Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.
Ednews xəbər verir ki, məsələ ilə bağlı çıxış edən millət vəkili Qüdrət Həsənquliyev dəyişikliyin 102-ci maddə ilə bağlı olduğunu qeyd edib.
Qanun layihəsi 2-ci oxunuşda qəbul olunub.
Qeyd edək ki, həmin qanun layihəsində aşağıdakı məsələ öz əksini tapıb:
"Bu Məcəllənin 102.4-2-ci maddəsində göstərilən əsasla icazə ləğv edildikdən sonra sifarişçi tikinti obyektinin istismarına icazə verilməsi üçün təkrar müraciət edə bilər. Təkrar müraciətə yalnız dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənəd əlavə edilir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum müraciət daxil olduğu gündən 2 iş günündən gec olmayaraq tikinti obyektinin istismarına icazəni sifarişçiyə təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir".
Vüsalə Balayeva