"Bakıətrafı qəsəbələrdə gələcəkdə hökumətə milyonlarla vəsaitə başa gələcək problemlər yaranacaq".
Ednews xəbər verir ki, bu fikirləri millət vəkili Aydın Hüseynov deyib.
Deputat fikirlərini bu cür davam etdirib:
"Yeni massivlərdə bir sıra xidmət və kommunal sahələrdə problemlər var. Həmin ərazilərdə adətən gənc ailələr yaşayır. Gələcəkdə onların övladları dünyaya gəldikdə, həmin massivdəki əhali sayı artacaq. Bu da, nəqliyyat kimi bir sıra problemlərə gətirib çıxarır. Bəzi massivlərdəki küçələrdə iki maşının keçməyi qeyri-mümkündür. Bir sıra xidmət sahələrində də problemlər var. Bu cür xaotik halların aradan qaldırılması vacibdir".
Vüsalə Balayeva