Milli Məclisin sədri BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşdü

Cəmiyyət 17:00 17.02.2022
Fevralın 17-də Milli Məclisin sədri Sahibə Qafarova BMT-nin Azərbaycandakı rezident  əlaqələndiricisi Vladanka Andreeva ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Ednews-a verilən məlumata əsasən qonağı Milli Məclisdə salamlamaqdan məmnunluğunu bildirən spiker  onun BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi kimi fəaliyyətinin qarşılıqlı əməkdaşlığın möhkəmlənməsinə töhfə verəcəyinə inandığını ifadə edib.

Sahibə Qafarova diqqətə çatdırıb ki, Azərbaycan nüfuzlu beynəlxalq təşkilatlarla əlaqələrin inkişafına önəm verir. Bildirib ki, bu il ölkəmizin BMT-yə üzv olmasının 30 illiyi tamam olacaq. Azərbaycan həmişə BMT-nin çox fəal üzvü olub və təşkilatın müxtəlif fəaliyyət sahələrini əhatə edən qurumları ilə müsbət əməkdaşlıq əlaqələri qurub. Azərbaycanın 155 üzv dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına 2012-2013-cü illər ərzində qeyri-daimi üzv seçilməsi ölkəmizin beynəlxalq nüfuzunu nümayiş etdirir.
 
Görüşdə Milli Məclisin sədri Azərbaycanın 44 günlük Vətən müharibəsi və torpaqlarımızın işğaldan azad edilməsi barədə məlumat verərək bildirib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun şücaəti sayəsində ərazilərimiz Ermənistanın 30 illik işğalından azad edilib. Bununla Azərbaycan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icrasını öz gücü ilə həyata keçirib. Milli Məclisin sədri deyib ki, 2020-ci ilin noyabrında imzalanmış üçtərəfli bəyanatla münaqişəyə son qoyulub. Hazırda Cənubi Qafqaz regionunda tamamilə yeni şərait yaranıb. Münaqişə keçmişdə qalıb və biz işğaldan azad olunmuş ərazilərinin bərpası ilə məşğuluq. Spiker diqqətə çatdırıb ki, Ermənistanın 30 ilə yaxın davam edən işğalı nəticəsində bütün şəhərlərimiz, kəndlərimiz, maddi-mədəni, dini obyektlər tamamilə dağıdılıb. Təəssüf ki, Azərbaycanın müraciətlərinə baxmayaraq, bütün işğal dövründə YUNESKO bu ərazilərdə qiymətləndirmə aparmayıb. 
 
Səmimi görüş üçün təşəkkürünü bildirən BMT-nin Azərbaycandakı rezident  əlaqələndiricisi Vladanka Andreeva Azərbaycanın BMT ilə fəal əməkdaşlığından məmnunluğunu ifadə edib.
Bildirib ki, Azərbaycan BMT üçün mühüm məsələlərdə qlobal liderliyi öz üzərinə götürən vacib tərəfdaşdır. 
 
BMT nümayəndəsi yaxın vaxtlarda Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər edəcəklərini və orada qiymətləndirmə missiyası həyata keçirəcəklərini   diqqətə çatdırıb. O, Azərbaycanın işğaldan azad edilmiş ərazilərin bərpası barədə planlarının, xüsusilə də ağıllı şəhər, ağıllı kənd layihələrinin onda böyük təəssürat yaratdığını qeyd edib. 
 
Dayanıqlı inkişaf məqsədlərindən danışan qonaq bunun Azərbaycanın işğaldan azad olunmuş torpaqlarının bərpasında mühüm rol oynadığını diqqətə çatdırıb, ərazilərin minalardan
təmizlənməsi, infrastrukturun bərpası və insanların geri qayıdışının təmin edilməsi barədə fikirlərini bölüşüb. 
 
Vladanka Andeeva BMT  və Azərbaycan arasında münasibətlərin bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirib və bunun üçün bütün səylərini səfərbər edəcəyini vurğulayıb.    
 
