Azərbaycan vətəndaşı beynəlxalq axtarışa verilib.
Ednews İnterpolun saytına istinadla xəbər verir ki, 41 yaşlı azərbaycanlı Tale İbrahimov Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən beynəlxalq axtarışa verilib.
Belə ki, o, odlu silahların qanunsuz alınması, başqasına verilməsi, satışı, saxlanması, daşınması və qaçaqmalçılıqda təqsirli bilinir.
Bildirilib ki, Azərbaycan məhkəmələri tərəfindən T. İbrahimovun saxlanılaraq istintaqa cəlb olunması üçün qırmızı bülletenlə barəsində beynəlxalq axtarış qərarı verilib.