2022-ci il başlayandan ölkədə baş verən qətl hadisələrinin sayı açıqlanıb.
Ednews xəbər verir ki, bu barədə Baş Prokurorluğun istintaqa nəzarət idarəsinin rəisi Fazil Həsənəliyev bildirib.
Onun sözlərinə görə, bu ilin əvvəlindən ölkə ərazisində 39 qəsdən adam öldürmə faktı qeydə alınıb.
F. Həsənəliyev bu il baş verən bütün qətl hadisələrinin üstünün açıldığını və hadisəni törədən şəxslərin istintaqa cəlb olunduğunu bildirib.