Bu gün “Bakı Metropoliteni” QSC-nin Təlim-tədris mərkəzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin “Bakı Peşə Hazırlığı Mərkəzi” ilə birgə fəaliyyət müqaviləsi imzalanıb.
Ednews xəbər verir ki, bununla bağlı mərasimdə Bakı metrosunun sədr müavini Hidayət Məmmədov, Dövlət Məşğulluq Agentliyinin sədr müavini Cəmaləddin Quliyev, "Bakı Peşə Hazırlığı Mərkəzi"nin direktoru Jalə Rzazadə və digər rəhbər şəxslər iştirak ediblər.
Sənədi H.Məmmədov və C.Quliyev imzalayıblar.