Tarixçi alim Zaur Əliyev: "Ermənistan heç vaxt müstəqil dövlət olmayıb" - MÜSAHİBƏ - VİDEO

Xəbər xətti

Son zamanlar yanğın hadisələri niyə intensivləşib? – Ekspertdən XƏBƏRDARLIQ
10:30 17.05.2024
Rusiyanın Çindən gizli tələbi nədir?
Rusiyanın Çindən gizli tələbi nədir?
10:25 17.05.2024
Avropa Rusiya qazına həddən artıq arxalanıb?
Avropa Rusiya qazına həddən artıq arxalanıb?
10:22 17.05.2024
Mədəniyyət sarayına mədəniyyətsiz münasibət - FOTOLAR
10:20 17.05.2024
İspaniyadan İsrailə bağlı yeni QƏRAR
İspaniyadan İsrailə bağlı yeni QƏRAR
10:15 17.05.2024
AZAL-dan Pekinə xüsusi qiymətlərlə səyahət etmək fürsəti!
10:10 17.05.2024
İrandakı səfirliyimizin yeri DƏYİŞDİRİLDİ - RƏSMİ
10:05 17.05.2024
ABŞ  Uyğur türklərinə görə 26 Çin  şirkətinə sanksiya tətbiq edib
ABŞ Uyğur türklərinə görə 26 Çin şirkətinə sanksiya tətbiq edib
10:05 17.05.2024
“Qərb Ermənistandan Rusiyaya qarşı istifadə edir” – Britaniyalı politoloq – ŞƏRH
“Qərb Ermənistandan Rusiyaya qarşı istifadə edir” – Britaniyalı politoloq – ŞƏRH
10:00 17.05.2024
Bu il Albaniyanın Azərbaycanda səfirliyi açılacaq
Bu il Albaniyanın Azərbaycanda səfirliyi açılacaq
09:55 17.05.2024
Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Kazandadır
Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Kazandadır
09:50 17.05.2024
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Naurunu COP29-a dəvət edib
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Naurunu COP29-a dəvət edib
09:45 17.05.2024
Bu ərazilərə qar yağıb – FAKTİKİ HAVA
09:39 17.05.2024
Azərbaycanda ata övladını məktəbə belində aparır - VİDEO
09:30 17.05.2024
Bu gün Əbdürrəhim bəy Haqverdiyevin doğum günüdür
09:30 17.05.2024
Hikmət Hacıyev ABŞ-da Blinkenin müavini ilə görüşdü
09:13 17.05.2024
Azərbaycanda televiziya rejissoru vəfat etdi
09:05 17.05.2024
Direktor müavini öldürdüyü şəxsi bu ərazidə basdırıbmış - Qətlin detalları
06:16 17.05.2024
Qazaxıstan Prezidenti BU ŞƏXSLƏRİN ölkəyə girişini qadağan edən qanun İMZALADI
04:22 17.05.2024
Beşiktaş” və “Fənərbağça” “Qarabağ”ın legioneri üçün hərəkətə keçdi
03:12 17.05.2024
Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub
02:11 17.05.2024
XİN-in idarə rəisi BƏƏ səfiri ilə iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edib
01:00 17.05.2024
Ramil Şeydayevin çıxış etdiyi komanda məğlub olub
00:14 17.05.2024
Kobaxidze: Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin Tbilisidə etirazlarda iştirakı təəssüf doğurur
23:45 16.05.2024
Polşanın sifariş verdiyi “Bayraktar”ların hamısı çatdırılıb
23:23 16.05.2024
Moldova parlamenti oktyabrın 20-nə Aİ-yə üzvlük haqqında referendum təyin edib
23:00 16.05.2024
Özbəkistanda mülki aviaşirkətlərin sayı 6 dəfə artıb
22:39 16.05.2024
Əli Əsədov Efiopiyanın baş nazirinin müavini ilə görüşüb
22:34 16.05.2024
Azərbaycan Basketbol Liqası: Final seriyasının ilk oyunu keçirilib
22:20 16.05.2024
Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilib
22:10 16.05.2024
FHN-in Gəncə Regional Mərkəzi Samuxda mülki müdafiə məşqi keçirib
22:00 16.05.2024
Perunun daxili işlər naziri istefa verib
21:40 16.05.2024
"Haber Global": Makron 17 min kilometr məsafədən Yeni Kaledoniyanı qarışdırdı
21:20 16.05.2024
Britaniya səfirliyinin nümayəndəsi Rusiya XİN-ə çağırılıb
21:00 16.05.2024
Aleksandr Lukaşenko: Qafqazda Azərbaycanın timsalında olduqca güclü, normal lider ölkə mövcuddur
20:45 16.05.2024
Azərbaycan I Liqası: "Şamaxı" lideri məğlub edərək zirvəyə yüksəlib
20:40 16.05.2024
Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - YENİLƏNİB
20:33 16.05.2024
Belarus Prezidenti: Azad edilən ərazilərdə aqroşəhərciklər yaratmağa hazırıq
20:25 16.05.2024
Ərəb ölkələri Fələstinə beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsinə çağırıb
20:20 16.05.2024
Lukaşenko: Belarus və Azərbaycanın qardaş xalqları arasında dərin hörmət və münasibətlər var
20:16 16.05.2024
Hamısı