Bakıda gənc oğlan bıçaqlanıb.
Ednews xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb. 47 saylı orta məktəbin yaxınlığında baş verən dava zamanı 2003-cü il təvəllüdlü Əzizov Zakir Şahin oğlu bıçaqlanıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona döş qəfəsinin bir ədəd kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub. Hadisənin səbəbi açıqlanmır.