“Bəllidir ki, toylarda və yaslarda 15 - 16 növ yemək verilir. Aydındır ki, bunun hamısını yeyə bilmərik. Bu, sadəcə, israfçılıqdır.”
Ednews xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib. Deputat qeyd edib ki, süfrədən artıq qalan yeməklər səhəri günü yenidən istifadə olunur.
“ Bu da qida təhlükəsizliyi baxımından uyğun deyil və AQTA-nın işini artırır. Ümumiyyətlə, digər sahələrdə də belə israfçılığa yol veririk. Hazırda dünyanı ən çox narahat edən problemlərdən biri də ərzaq təhlükəsizliyidir. Ərzaq qıtlığı artıq bir çox ölkədə yaşanır. Ona görə də hökuməti israfçılığın qarşısını almaqla bağlı addımlar atmağa çağırıram”.
Vüsalə Balayeva