.2024
Moldova parlamenti oktyabrın 20-nə Aİ-yə üzvlük haqqında referendum təyin edib
23:00 16.05.2024
Özbəkistanda mülki aviaşirkətlərin sayı 6 dəfə artıb
22:39 16.05.2024
Əli Əsədov Efiopiyanın baş nazirinin müavini ilə görüşüb
22:34 16.05.2024
Azərbaycan Basketbol Liqası: Final seriyasının ilk oyunu keçirilib
22:20 16.05.2024
Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilib
22:10 16.05.2024
FHN-in Gəncə Regional Mərkəzi Samuxda mülki müdafiə məşqi keçirib
22:00 16.05.2024
Perunun daxili işlər naziri istefa verib
21:40 16.05.2024
"Haber Global": Makron 17 min kilometr məsafədən Yeni Kaledoniyanı qarışdırdı
21:20 16.05.2024
Britaniya səfirliyinin nümayəndəsi Rusiya XİN-ə çağırılıb
21:00 16.05.2024
Aleksandr Lukaşenko: Qafqazda Azərbaycanın timsalında olduqca güclü, normal lider ölkə mövcuddur
20:45 16.05.2024
Azərbaycan I Liqası: "Şamaxı" lideri məğlub edərək zirvəyə yüksəlib
20:40 16.05.2024
Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - YENİLƏNİB
20:33 16.05.2024
Belarus Prezidenti: Azad edilən ərazilərdə aqroşəhərciklər yaratmağa hazırıq
20:25 16.05.2024
Ərəb ölkələri Fələstinə beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsinə çağırıb
20:20 16.05.2024
Lukaşenko: Belarus və Azərbaycanın qardaş xalqları arasında dərin hörmət və münasibətlər var
20:16 16.05.2024
Hamısı